İdman

Gəncə idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl mükafatçısı oldu.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 19 №li tam orta məktəb

Gəncə şəhər 19 №li tam orta məktəb

19 1
Ünvan: Gəncə şəhər III mikrorayon
Telefon: +994.22.255.37.35
Email: mekteb_19(AT)mail.ru
Rəhbərin adı: Elçin Alıyev
Rəhbərin email ünvanı: aldyev54(AT)mail.ru
Üzvlər: 824 nəfər

19 № li tam orta məktəb 1978-ci ildən fəaliyyət göstərir. Məktəbdə hal-hazırda 824 nəfər şagird oxuyur. Pedaqoji kollektivin sayı 98 nəfərdir. 

Son 3 ildə məktəbimizin məzunlarından 1 nəfər Polis Akademiyasına, 1 nəfər ADTU-nin hərbi fakultəsinə, 1 nəfər Heydər Əliyev adına Hərbi ali məktəbə və 1 nəfər isə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.

Məktəbimizin məzunlarından ali məktəblərə 2010-cu ildə 19 nəfər, 2011-ci ildə 10 nəfər, 2012-ci ildə isə 11 nəfər daxil olmuşdur. 11 nəfərdən 8 nəfəri Respublika ali məktəblərinə, 3 nəfəri isə Türkiyə və Ukrayna Respublikasında ali məktəblərə daxil olmuşdular.

Məktəbimizi müxtəlif illərdə bitirən məzunlarımızdan Anar Əkbərov hazırda Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsində işləyir. Məzunlardan biri də Respublikanın əməkdar artisti, Gəncə Dövlət Dram teatrının aktyoru Əlican Əzizovdur.
2012-ci ildə keçirilən elektron təhsil müsabiqəsində məktəbimizin 23 nəfər müəllim və şagirdi iştirak etmişdir.
Məktəbimizin bir nəfər tarix müəllimi Firuzə Musayevanın 2013-cü il yanvarın əvvəlində “Taleyin İzləri “ kitabı çapdan çıxmışdır.
Hal-hazırada məktəbin şagirdləri Respublika və Avropa yarışlarında iştirak edirlər. Onlardan IX sinif şagirdi Qurbanov Nurlan kikboksinq üzrə Respublika çempionu, bir dəfə isə Avropa birinciliyində 3-cü yerə çıxmışdır. Bundan başqa X sinif şagirdləri; İbrahimov İlqar karate-do üzrə Respublika çempionu, Quliyev Əhliman isə Sərbəst güləş üzrə Respublika birinciliyinin qalibi olmuşlar.
10-cu sinif şagirdi Rzayev Xəyal isə cüdo üzrə Respublika birinciliyində 2-ci yerə çıxmışdır.
2012-ci ilin dekabr ayında Prezident İlham Əliyev Cənablarının ad günü münasibətilə Şəhər Təhsil İdarəsi Bilik körpüsü hazırlıq və repetitorlar mərkəzi ilə birgə keçirdiyi “Bilik yarışmasında” IX sinif şagirdi Nicat Cəfərov 466 balla I yerə çıxaraq qalib olmuşdur.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənpərvər ruhda bilikli, bacarıqlı və savadlı şagird yetişdirməkdən ibarətdir.


19 2
19 3
19 4
19 5
19 6
19 7
19 8