Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » YAP Gəncə şəhər təşkilatı ətraf mühitin qorunmasına töhfəsini artırır - FOTO

YAP Gəncə şəhər təşkilatı ətraf mühitin qorunmasına töhfəsini artırır - FOTO

123

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumşəhər iməciliyində YAP Gəncə şəhər təşkilatının əməkdaşları və gənc partiya üzvləri fəallıq nümayiş etdiriblər.

Aksiyada ağaclara xüsusi qulluq göstərilib, ərazi alaq otlarından təmizlənib. Daş və digər tullantılar, küləyin gətirdiyi kağız parçaları, əvvəlki illərdə əkilmiş ağacların qurumuş budaqları budanaraq bir yerə yığılıb və ərazidən çıxarılıb.

Ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamı olan iməcilik aksiyası ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin qorunmasına, həmçinin insanların sağlamlığının təmin edilməsinə bir töhfə olub.


49271352 752927631748510 2404554062189035520 N
49728002 400761893993527 4900610753351909376 N
50002040 350396139113991 7024666046241964032 N
50023924 751385045246097 5780693073205919744 N
50174204 527571271064380 3282064800439336960 N
49938478 280260059311697 6980716642334408704 N