Biznes

Gəncədə biznes fəaliyyəti indi daha əlverişli və gəlir gətirəndir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Aşıq Ələsgər adına 36№li tam orta məktəb

Aşıq Ələsgər adına 36№li tam orta məktəb

36 3
Ünvan: Gəncə şəhər, Əbül Üla Gəncəvi 42
Telefon: +994.22.257.46.64
Email: mekteb36-36(AT)mail.ru
Rəhbərin adı: Sədaqət Məmmədova
Rəhbərin email ünvanı: mekteb36-36(AT)mail.ru
Üzvlər: 754 nəfər

Gəncədə A.Şirvanzadə adı ilə 36№li beynəlmilər orta məktəbi 1955-ci ildən fəaliyyətə başlamışdır. 1988/1989-cu ildə isə Gəncə şəhər Aşıq Ələsgər adına 36№li orta məktəb adı verilmişdir. Ərazisi 2,7 hektardır, məktəbdə 754 şagird 87 müəllim 4 nəfər lobarant, 2 dərnək,2 kitabxana 1 Uşaq birliyi 17 nəfər texniki işçi fəaliyyət göstərir.

1988-ci ildən oxuyan şagirdlərimizdən Hərbi Ali məktəbə, C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, hal-hazırda Respublikamızın müxtəlif bölgələrində hərbi hissələrində işləyirlər. Bu müddət ərzində məktəbin ali təhsil ocaqlarına qəbulumuz yüksək səviyyədə olmuş müxtəlif illərdə Tələbə qəbulunda 600 bal toplayan şagirdlərimiz olmuş, 2011-2012-ci tədris ilində 31 nəfər attestat alan şagirdlərdən 15 nəfəri Tələbə Qəbulu zamanı ali məktəblərə qəbul olmuşdur. Məktəbimiz 280 nəfər şagird yeri olan uyğunlaşdırılmış binadır. Dərslər 2 növbədə keçirilir. Məktəbimizin müəllimlərindən “Əməkdar Müəllim”, “Tərəqqi medalı” olanlarımız var. Məktəbdə 37 sinif fəaliyyət göstərir, bu siniflərdə 754 şagird təhsil alır. Şagirdlərimiz idmana böyük həvəs göstərir keçirilən idman yarışlarında iştirak edərək gümüş bürünc, medallar almışdır.

Şəhərdə keçirilən bilik yarışlarında, hərbi idman oyunlarında,keçirilən olimpiadalarda fəal iştirak edirlər.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına bilikli,savadlı,vətənpərvər ruhda şagird tərbiyə etmək


36 1
36 2
36 4