Xəbərlər

Ana səhifə » Təhsil » Media nümayəndələri ADAU-da imtahan prosesini izləyiblər

Media nümayəndələri ADAU-da imtahan prosesini izləyiblər

2

Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək üçün KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. Mediaturda ictimai nəzarət qrupunun üzvləri də iştirak ediblər.

Universitetin mətbuat xidmətinin xəbərinə media nümayəndələri imtahan otaqlarında olub, ayrı-ayrı fənlər üzrə tələbənin biliyinin eyni vaxtda yoxlandığı test, yazılı və şifahi  imtahan prosesini izləyib.

Tədris işləri üzrə prorektor Anar Hətəmov media nümayəndələrinə  imtahan prosesi barədə ətraflı məlumat verib,  onları maraqlandıran sualları cavablandırıb.

Bildirib ki, ümumilikdə 4500  tələbənin biliyinin yoxlanacağı imtahan sessiyası fevralın 1-dək davam edəcək. İmtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkili məqsədilə universitet rəhbərliyi tərəfindən xüsusi komissiya yaradılıb. Sessiyanın beynəlxalq təcrübəyə uyğun keçirilməsi üçün hər şərait var.  Eyni zamanda fənn müəllimləri, imtahan nəzarətçiləri ilə  müvafiq izahat işləri aparlıb. Sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədilə tələbə təşkilatlarının valideyn şurasının üzvlərinin  imtahanın keçirilməsində iştirakı təmin edilib.

 

Vurğulanıb ki, test üsulu formasında kompyuterlərlə imtahanların keçirilməsinin təşkili məqsədilə işçi qrupu təşkil edilib.  İmtahan qrafikləri və cədvəlləri təsdiq üçün 2018-ci il dekabrın 15-dək təqdim olunub və fakültələrə bildirilib. Akademik məsləhətçilərə (tyutorlara) test üsulu ilə imtahan verəcək tələbələrin semestrdə topladıqları balların nəticələrinin sessiyanın başlanğıcınadək elektron sistemdə dəqiqliklə yüklənməsini təmin etmələri tapşırılıb. Valideynlərə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə arzu etdikləri təqdirdə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb. Sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə imtahan  dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək  üçün operativ qərargah  yaradılıb və “Qaynar xətt”  fəaliyyət göstərir.

 

Mediatur iştirakçılarına hər il infrastrukturun yenilənməsi, maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində aparılan işlər, eləcə də ali təhsil müəssisəsində yaradılan idarəetmə, tədris və imtahan prosesi, universitetin beynəlxalq nüfuzunun artırılması, Avropanın qabaqcıl təhsil ocaqları ilə  ikitərəfli qarşılıqlı əməkdaşlıq istiqamətləri, həyata keçirilən səmərəli beynəlxalq layihələr və onların müsbət nəticələri haqqında məlumat verilib.

KİV nümayəndələri prosesin təşkili və gedişindən razılıqlarını ifadə ediblər


49438997 2108167672609510 3477720897442283520 N
49753680 2108167352609542 3814695939768057856 N
49704091 2108167365942874 4576250034269454336 N
49805561 2108167202609557 4580971337199124480 N
49752952 2108167185942892 8286460702604918784 N
49763026 2108167715942839 7276827888337289216 N