Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Təhsil » Məktəblər » C.Cabbarlı adına 6 № li tam orta məktəb

C.Cabbarlı adına 6 № li tam orta məktəb

Ünvan: Gəncə şəhəri, H.Ə.Hüseynzadə 36
Telefon: +994.22.256.44.78
Email: 6mekteb(AT)mail.ru
Rəhbərin adı: Vəfa Abbasova
Rəhbərin email ünvanı: vefa.abbasova.73(AT)mail.ru
Üzvlər: 756 nəfər

Gəncə şəhəri C.Cabbarlı adına 6 saylı tam orta məktəb 1936 – cı ildən fəaliyyət göstərir. Məktəb öz iş fəaliyyətində şərəfli inkişaf yolu keçmişdir. Məktəbin zəngin, yaradıcı 116 nəfərdən ibarət pedaqoji kollektivi vardır, 92% müəllim kontingenti ali təhsillidir. Bütün fənlər üzrə yüksək peşəkarlığa malik pedaqoji kadrlar fəaliyyət göstərir. Məktəbdə 756 şagird təhsil alır.

Məktəbin müəllim və şagird heyəti təhsildə gedən islahatları uğurla tətbiq etməyə çalışır, müəllimlər yeni təlim metodlarının kurrikulumun tətbiqi məsələləri ilə bağlı müxtəlif treyninq və seminarlarda iştirak edir, dövrün tələblərinə uyğun innovativ şəkildə dərsləri qurur. Maraqlı forma və üsullardan istifadə etməklə açıq dərslər təşkil edərək öz pedaqoji səviyyələrini artırırlar.

Məktəbimizdə müxtəlif, zəngin, maraqlı tədbirlər, viktorinalar, gecələr keçirilir. Məktəbimizin şagirdləri müxtəlif, rəngarəng layihələrdə çıxış edir. Onlardan “ Məktəb uşağın dostudur ”, “ Hüquq layihəsi ”, “ Demokratiya sizinlədir ”, Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş yubiley tədbirlərində, “ Nizami yurdunun övladlarıyıq”, “ Eurovision ” mahnı müsabiqəsinin elektron inşa müsabiqəsində şagirdlərimiz öz inşa nümunələri ilə çıxış etmişlər və mükafatlandırılmışlar.

Məktəbimizin şagirdlərindən bir neçə nəfər “ Bilik Körpüsü ” hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarından yüksək bal topladıqlarına görə fəxri fərmanlarla təltif olunmuşlar. O cümlədən “ Araz ” hazırlıq kurslarının keçirdiyi “Ana dilimizi sevək və sevdirək” mahnı və şeir müsabiqəsində bir şagirdimiz ikinci yerə layiq görülmüşdür.
Son illərdə məktəbimizdə yüksək bal toplayıb ali məktəblərə daxil olan şagidlərimizin sayı artıb. Onlardan Əliyeva Çimnaz, Allahverdiyeva Ayşən, Əlizadə Tamella, Məmmədov Zöhrab, Əliyeva Məhsəti, Abbasova Risalət, Hüseynova Həbibə qəbul imtahanlarında 500-600 bal toplamış və ali məktəblərə qəbul olunmuşlar.
Geniş məktəbdaxili və məktəbdənkənar tədbirlər şagirdlərin şəxsiyyətyönümlü xüsusiyyətlərinin formalaşmasına şərait yaradır.

Sosial və ictimai fəaliyyət

Şagirdlərin təhsilini, vətənpərvər ruhda təlim-tərbiyəsini təşkil etmək.