Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 25 №-li tam orta məktəb

Gəncə şəhər 25 №-li tam orta məktəb

Gəncə şəhər 25 №-li tam orta məktəb
Ünvan: Gəncə şəhər, Dədə Qorqud-15
Rəhbərin adı: Səmadil Əliyeva
Üzvlər: 530 nəfər

Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəb Dədə Qorqud 15 ünvanda yerləşir. Məktəb 670 şagird yerliyi üçün nəzərdə tutulub. Hal-hazırda 530 şagird təhsil alır. 10 sinif ibtidai 20 sinif isə yuxarı siniflərdir. Məktəb 1 növbəli fəaliyyət göstərir. Məktəb binası 1963-cü ildə internat məktəb kimi istifadəyə verilmişdir. 1971-ci ildən orta məktəb kimi istifadəyə verilmişdir.

Son üç ildə məktəbdə müəllimlərin sayı 117 nəfər olmuşdur. Hal-hazırda 92 nəfər pedaqoji işçi fəaliyyət göstərir.
Son üç ildə şagirdlərin sayı 685 nəfər olmuşdur. Hal-hazırda 530 nəfər şagird təhsil alır.

Son üç ildə məktəbin 11-ci sinfini 202 nəfər şagird bitirmişdir. Onlardan 163 nəfəri orta təhsil haqqında attestat almışdır. 90 nəfər məzun qəbul üçün iş vermiş, 46 nəfər məzun Ali təhsil müəssisələrinə, 9 nəfəri orta ixtisas məktəblərinə qəbul olmuşdur. Son üç ildə 596 bal ən yüksək bal toplayan məzunumuz olmuşdur. Əvvəlki illərdə N.Nərimanov adına 25 nömrəli tam orta məktəbi bitirənlərdən yüksək rütbələrdə çalışan məzunlarımız da vardır.

Hüseynov Ramiz Vahid oğlu məktəbin məzunudur. Fövqəladə Hallar Nazirliyində işləyir. Polkovnikdir.
Şahverdiyev Nail Murad oğlu Bakı şəhər, Ədliyyə Nazirliyinin tərkibində baş ədliyyə işçisi.
Maçanov Ülfət Rafael oğlu ilk dəfə ən yüksək bal toplamış məzun, Xarici İşlər Nazirliyinin Polşanın Varşava şəhərində olan diplomatı.
Maçanova Rumiyyə Rafael qızı Azərbaycan Tibb Universitetində müəllim, elmlər namizədi həkim-genekoloq,
Qasımov Tural Paşa oğlu Bakı Dövlət Universitetində müəllim, 24 yaşında ilk doktorant.

N.Nərimanov adına 25 nömrəli tam orta məktəbi bitirən məzunların çoxu hərbidə zabit vəzifəsində çalışır və hərbi işlərdə müəyyən sahələrdə xidmət göstərirlər. Bu da məktəbdə şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasından irəli gəlir. Hər il məktəbi bitirən məzunlardan bir neçəsi hərbi Ali məktəblərə qəbul olmuşlar. Hal-hazırda Hərbi Ali məktəblərdə oxuyurlar.

Məktəbimizin məzunu Əmiraslanova Tahirə Hüseyn qızı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsində Respublika üzrə II yer tutmuş, hal-hazırda Sumqayıt Dövlət Universitetində təhsil alır.

Məktəbi bitirən məzunlar hər il ənənə olaraq məktəb müəllimləri və şagirdləri ilə görüşlər keçirir. Məktəbi bitirmələrinin 25 ilinin tamam olmalarını qeyd edirlər.

Sosial və ictimai fəaliyyət

Vətənpərvərlik ruhunda şagirdləri tərbiyə etmək, bilikli, savadlı, şagird yetişdirmək.


25 1
25 2
25 3