Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Səhiyyə Ocaqları

"Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".

Heydər Əliyev 

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 33 nömrəli tam orta məktəb

Gəncə şəhər 33 nömrəli tam orta məktəb

33 4
Ünvan: Gəncə şəhər, Atatürk prospekti 2
Telefon: +994.22.2.55.84.69
Email: 33sayli(AT)box.az
Rəhbərin adı: Elmira Talıbova
Rəhbərin email ünvanı: 33saylı(AT)box.az
Üzvlər: 360 nəfər

 

33 nömrəli tam orta məktəb 1921-ci ildən fəaliyyət göstərir.Məktəb uyğunlaşdırılmış binada yerləşir.2012-2013-cü dərs ilində 18 sinif komplektləşdirilmişdir.Məktəbdə ibtidai təhsil pilləsi üzrə 8, ümümi orta təhsil pılləsi üzrə 8, tam orta təhsil pilləsi üzrə 2 sinif fəaliyyət
göstərir.Həmin siniflərdə 380 nəfər şagird oxuyur.Məktəb üzrə şagirdlərin orta sıxlığı 21,1-dir.

Müəllim şagird nisbəti 1/10.5-dir. Onların təlim-tərbiyəsi ilə 39 nəfər müəllim məşğul olur ki,
onlardan 34 nəfəri ali təhsilli,5 nəfəri isə orta-ixtisas təhsillidirMəktəb bir növbəli 5 günlük rejimlə işləyir.

Məktəbdə görkəmli şəxsiyyətlər təhsil almışdır:
Azərbaycan Respublikası Ali Sovetinin deputatı Qəzənfər Əliyev ( vəfat etmişdir)
Azərbaycan Respublikasının deputatı , Ali Sovetini ədri Murtuz Ələsgərov ( vəfat etmişdir)
Vergi nazirliyinin nazir müavini İlqar Əhmədov
Gəncə şəhər İcra başçısının müavini Vasif Əliyev
Gəncə şəhər Nizami rayon məhkəməsinin əməkdaşı Tərifə Kərimova
Gəncə şəhər Kəpəz rayon polis idarəsinin əməkdaşı Surxay Məmmədov və başqaları.

Məktəbin məzunları həkim,müəllim,müstəntiq və başqa sahələrdə böyük nailiyyətlər göstərirlər. Son illərdə 600-dən yuxarı bal toplayanlardan Mehdiyev Vüqar Vaqif oğlu 611 bal toplayıb Bakı Dövlət Universitetinə qəbul olmuş. Prezident təqayüdünə layiq görülmüşdür.

Ələsgərov Abbas Arzu oğlu 641 bal toplamış, Qafqaz Universtetinə qəbul olunmuşdur. Kosayeva Günel Azər qızı 654 bal toplamış Prizident yanında Dövlət İdarəçilik
Akademiyasına qəbul edilmişdir. 500 dən yuxarı bal toplayan şagirdləri sayı ildən- ilə artır.

Məktəbdə müəllim sənətini sevən. gənclərin düzgün tərbiyə edilməsində mühüm rolu olan müəllimlərimiz də çoxdur. Onlardan Vəfa Hüseynova , Səməd Məmmədov Nüşabə İsmayılova, Qənirə Vəliyeva, Xuraman Tarverdiyeva, Şəhla Ələsgərova şagirdlərimizə vətənimizi sevməyi, özündən böyüklərə hörmət etməyi, vətənpərvər övlad kimi düşməni tanımağı, xalqımıza , vətənimizə layiqli övlad kimi yetişməyi aşılayır.

Sosial və ictimai fəaliyyət

Vətənpərvər ruhda layiqli,tərbiyəli. bilikli şagiirdlər yetişdirmək.


33 1
33 2
33 3
33 5
33 6