Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncənin deputatları Gənc parlamentarilərin 5-ci Qlobal Konfransında

Gəncənin deputatları Gənc parlamentarilərin 5-ci Qlobal Konfransında

12132

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı uğurla başa çatıb. Tədbirdə 4 qitədən, 44 ölkədən 170 nümayəndə, o cümlədən parlament üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Gənc palamentarilər konfransın sessiyalarında dayanıqlı inkişafın təmin edilməsində gənclərin, xüsusən gənc parlament üzvlərinin rolunun gücləndirilməsi yollarını araşdırıblar.

Gəncənin millət vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə də həmkarları ilə birlikdə fikir mübadilələri və müzakirələr aparıb, 4 qitəni təmsil edən gənc parlament üzvlərinə Şərq və Qərb dünyaları arasında körpü rolunu oynayan Azərbaycan haqqında dolğun məlumat veriblər. İki gün davam edən dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsinə həsr edələn konfrans gənc parlamentarilərin dialoq və məlumat mübadiləsi üçün yaxşı fürsət olub.

Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı dünyada baş verən münaqişələrə, fəlakətlərə, müharibələrə son qoyulması üçün səslənən təkliflərlə yadda qalıb.

Gənc parlamentarilər tarixi konfransı əbədiləşdirmək üçün xatirə fotoları çəkdiriblər.


48375583 2079908352052011 2099322921284534272 N
48390335 2079904682052378 8138421774141358080 N
48275579 2080243278685185 4962940770450407424 N
48356757 2079690895407090 340562873321259008 N
48361379 2078497705526409 1352372419964174336 N
48366222 2080318678677645 882966390393274368 N