Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Kolleclər » Gəncə Texniki Kolleci

Gəncə Texniki Kolleci

4 1
Ünvan: Gəncə şəhəri, Bayan küç. 108a
Telefon: +994.22.254.36.88
Faks: +994.22.264.43.47
Email: texnikikollec(AT)bk.ru
Rəhbərin adı: Eldar Əsgərov
Rəhbərin email ünvanı: eldar51(AT)mail.ru
Üzvlər: 605 nəfər

Gəncə Texniki Kollecinin əsası 1937-ci ildə qoyulmuş Kirovabad Toxuculuq Texnikumunun yaranması ilə bağlıdır.
1937-ci ildə Kirovabad Toxuculuq Texnikumu təşkil edilib və 1966-cı ilə qədər fəaliyyət göstərib. 1966-cı ildə Ali Təhsil Nazirliyinin 86 saylı əmri ilə Kirovabad Toxuculuq Texnikumu Kirovabad Politexnik Texnikumu adlandırılmış və 1983-cü ilə qədər texnikum fəaliyyətini davam etdirmişdir. Yenidən 1983-cü ildə Ali Təhsil Nazirliyinin 639 saylı əmrinə əsasən Kirovabad Politexnik Texnikumu Kirovabad Avtomexanika Texnikumu və Kirovabad Elektron Sənaye Texnikumuna bölünmüşdür. Avtomexanika Texnikumu həmin ildən 1997-ci ilə qədər fəaliyyət göstərib. 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 100 saylı əmrinə əsasən Gəncə Avtomexanika Texnikumu Gəncə Texniki Kolleci adlandırılıb. Həmin vaxtdan Kollec bu günə qədər fəaliyyətini davam etdirir. 1997-ci ildə Gəncə Yüngül Sənaye texnikumu, Gəncə Elektron Sənaye texnikumu və Gəncə İnşaat texnikumunun tələbə kontingentinin azalması ilə əlaqədar olaraq Gəncə Texniki Kollecinə birləşdirilmişdir. 2002-ci ildə Azərbaycan Respublikasında aparılan “Təhsil islahatı” ilə əlaqədar olaraq Gəncə və Şuşa Kənd Təsərrüfatı texnikumları ləğv olunub, Gəncə Texniki Kollecinə birləşdirilmişdir.
Hal-hazırda Gəncə Texniki Kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində hüquqi şəxs kimi fəaliyyət göstərərək aşağıdakı ixtisaslar üzrə, subbakalavr ixtisas dərəcəsi verən kadırlar hazırlayır:

  • Nəqliyyatda daşımalar və idarəetmənin təşkili
  • Yol hərəkətinin təşkili
  • Nəqliyyat vasitələrinin texniki istismarı
  • Nəqliyyat vasitələrinin təmiri və servisi
  • Mühasibat uçotu
  • Rabitə qovşaqları və komutasiya sistemləri
  • Elektrik təchizatı
  • Baytarlıq

Bu məqsədlə Kollecdə 89 nəfər pedoqoji işçi o cümlədən 52 nəfəri müəllim və 603 nəfər tələbə Kollecdə bilavasitə tədrislə məşğuldurlar.
Kolleci bitirən məzunlar, istər respublikanın, istərsə də dünyanın ayrı-ayrı dövlətlərində fəaliyyət göstərirlər.
Erməni işğalçılarının apardığı mənfur müharibədə kollecin tələbə və müəllimləri Vətənin müdafiəsində yaxından iştirak etmiş və 25 nəfər şəhid olmuşdur.Bunlardan Novruzov Natiq Fəxrəddin oğlu, Bədəlov Bəhram Vəli oğlu, Qurbanov Turan Əkbər oğlu, Qəhrəmanov Samir Məhərrəm oğlunu misal göstərmək olar.
Respublikamızda və şəhərdə keçirilən kütləvi mədəni-idman tədbirlərində kollecin müəllim və tələbə kollektivi fəal iştirak edirlər. Kollecdə bədən tərbiyəsi və idman üzrə nailiyyət qazanmış tələbələr də sayzısdır. Kollecin məzunlarından olan Pauerliftinq üzrə 3 qat Dunya çempionu Rüfət Ağayevi (hal-hazırda Samux rayonunda polis kapitanıdır), Ağır Atletika üzrə Respublika çempionu Bəhruz Aslanovu, Karate-do üzrə Respublika çempionu Leyla Yusubovanı, Sərbəst güləş üzrə Respublika çempionu Cavid Musayevi, Cüdo üzrə Respublika çempionu Elşən Alnağıyevi bunlara misal göstərmək olar.
Kollecdə idmanın 6 növündən ibarət məşğələlər təşkil edilmişdir:

  • Mini futbol
  • Basketbol
  • Voleybol
  • Şahmat
  • Dama
  • Atletika

Şəhər üzrə Ali və Orta ixtisas təhsil müəsəssində məktəb tələbələrinin XI Spartakiada yarışlarında komanda hesabında ayrı-ayrı idman növləri üzrə II yerə çıxmışıq:

  • Futzal - I yer
  • Voleybol - I yer
  • Basketbol (oğlanlar) - II yer
  • Baksetbol (qızlar) - II yer
  • Stol üstü tenis - II yer
  • Dama - II yer
  • Şahmat - II yer
  • Atletika - II yer

Tədris ilində Kollecin tədbirlər planına əsasən Dövlət müstəqillyimizin 20 illik yubleyinə dahi Azərbaycan şairi N.Gəncəvinin anadan olmasının 870 illik yubleyinə həsr olunmuş I və II kurs tələbələri arasında idmanın 5 növündən Spartakiada yarışları keçirilmişdir. Bu yarışların nəticələrinə görə qruplar aşağıdakı yerləri tutmuşlar.

  • Futzal - I yer – 611 qr
  • Basketbol - I yer – 120 qr
  • Şahmat - I yer – 711 qr
  • Dama - I yer – 1021 qr
  • V.M.H. çox növçülüyü – 121 qr

Tədris ilinin Aprel – May aylarında ümummilli lider H.Ə. Əliyevin anadan olmasının 89- illik yubleyinə həsr olunmuş daxili idman yarışları keçirilmişdir.

  • Voleybol- 421 qr
  • Stol üstü tennis – 311 qr
  • Atletika (100m, məsafəyə qaçış) – 1121 qr

Bundan başqa Kollecin idmancı tələbələri şəhər və Respublika miqyaslı yarışlarda da öz qüvvələrini sınayaraq mükafata layiq yerlər tutmuşlar. Bunlardan Pauerliftinq üzrə Respublika yarışlarının qalibi Dünya kubokunun mükafatçısı 629 saylı qrupun tələbəsi Həsənov Ruslan karate-do idman növü üzrə gənclər arasında Respublika yarışının qalibi 1- ci qara kəmər ustası, 120 saylı qrupun tələbəsi Əliyev Mehman Yunan Roma güləşi üzrə gənclər arasında Respublika yarışının qalibi, 120 saylı qrupun tələbəsi Məmmədov Nemət Kinboks idman növü üzrə gənclər arasında Respublika yarışının qalibi, 220 saylı qrupun tələbəsi Həsənov Tural və başqaları şəhərdə keçirilən yarışların birincilikləri olmuşlar.
Son 10 ildə Kollecin 1689 məzunu olmuşdur, onlardan 126 nəfəri fərqlənmə diplomu almışlar.

Sosial və ictimai fəaliyyət

Vətənə, cəmiyyətə elmli, bilikli mütəxəssis olan vətəndaş yetişdirmək.


4 2