Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » YAP Gəncə şəhər təşkilatında Ulu öndərin xatirəsi anılıb

YAP Gəncə şəhər təşkilatında Ulu öndərin xatirəsi anılıb

Ulu Onder Elmi Praktiki Konfrans (6)

Ölkəmizdə görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü böyük izdihamla qeyd olunur. Dekabrın 11-də YAP Gəncə şəhər təşkilatında keçirilən elmi-nəzəri konfrans da Ulu Öndərin əziz xatirəsinə həsr olunub.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, millət vəkilləri, ziyalılar, ağsaqqallar, partiya fəalları və gənclər iştirak ediblər.

Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəzediməz yeri olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan, fəaliyyətindən və Vətənimiz qarşısında tarixi xidmətlərindən ətraflı bəhs edib:”Müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın əvəzsiz lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Lakin qədirbilən xalqımız bu dahi insanın nurlu xatirəsini bir an belə unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətini qurub və xalqımızın müstəqillik arzusunu reallaşdırıb. Bu gün hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir”.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Gəncə şəhərində Ulu öndərin ruhuna hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, Azərbaycan xalqının Ümummilli liderə bəslədiyi məhəbbət sonsuzdur. Vətənini və xalqını düşünən Heydər Əliyev Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirib, bu yolda heyrətamiz fədakarlıqlar göstərib, xalqı bir çox müdhiş bəlalardan hifz edib.

AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə, ADAU-nun rektoru İdrahim Cəfərov, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, şəhər Ağsaqqallar Şurasının sədri, ADAU-nun professoru Xalid Qurbanov, gənc partiya fəallarından Ayişə Novruzova ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, praqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bildirilib ki, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev müdrik dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irsi bizlərə miras qoyub

GDU-nun prorektoru Gülsüm Fətəliyeva və sahibkar Mobil İmanov ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, dahi şəxsiyyətin çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunublar.

Elmi-nəzəri konfrans gənclərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlərlə başa çatıb.


Ulu Onder Elmi Praktiki Konfrans (7)
Ulu Onder Elmi Praktiki Konfrans (5)
Ulu Onder Elmi Praktiki Konfrans (4)
Ulu Onder Elmi Praktiki Konfrans (1)