Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 28 №-li tam orta məktəb

Gəncə şəhər 28 №-li tam orta məktəb

28 1
Ünvan: Gəncə şəhəri, Dədə Qorqud 42
Telefon: +994.22.257.62.50
Rəhbərin adı: Rəna İsmayılova
Rəhbərin email ünvanı: renirka(AT)mail.ru
Üzvlər: 793 nəfər

Gəncə şəhər 28№-li tam orta məktəb 1963-cü ildən fəaliyyət göstərir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr, tapşırıq və tövsiyyələrini əsas götürərək sistemli və ardıcıl fəaliyyət göstərir. Məktəbin yerləşdiyi ərazidə yaşayan əhali ilə məktəb arasında mütəşəkkil formada iş aparılır.

2012-2013-cü tədris ilində məktəbdə 821 nəfər şagirdin təlim – tərbiyəsi ilə 91 nəfər müəllim məşğul olur. Təlimin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə kollektiv qarşıya müasir təhsilin tələblərini səviyyəsinə cavab verən konkret vəzifələr qoymuş və bu vəzifələrin məsuliyyətlə, şərəflə yerinə yetirilməsi üçünpeşəkarlığı və tələbkarlığı artırmışdır.

Təlim – tərbiyə prosesinin qoyulan tələb səviyyəsində qurulmasına nail olmaq üçün məktəbdə səmərəli və məqsədyönlü işlər aparılır. Bütün bunlar məktəbin demokratik qaydada idarə olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, təlim – tərbiyə prosesinin düzgün təşkili və idarə olunması, şagird şəxsiyyətinin formalaşması, məktəbin valideynlərlə və icma ilə birgə fəaliyyətinin nəticəsidir ki, həm müəllimlərimiz, həm də şagirdlərimizin bir çoxu son 3 il ərzində sevindirici uğurlara imza atmışlar.

Məktəbimizin Azərbaycan dili və ədbiyyat müəllimi Bayramova Gülafət Baharəddin qızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı – publisist kimi ədəbi uğurlar qazanmışdır.

2010-2011-ci ildə məktəbimizin müəllimlərindən riyaziyyat müəllimi Məmmədova Sara. Azərbaycan dili və ədəbiyyat müəllimi Fəxrənsə Əbdürrəhmanova Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşlər.

Məktəbimizin rəsm, rəsmxətt və əmək hazırlığı müəllimi Həsənov Muradxan Məmməd oğlu Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Məktəbimizin şagirdlərindən Həsənov Zahid Rövşən oğlu 2010-cu ildə Çəmşid Naxçıvanski adına Hərbi liseyə yüksək balla (409) daxil olub. Həmin il Hərbi Ali məktəbə 2 nəfər şagirdimiz: Kərimov Asif Rizvan oğlu və Məmmədov Nicat Yusif oğlu qəbul olub. 2011-2012-ci dərs ilində Çəmşid Naxçıvanski adına Hərbi liseyə Əhmədov Hüseynqulu Saləddin oğlu da, 2010-2011-ci ildə də respublikamızın müxtəlif ali məktəblərinə daxil olan şagirdlərimiz yaxşı nəticələr göstərmişlər.

Məktəbimizin məzunları Vəliyeva Nurtac Nihad qızı 2010-cu ildə 618 balla, Hüseynli Yüksel Cəfər qızı 624 ballaFərəməzov Sərxan Maksim oğlu 606 balla Tibb Universitetinə qəbul olmuşlar.

Məktəbin 9-11-ci sinif şagirdləri şəhər üzrə keçirilən fənn olimpiadalarında inşa yazı müsabiqələrində də, iştirak etmişlər. O cümlədən XI sinif şagirdi Qasımova Fəridə Akif qızı inşa yazı müsabiqəsində respublika turunda III yerə çıxmışdır. İdman üzrə yarışlarda da nəticələr uğurlu olmuşdur. Qasımov Ruslan Ceyhun oğlu güləş üzrə Avropa çempionu olmuşdur.

N.Gəncəvinin 870 illik yubileyi münasibətilə keçirilən şəhər tədbirlərində müəllim və şagird kollektivi yaxından iştirak etmiş, sərgidə nümayiş etdikləri eks ponatlar və əsərlər içərisində dəri üzərinə yağlı boya ilə çəkilən “Leyli və Məcnun”, “ Sirlər xəzinəsi” , “Yeddi gözəl” əsərlərinə aid illüstrasiyalar böyük marağa səbəb olmuşdur.

Məktəbdə qabaqcıl müəllimlərin fəaliyyəti hər zaman diqqət və qayğı ilə əhatə olunur. Belə ki, qabaqcıl müəllimlər məktəb müdiriyyəti tərəfindən fəxri fərmanlarla təltif olunur.

 

Sosial və ictimai fəaliyyət

Vətənpərvərlik ruhunda tərbiyə etməli, bilikli, bacarıqlı şagirdlər yetişdirmək.


28 2
28 3
28 4
28 5
28 6
28 7
28 8