Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Mədəniyyət

Gəncə zəngin mədəniyyət ocağı, Nizami və Məhsəti Gəncəvi kimi incilərin torpağıdır.

Ana səhifə » Təhsil » Kolleclər » Gəncə Tibb Kolleci

Gəncə Tibb Kolleci

2 8
Ünvan: Gəncə şəhər, İ.Qayıbov küçəsi 14
Telefon: +994.22.256.39.24
Faks: +994.22.256.83.14
Email: gencetibbmektebi7(AT)rambler.ru
Rəhbərin adı: Niyazi İbrahimov
Rəhbərin email ünvanı: ibraqimov1(AT)mail.ru
Üzvlər: 365 nəfər

Gəncə Tibb Kollecinin fəaliyyəti barədə məlumat Bu təhsil müəssisəsinin əsası 1931-ci ildə Azərbaycan SSR-nin Xalq Səhiyyə Komissarlığının qərarı ilə (134 saylı əmr) Tibb politexnikumu kimi yaradılmışdır. 1935-ci ildə Azərbaycan Xalq Komissarları Şurasının 1408 saylı qərarı ilə Feldşer-Mama məktəbinə çevrilmişdir. 1939-cu ildən N.K.Krupskaya adına Kirovabad baza Tibb məktəbi adlandırılmışdır. 1989-cu ildən Gəncə Tibb məktəbi kimi fəaliyyət göstərmişdir. 2010-cu ilin iyun ayından Gəncə Tibb Kolleci adlandırılmişdır.(Nazirlər Kabinetinin 16 iyun 2010-cu il tarixli 112 saylı qərarı Səhiyyə Nazirliyinin 25.06.2010 47 saylı əmrinə əsasən)
Hal-hazırda kollecdə 4 ixtisas üzrə 2 şöbə fəaliyyət göstərir.

  • Müalicə işi şöbəsi – “Müalicə işi” ixtisası
  • Mamalıq işi şöbəsi – “Mamalıq işi”, “Tibb bacısı işi”,”Əczaçılıq” ixtisasları üzrə.

Hal-hazırda kollecdə 365 nəfər tələbə təhsil alır, Təhsil forması yalnız əyanidir. Ümumi işçilərin sayı 159 nəfərdir. Bunlardan 83 nəfəri həkim-müəllim, 16 nəfər müəllim, 60 nəfər isə inzibati və texniki işçilərdir. Kollecdə elmi dərəcəsi olan 1 nəfərdir- İbrahimov Niyazi İdrıs oğlu, tibb elmləri doktorudur.
Kollecdə 7 fənn birləşməsi, 12 fənn kabineti, 8 laboratoriya fəaliyyət göstərir, bundan başqa 1 açıq və 1 qapalı idman zalı, 20-yə qədər auditoriya vardır.
Bu təhsil müəssisəsi fəaliyyəti dövründə 40 minə yaxın orta ixtisaslı tibb kadrları yetişdirmişdir. Həmin kadrların içərisində təhsillərini davam etdirərək ali təhsilli tibb kadrlarına çevrilmiş, Respublikamızın elmi-ictimai həyatında xüsusi yer tutan mütəxəssislər vardır. Bunlardan mərhum professor Kamal Məhərrəmov, professor Məhərrəm Bayramov, məşhur uroloq Kamal İsmayılov, tanınmış həkimlər Məşdi Hüseynov, Talıb Talıbov, Arxaft Nəsib oğlu, Axund Cəfərov, Nazir İsayev və s.
Kollecin məzunlarından Respublikadan kənarda, hərbi hissələrdə və hərbi hospitallarda işləyənlər də çoxdur.
Gəncə Tibb Kolleci Respublikamızın qərb regionunda orta ixtisaslı tibb kadrları hazırlayan yeganə Dövlət təhsil müəssisəsidir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli, vətəndaş, mütəxəssis, vətənpərvər gənclər yetişdirmək.


2 1
2 2
2 7
2 10
2 11
2 12
2 13