Səhiyyə Ocaqları

"Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".

Heydər Əliyev 

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 26 saylı orta məktəb- lisey kompleksi

Gəncə şəhər 26 saylı orta məktəb- lisey kompleksi

26 3
Ünvan: Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 58
Telefon: +994.22.259.65.62
Rəhbərin adı: Valeh Rüstəmov
Üzvlər: 957 nəfər

 

Gəncə şəhər 26 saylı orta məktəb- lisey kompleksi 1934-cü ildən fəaliyyət göstərir. Məktəb 1995-ci ilə qədər Azərbaycan Dəmiryolu Təhsil müəssisələrinin nəzdində 17 nömrəli dəmiryol məktəbi adı ilə fəaliyyət göstərmişdir. Məktəbdə təlim prosesinin yüksək səviyyədə qurulmasına görə məktəb həmişə birincilər sırasında olmuşdur. Bu baxımdan məktəb Təhsil Nazirliyinin razılığı ilə orta məktəb-lisey kompleksi adını almışdır. Məktəb uyğun nizamnamə əsasında işləyir. Məktəbdə hər sinifdən birincisi lisey olaraq qruplaşdırılır və həmin siniflərdə dərs tədris edən müəllimələrə əlavə 15 % əmək haqqı ödənilir.


Məktəbin məzunları:
1. Qurbanov Vüsal Asif oğlu - ASAİF- Baş katib
2. Məmmədov Emil İlyas oğlu - Baki şəhəri 37-ci bölmənin rəis müavini rütbəsi - Polkovnik
3. Məmmədov Anar İlyas oğlu - Baki şəhəri Baş Polis İdarəsinin müstəntiqi
4. Atakişiyev Zaur Mehdi oğlu - Baki Ceyhan neft Kəmərinin Regional Təhlükəsizlik İdarəsinin xidmət rəisi
5. Məmmədov Elmar İlyas oğlu - Xarici İşlər Nazirliyində İdarə Rəisi
6. Həsənov Kamil Rahil oglu - Qusar Rayonunda N saylı hərbi hissədə Bölük Komandiri
7. Səfərova Yeganə Cəmil qızı - Gəncə şəhəri 4 N-li tam orta məktəbdə əməkdar müəllimə
8. Hüseynov Şahin Şadman oğlu - Respublika Gömrük Komitəsində işləyir
9. Rzaquliyev Cavid Şakir oğlu - ABŞ-da magistraturada oxuyur

Məktəbin məzunlarından daha biri Alıyev Elnur İlqar oğlu kinqboksing üzrə 3 qat Dünya Çümpionu adını qazanmışdır.
Məktəbdə hal-hazırda 111 nəfər pedoqoji işçi 957 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəbdə yüksək təcrübəyə, biliyə, bacarığa malik müəllimlər çalışırlar. Məktəbin fizika müəllimi Rərəcoğlu Arif İsrafil oğlu fəlsəfə doktorudur.

Haqverdiyev Hüseyn Həsən oğlu əməkdar müəllim adına layiq görülmüş, 2011-ci ildə təqaüdə çıxdığına görə əmək müqaviləsi ləğv edilmişdir.
2004-2006 - ci illərdə Norveç Qaçqınlar Şurasının həyata keçirdiyi layihədə məktəb resurs mərkəz kimi fəaliyyət göstərmişdir. Bununla belə məktəbdə "Gənc Liderlər Yetişdirək" layihəsində məktəbin IX-XI sinif şagirdlərinə seminarlar və treyninqlər keçirilmişdir.

Təhsil Nazirliyinin təşəbbüsü ilə "Mədəd Azərbaycan" MMC-nin "Öyrədənlərin öyrədəni"kurslarında məktəbin müəllimləri fəal iştirak etmiş və 2 nəfər müəlliməmiz Bağırova Zenfira Qafar qızı və Əhmədova Catirə Rövşən qızı təlimçi statusuna layiq görülmüşlər.
Şəhər səviyyəsində nümunəvi açıq dərslər keşirilmişdir.

Son üç ildə məktəbin ali məktəblərə qəbul faizi aşağıdakı kimidir:
1. 2009-2010 - 32%
2. 2010-2011 - 56,6%
3. 2011-2012 - 52,8%

2010-2011 -ci dərs ilində məktəb qəbul faizinə görə şəhər üzrə I yer tutmuş və Gəncə Şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərman və hədiyyə ilə mükafatlandırılmışdır.

2009-cu ildən etibarən əsasnaməyə uyğun olaraq məktəbdə "Şagird Parlamenti" yaradılmış və hal-lazırda fəaliyyət göstərir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli insan yetişdirmək.


26 1
26 2
26 4
26 5
26 6
26 7
26 8
26 9
26 10