Xəbərlər

Ana səhifə » Gencler » UTECA-nın YAP-a üzv olan tələbələrinə vəsiqələr verilib

UTECA-nın YAP-a üzv olan tələbələrinə vəsiqələr verilib

Yap1

Yeni Azərbaycan Partiyası Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatında partiya sıralarına yeni qəbul olunmuş tələbə-gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirdə çıxış edən UTECA-nın rektoru, professor Akif Süleymanov Azərbaycanda gənclərin dövlət quruculuğu sahəsində müstəsna rolundan, onların ictimai-siyasi proseslərdə fəal iştirakından danışıb. Qeyd edib ki, Azərbaycan gəncləri Yeni Azərbaycan Partiyasına, onun yaradıcısı ulu öndər Heydər Əliyevin ideyalarına sıx bağlıdır, onlar Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyirlər.

 

YAP Gəncə şəhər təşkilatı ideoloji şöbənin müdiri Hüseyn Budaqov qeyd edib ki, bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə ulu öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada ümummilli liderin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.

 

YAP Azərbaycan Texnologiya Universiteti ərazi ilk partiya təşkilatının sədri Piri Axundov partiyanın sıralarında gənclərin sayının gün-gündən artdığını qeyd edib. Bildirib ki, məhz bu gənclər dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsidir.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov gənclərin YAP-a üzv olmalarını partiyanın bir siyasi təşkilat kimi cəmiyyətdə böyük nüfuz qazanması ilə əlaqələndirib, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin rolundan danışıb.

 

Tədbirdə çıxış edənlər gənclərin dövlətin verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da ləyaqətlə xidmət edəcəklərinə əminlik ifadə ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim edilib. Yeni üzvlər birmənalı olaraq bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.


48375062 2243602362587209 3716946379646435328 N
48390191 2243602949253817 8149596913973329920 N
48389810 2243602985920480 5625078058655416320 N
48375519 2243603585920420 4453790255983624192 N
48422889 2243604032587042 2386299132626075648 N
48390049 2243604152587030 4619052346901528576 N
48391424 2243603685920410 1875132036524539904 N
48386719 2243604139253698 8205001459515785216 N