Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Naqif Həmzəyev Recep Tayyip Erdoğan Universitetində məruzə ilə çıxış edəcək

Naqif Həmzəyev Recep Tayyip Erdoğan Universitetində məruzə ilə çıxış edəcək

Rteu 450x652 (1)

Dekabrın 26-da Türkiyənin Rize şəhərində yerləşən Recep Tayyip Erdoğan Universitetində “I Dünya müharibəsindən bugünə Azərbaycan-Türkiyə münasibətləri və Azərbaycanda erməni məsələsi” mövzusunda konfrans təşkil olunacaq. “Fındıklı Uygulamalı Bilimler Yüksekokulu Bankacılık ve Finans Topluluğu” tərəfindən təşkil olunacaq konfransda Azərbaycandan millət vəkili Naqif Həmzəyev, hüquq müdafiəçisi Əhməd Şahidov və Recep Tayyip Erdoğan Universitetinin müəllimi İrfan Sancak məruzə ilə çıxış edəcəklər.

Bundan başqa, Recep Tayyip Erdoğan Universitetində azərbaycanlı əsir və girovlarla bağlı foto sərgi təşkil olunacaq və Arzu Əliyevanın müəllifi olduğu “Son İclas” sənədli filmi nümayiş olunacaq.