Biznes

Gəncədə biznes fəaliyyəti indi daha əlverişli və gəlir gətirəndir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » A.S.Puşkin adına 9 №-li tam orta məktəb

A.S.Puşkin adına 9 №-li tam orta məktəb

9 2
Ünvan: Gəncə şəhəri, Ərdəbil küçəsi 38
Telefon: +994.22.267.04.37
Rəhbərin adı: Nazim Hacıyev
Üzvlər: 619 nəfər

A.S.Puşkin adına 9 nömrəli orta məktəb Gəncə şəhər Ərdəbil küçəsi 38 saylı ünvanda yerləşir. Məktəbin binası 1936-cı ildə tikilmişdir və bu məktəb kimi uyğunlaşdırılmışdır. Məktəb binası 3 mərtəbədən və həyətdə yardımçı sinif otaqlarından ibarətdir. Məktəbdə direktor otağı, müəllimlər otağı, 26 sinif otağı, kitabxana, laboratoriyalar (kimya, fizika, informatika), fənn kabinetləri - ( Ədəbiyyat, Tarix, İngilis dili, Fizika, Kimya, Biologiya, Emalatxana, Hərbi, İnformatika), kargüzarlıq, tibb otağı, istilik və digər kommunikasiya xətləri vardır.

Məktəbdə 2012-2013- cü tədris ilin əvvəlinə 539 nəfər şagird kontingenti 25 sinifdə komplektləşdirilmiş, axşam sinifləri üzrə 99 şagird kontingenti 5 sinifdə komplektləşdirilmiş və həmin şagirdlərin təhsili ilə 81 nəfər pedaqoji işçi heyyəti məşğul olur. Bu tədris ilinin I yarimilin yekunlarına nəzər salaq- bütün dərslərin tədrisinə müntəzəm nəzarət olunmuş, məktəbdən şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılmışdır. Məktəbin təchizatı normaldır, İKT-dən istifadə şəraiti var.Məktəb kitabxanasında müəllimlər üçün metodik vəsaitlər, əyani vasitələr, xəritələr, kurrikulum kitabları var.

Məktəbdə 2010/2011-ci tədris ilində 16 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. Onlardan 5 nəfəri 500-dən yuxarı bal toplamış, 1 nəfəri isə 480 balla qəbul olmuşdur.

2011/2012-ci tədris ilində 10 nəfər məzun respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar.Onlardan 2 nəfəri 500-dən yuxarı bal toplamışdır.

Məktəbin yarımil çərçivəsində müxtəlif tədbirlər keçirilmişdir. 15 sentyabr “Bilik günü” münasibətilə tədbir keçirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar məktəbdə şagirdlərlə maarifləndirmə işi aparılmış və aşağıdakı tədbirlər keçirilmişdir. Ildönümü ilə əlaqədar 11 dekabr 2012-ci il tarixdə məktəbdə geniş anım tədbiri keçirilmişdir.

12 dekabr 2012-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şəhər meydanındakı Ümummilli lider Heydər Əliyevin heykəli ziyarət olunmuş, Heydər Əliyev muzeyinə baxış keçirilmiş və muzeyin xatirə kitabına məktəb adından sözlər yazılmışdır.

Müəllimlərin fərdi hazırlığı yaxşıdır. Məktəbdə müəllimlər arasında təcrübə mübadiləsi aparılmış və məktəb daxilində metodiki işlərin yaxşılaşdırılması üçün işlər aparılmışdır.



Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənpərvər ruhda gənclər tərbiyə etmək, bilikli, savadlı şagird yetişdirmək


9 1
9 3
9 4