Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Gəncənin deputatları mükafata layiq görülüblər

Gəncənin deputatları mükafata layiq görülüblər

48355405 1640331202779693 7609322730017521664 N

Millət vəkili Naqif Həmzəyev və  millət vəkili Pərvin Kərimzadə “Xəzər” Milli Mükafatına layiq görülüblər. 

Dünən “Divan Ekspress Baku” otelində “Xəzər” Milli Mükafatının təqdimat mərasimi keçirilib. Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ictimai xadimlər, “media kapitanları” iştirak edib.
 
Tədbiri giriş sözü ilə açan Sosial Media Mərkəzinin (SMM) direktoru Azər Niftiyev bildirib ki, rəhbərlik etdiyi qurum “Voice agency”-in təşkilati, “Azxəbər Media Qrup”un informasiya dəstəyi ilə sosial şəbəkələrdə sosioloji sorğu keçirərək, ilin ən fəalllarını müəyyən edib.
 
A.Niftiyevin sözlərinə görə, sosisoloji sorğunun keçirilməsində məqsəd öz uğurlu fəaliyyəti ilə cəmiyyətin inkişafına tövhə verən, vətəndaşların rifah halının yaxşılaşdırılmasına çalışan peşəkarlara stimul verməkdir. SMM direktoru sosioloji sorğuda minlərlə sosial şəbəkə istifadəçisinin iştirak etdiyini qeyd edib.
 
Tədbirdə çıxış edən millət vəkilləri, dövlət məmurları, ictimai xadimlər, “media kapitanları”, ziyalılar sosial şəbəkələrin cəmiyyətdəki rolundan və fəaliyyətindən söz açıblar.

1544772684 8c0e428a 420c 4a7d Ba83 B27bb020d142
1544772653 2a2db4b0 3709 4092 Bba7 B0607a103065