Xəbərlər

Ana səhifə » İdman » “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə – Foto – Video

“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi Gəncədə – Foto – Video

47181203 1987357891319566 6866201501279191040 N

Gəncədə YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi icra edilib. Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı və Gəncədən olan millət vəkillərinin təşəbbüsü ilə həyata keçirilən tədbir “OFFSİDE” futbol kompleksində baş tutub.

 

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AFFA-nın birinci vitse-prezidenti, millət vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Musa Quliyev, Xanlar Fətiyev, Naqif Həmzəyev, şəhər idman ictimaiyyətinin nümayəndələri və 200-dən çox məktəbli idmançı iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb.

 

Layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu qeyd edən AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev bu günə qədər layihədən 25 mindən çox gəncin yararlandığını qeyd edib. Rauf Əliyev layihənin həyata keçirilməsində daha bir məqsədin istedadlı futbolçuları tapmaq, onlara dəstək vermək olduğunu vurğulayıb.

 

Gəncənin 2019-cu ildə Avropanın İdman şəhəri seçilməsini xatırladan millət vəkili Naqif Həmzəyev gələn ildə “Açıq əyləncəvi Futbol məktəbləri” layihəsi ilə birlikdə yeni tədbirlərin keçirilməsinin Gəncədə idmanın inkişafına və kütləviliyinə təkan verəcəyini qeyd edib.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub.

Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdirib və qonaqlarla xatirə şəkili çəkdirilib.

https://www.youtube.com/watch?v=JUKB3zpIfVg

 


47181771 2058642930845220 9009481170865356800 N
47187621 207381173506692 186734230158442496 N
47234918 2058643017511878 2300455823144386560 N
47200287 2058642974178549 5012747384468275200 N
47258849 364939094273976 715591270055018496 N
47124259 2058643037511876 4971698767112699904 N
47029132 2058642967511883 3772268796824256512 N