Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 17 nömrəli tam orta məktəb

Gəncə şəhər 17 nömrəli tam orta məktəb

17 4
Ünvan: Gəncə şəhər, Sadıllı qəsəbəsi
Telefon: +994.22.252.11.43
Email: məktəb_17(AT)mail.ru
Rəhbərin adı: Nərgiz Həsənova
Rəhbərin email ünvanı: nara.69(AT)mail.ru
Üzvlər: 1160 nəfər

Gəncə şəhər 17 nömrəli tam orta məktəb 1989/1990-cı ildən fəaliyyət göstərir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin mövcud qərar, əmr, tapşırıq və tövsiyələrini əsas götürərək sistemli və ardıcıl fəaliyyət göstərir. Məktəbin yerləşdiyi mikroərazidə yaşayan əhali ilə məktəb arasında mütəşəkkil formada iş aparılır. 

2012/2013-cü tədris ilində məktəbdə 1160 nəfər şagirdin təlim –tərbiyəsi ilə 193 nəfər müəllim məşğul olur. Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə kollektiv qarşıya konkret vəzifələr qoymuş və bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tələbkarlığı artırmışdır.

Təlim tərbiyə prosesinin səmərəli qurulmasına nail olmaq üçün məktəbdə səmərəli və məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, məktəbin idarə olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması, şagird şəxsiyyətinin formalaşması,  valideynlərlə və icma ilə birgə fəaliyyətinin nəticəsidir ki, son üç il ərzində bir sıra nailiyyətlər əldə edilmişdir.

Məhz bunun nəticəsidir ki, 2010/2011-ci tədris ilində məkrəbin 11-ci sinfini bitirən 90 nəfərdən 32 nəfəri, 2011/2012-ci tədris ilində isə məktəbin 11-ci sinfini bitirən 81 nəfər şagirddən 33 nəfəri ali məktəblərə daxil olmuşdur. Həmin şagirdlərdən 2 nəfəri 600 baldan yuxarı nəticələr göstərmişdir.
Məktəbdə hərbi vətənpərvərlik tərbiyəsinə də xüsusi diqqət yetirilir. 2011/2012-ci tədris ilində 3 nəfər 8-ci sinif şagirdi C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.

Məktəbin 9-11-ci sinif şagirdləri şəhər üzrə keçirilən fənn olimpiadalarında, bilik yarışmalarında, inşa müsabiqəsində iştirak edərək müəyyən yerlər tutmuşlar. Məktəblərarası idman yarışlarında, rəsm müsabiqələrində nailiyyətlər əldə edilmişdir. Belə ki, məktəbin 11-ci sinif şagirdi Əhmədov Esmin Elşən oğlu ağır atletika üzrə Azərbaycan cempionatında I yerə layiq görülmüş, 8-ci sinif şagirdi Quliyev Yəhya Abbas oğlu Türkiyənin İstambul şəhərində keçirilən idman yarışlarında iştirak edərək I yerə layiq görülmüşdür.

Məktəbin 8-ci sinif şagirdi Sultanova Nərmin Elnur qızı şəhər üzrə keçirilən debatda 50 nəfər şagird arasında I yerə layiq görülmüşdür.
N.Gəncəvinin 870 illik yübleyi münasibəti ilə keçirilən şəhər tədbirlərində müəllim və şagird kollektivi yaxından iştirak etmiş, “Leyli və Məcnun” əsərinin səhnələşdirilməsinə görə I yerə layiq görülmüşdür.

Məktəbdə qabaqcıl müəllimlərin fəaliyyəti hər zaman diqqət və qayğı ilə əhatə olunur. Belə ki, qabaqcıl müəllimlər məktəb müdiriyyəti tərəfindən fəxri fərmanlarla təltif olunur. 2011/2012-ci tədris ilində məktəbin biologiya müəllimi Əliyeva Sevinc Aydın qızı respublika Təhsil Nazirliyi tərəfindən “Əməkdar müəllim” adına layiq görülmüşdür.



Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənpərvər və layiqli şagird yetişdirmək.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Həkim məsləhət komissiyasının  arayışına görə fiziki qüsurlu hesab edilən  və psixoloji –tibbi- pedaqoji komissiya tərəfindən evdə fərdi təhsil almalarına icazə verilmiş şagirdlərin fərdi təhsil.


17 1
17 2
17 3
17 5
17 6
17 7
17 8
17 9
17 10
17 11
17 12
17 13
17 14