Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 32№- li tam orta məktəb

Gəncə şəhər 32№- li tam orta məktəb

32 1
Ünvan: Gəncə şəhər, Heydər Əliyev prospekti-10
Telefon: +994.22.255.97.64
Rəhbərin adı: Tutu Hüseynova
Rəhbərin email ünvanı: orta_32mekteb(AT)hotmail.com
Üzvlər: 807 nəfər

 

Məktəb 1936-cı ildə inşa edilmiş, uyğunlaşdırılmış binada yerləşir.
Məktəbdə cəmi 18 sinif otağı vardır. Məktəbdə 807 nəfər şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 82 nəfər pedaqoji işçi məşğul olur. Məktəbdə dərslər rus və azərbaycan bölmələri üzrə aparılır. Dərslər 2 növbədə aparılır. Məktəbdə 40 sinif var .

Məktəbin maddi texniki bazası yaxşıdı , fizika , kimya laboratoriyaları və 2 informatika otağı var. Bina 2012- ildə əsaslı təmir olunub. İstilik sistemi normal işləyir. Məktəbin internet şəbəkəsinə qoşulubdur. Məktəb əsaslı təmirdən sonra yaxşı qorunub saxlanılmışdır.
Bir neçə ildir ki, ali məktəblərə qəbul faizi şəhərin orta göstəricisinə uyğundur.

2009-2010-cu tədris ilində 56 nəfər şagird məzun olmuşdur,onlardan 50 nəfəri attestat almış və 6 nəfəri orta məktəbi bitirməsi barədə arayış almışdır. 15 nəfər Ali məktəblərə və 2 nəfər orta ixtisas məktəblərinə qəbul olmuşlar. 82 nəfər şagird IX sinfi bitirmiş və şəhadətnamə almışlar.

2010-2011- ci dərs ilində 44 nəfər məzun tam orta təhsil haqqında attestat almış onlardan 18 nəfər Ali 3 nəfər orta ixtisas məktəbinə daxıl olmuşdur. 103 nəfər şagird nəfər şagird IX sinfi bitirməsi haqqında şəhadətnamə almışdır.

2011-2012-ci dərs ilində 77 məzundan 73 nəfəri attestat almışdır, onardan 36 nəfər Ali 4 nəfər isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. 77 nəfər IX sinif şagirdləri şəhadətnamə almışdır. Şəhər olimpiadasında I turda fizika,kimya, bioloqiya fənləri üzrə 3 nəfər 1 –ci yerə laiq qörülmüşlər. Bakı şəhəri Xəzər universitetinin IX Olimpiadasında ən yüksək nəticələr göstərdiyinə görə 11 sinif şagirdi Əliyeva Samirə Fəxri fərmanla təltif olunmuş , Gəncə şəhər Təhsil İsdarəsinə və məktəbə Diplom qazandırmışdır.

Məktəbdə son dövrdə 7 məzun Hərbi Akademiyalara və 4 şagird C.Naxçıvanski adına Hərbi liseyə daxıl olmuşlar. İdman sahəsində də uğurlarımız var.
2012-ci ildə məktəbin təsərüfat işləri üzrə direktor müavini Rəhim Nəbiyev şəhərdə aparılan quruculuq və yenidənqurma işlərində fəaliyyətinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərmanla təltif olunmuşdur.

2012-2013- cü dərs ilində məktəbimizin qabaqçıl müəllimlərdən olan İradə Nəcəf qızı Hüseynova Gəncə şəhər Təhsil İrarəsi tərəfindən dəfələrcə Fəxri fərmanla təltif olunmuşdur.

18 oktyabr 2012 –ci il Azərbaycan Respublikasının Dövlət Müstəqillik günü münasibəti ilə məktəbin 26 nəfər pedoqoji işçisi YAP-nın sıralarına daxıl olmuşdular.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənə laiqli vətənpərvər vətəndaş yetişdirmək .


32 2
32 3
32 4
32 5
32 6