Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Ə.Cavad adına 2 nömrəli tam orta məktəb

Ə.Cavad adına 2 nömrəli tam orta məktəb

2 2
Ünvan: Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi
Telefon: +994.22.254.28.70
Rəhbərin adı: Sahibə Abdullayeva
Üzvlər: 1380 nəfər

Cavad adına 2 nömrəli tam orta məktəb 1982-ci ildən əsas təhsil müəssisəsi kimi fəaliyyət göstərmişdir. 1987-ci ildən isə tam orta məktəb kimi işə başlamışdır. 

Məktəb 1992-ci ildən görkəmli şair, Azərbaycan Respublikasının dövlət himnini yazmış və 1937-ci ilin represiya qurbanı olmuş Əhməd Cavad adını daşıyır.
Məktəbimiz Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və göstərşi ilə 1980-ci ildə salınmış Yeni Gəncə qəsəbəsində yerləşir.

1998-ci ilə qədər Yeni Gəncə qəsəbəsində gənc ailələr yaşadığından həmin dövrlərdə şagirdlərin sayı 3000-dən artıq müəllimlərinin sayı isə 300-ə yaxın idi. Hal-hazırda məktəbimizdə 1380 şagird təhsil alır. Onların təlim-tərbiyyəsi ilə 198 müəllim və pedaqoji işçi məşğul olur.

Məktəbin şöhrət qazanmasında ən mühüm amillərdən biri müəllimlərin savadlı və öz pedaqoji təcrübəsindən səmərəli istifadə etməsidir. Belə ki, məktəbimizdə bilikli, savadlı və öz işinə məsuliyyətlə yanaşan müəllimlər çoxdur. Onlardan ibtidai sinif müəllimləri Yolçuyeva Yeganə İsgəndər qızı, Məsimova Təranə Qənbər qızı, Kərimova Güləsər Əli qızını, yuxarı sinif müəllimlərindən Əkbərova Vəsilə İsax qızı (ingilis dili), Ələkbərova Mehriban Məmməd qızı (ədəbiyyat), Abbasova Zivər Sayad qızı (riyaziyyat), Fətəliyeva Elza Qiyas qızı (coğrafiya) göstərmək olar.
Məktəbin ingilis dili müəllimi Əkbərova Vəsilə İsax qızı 2002-ci ildə ABŞ-in Təhsil Departamentinin keçirdiyi “TEA” müsabiqəsində qalib olmuş, özünə kitabxana, məktəbə isə bəzi avadanlıqları qazandırmışdır.

Məktəbimizin ABŞ-ın Proyekt Harmoniya təşkilatının 2001-ci ildə məktəblər arasında keçirdiyi müsabiqədə 3 məktəbdən biri biz olmaqla təmir olunmuş bir kabinet və 8 kompüter qazanmışdır.
Müəllimlərimizin iş təcrübəsinin yayılması üçün yuxarı təşkilatlar qarşısında həmişə hesabatla çıxış edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ədəbiyyat müəllimi Sadıxova Gülşən Aydın qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Məktəbimizin işqüzar, bacarıqlı müəllimlərinin səyi nəticəsində hər il şagirdlərimizin 30-45% -i ali məktəblərə bir qismini isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.
Onlardan bəziləri 600 –dən çox bal toplamışdır.
Məsələn, 2010/2011-ci dərs ilində 3 şagirdimiz aşağıdakı nəticəni göstərərək müxtəlif ali təhsil ocaqlarında oxuyurlar.
1. Mehdizadə Sərxan – 672 balla Qafqaz Universiteti.
2. Məmmədli Fidan – 612 balla bakı Dövlət Universiteti.
3. Əhmədova Gülər – 602 balla Bakı Dövlət Universiteti.
2011/2012-ci dərs ilində isə Kərimova Sevinc Cəmaləddin qızı – 647 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. 500-dən çox bal toplayan məzunlarımızın sayı daha çoxdur. Məzunlarımızdan ali hərbi məktəbə üz tutanların sayı ilbə-il artır. Şagirdlərimizdən təkcə 2010/2011-ci tədris ilində C.Naxçivanski adına hərbi liseyə 3 nəfər qəbul olunmuşdur.

Müxtəlif illərdə müəllim və şagirdlərimiz Təhsil Nazirliyinin və Təhsil İdarəsinin fəxri fərman və diplomlarına layiq görülmüşlər. 2005/2006-ci dərs ilində təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizzadə Şahin Əziz oğlu Təhsil Nazirliyinin əmri ilə “Təşəkkür” elan edilmişlər.
Məktəbin şagirdi Zeynalova Fidan Arif qızı 2011/2012-ci dərs ilində keçirilən inşa müsabiqəsində qalib olduğu üçün Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

Məktəbin bütün siniflərində informatika dərsləri tədris olunur və dörd kabinetlə təchiz olunmuşdur. Məktəbdə üç laboratoriya (kimya, fizika, biologiya) fəaliyyət göstərir. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya və ingilis dili kabinetləri mövcuddur.
Tədris planına uyğun olaraq I-V siniflər kurikulumla işləyir. Həmin siniflərdə dərs aparan müəllimlərin hamısı kurikulum kurslarına cəlb olunmuş və sertifikat alımışlar.

Məktəbin rəhbər işçiləri və pedaqoji üzvlərdən bir neçəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən inzibatı idarəetmə sinfi üçün təşkil edilmiş, “İKT-nin təhsilə və idarəetmə sistemləri” təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikatla təmin olunmuşlar.
Məktəbin Gəncə şəhər Təhsil İdarəsinin Metodik Mərkəzi ilə daim əməkdaşlıq edir. Hər ay bir neçə “açıq dərsin” keçirilməsinə nail oluruq.
Məktəbdə valideyn məktəb assosiasiyası fəaliyyət göstərir. Şagirdlərdə Hərbi vətənpərvərlik hissələrinin daha yaxşı aşılanması məqsədilə bayramlarda hərbi hissələrdə olu, əsgərlərin vəziyyətləri ilə tanış oluruq. Onların geyimi, səliqə və səhmanları, davranışları şagirdlərimizdə yüksək əhval-ruhiyyə oyadır. Ona görə də məktəbdə mülkü-müdafiə işlərinin təşkilinə yuxarı sinif şagirdləri də cəlb olunurlar.

Məktəbimiz şəhərimizdə fəaliyyət göstərən ali məktəblərlə əməkdaşlıq edir. Ali məktəblərdə keçirilən seminar və konfranslarda iştirak edirik.
Hər il ekologiya mövzusunda keçirilən seminarlarda şagirdlərimiz refarat mövzularda iştirak edir və gördükləri işlərə görə qiymətləndirirlər.
İşlərimiz bununla bitmir. Biz şagirdlərimizin gələcəkdə zamanın tələblərinə uyğun olaraq daha fəal çalışmaları üçün əlimizdən qələni əsirgəməyəcəyik.

Sosial və ictimai fəaliyyət

İmkansız insanlara , Qarabağ əlillərinə lazımi köməklik göstərmək , Vətənə layiqli insan yetişdirmək.


2 1
2 3
2 4
2 5
2 6