Xəbərlər

Ana səhifə » Gəncə Haqqında » Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO

Millət vəkili Naqif Həmzəyev seçiciləri ilə görüşüb - FOTO

52188075 305653406655949 5157776623189098496 N

Millət vəkili Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatı Qərərgahında seçiciləri ilə görüşüb.

Həmişə olduğu kimi bu dəfə də millət vəkili hər bir seçicini fərdi qaydada qəbul edib, ona unvanlanan müraciət və təklifləri təmkinlə, qayğı ilə dinləyib. Müraciətlər əsasən sosial yönümlü məsələlərdən ibarət olub. Gənclərin məşğulluğu, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb. Əksər məsələlər yerindəcə həllini tapıb.

Millət vəkili Naqif Həmzəyev ona ünvanlanan hər bir müraciəti nəzarətdə saxlayacağını və məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

Eyni zamanda görüşdə seçicilər Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarına daim xüsusi diqqət və qayğısı nəticəsində bir çox sosial yonümlü problemlərin həllini tapdığını vurğulayıb, ölkə Prezidentinə təşəkkür edib, hər zaman dövlət Başçısının apardığı siyasəti dəstəklədiklərini bildiriblər.


52504097 328971684630807 2363908089427525632 N
52592440 404059303491171 4481564795874574336 N
52368397 622580054840716 7457602735408414720 N