Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 42 nömrəli tam orta məktəb

Gəncə şəhər 42 nömrəli tam orta məktəb

42 1
Ünvan: Gəncə şəhər, 6- cı vağzal küçəsi № 1
Telefon: +994.22.255.05.24
Email: 42_ sayli(AT)box.az
Rəhbərin adı: Naidə İsgəndərova
Rəhbərin email ünvanı: isgenderova naida (AT)mail.ru
Üzvlər: 247 nəfər

Gəncə şəhər 42 nömrəli tam orta məktəb 1968- ci ildən fəaliyyət göstərir. Məktəb fəaliyyət göstərdiyi illər ərzində məktəbin məzunlarından müxtəlif elm sahələrində və dövlət qulluğunda çalışan yetirmələri olmuşdur. Onlardan Mirzəyev Tofiq Hacı oğlu- Gəncə Tenologiya Unversitetinin prorektoru , Ələsgərov Şakir Şıxı oğlu – Gəncə şəhər Kəpəz rayon Bələdiyyə sədri , Sadıqova Xalidə İdris qızı – Gəncə şəhər 1№- li klinikanın baş həkimi,Əliyev Rafiq İdris oğlu – Gəncə şəhər psixoloji dispanserin baş həkimi , Ələsgərov Şahin Şıxı oğlu – Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada anistezoloq, Qasımov Xətai Heydər oğlu - Kordioloji xəstəxanada həkim-kordio-
oloq və s.

Məktəbin məzunlarından 2 nəfəri Taleh İsgəndər oğlu Məmmədov, Niyazi Tofiq oğlu Qəribov Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşlar.

Məktəbimiz idmançılar da yetirmişdir. Onlar idmanın müxtəlif sahələrində uğurlar əldə etmişlər.Onlardan Azərbaycan yığma futbol komandasının şərəfini qorumuş Maşallah Əhmədov, Xəzər-Lənkəran futbol komandasının oyunçusu Alim Qurbanov .

Məktəb fəaliyyət göstərdiyi dövrdə yüksək səviyyəli pedaqoji kollektivə malik olmuşdur. Onlardan Nizami Əsgərov - kimya elmləri namizədi ,əməkdar müəllimlər Əbilov Əbil , Haqverdiyev Hüseyn, Əsgərov Şıxı , Qulu Abbasov – maarif əlaçısı.

2008 – ci tədris ilinin sonunda məktəbin fəaliyyətinin 40 illiyi Gəncə şəhər Təhsil İdarəsinin rəhbərliyinin iştirakı ilə təntənəli surətdə qeyd edildi.
Hal-hazırda məktəbdə 32 müəllim fəaliyyət göstərir, məktəbdə 247 nəfər şagird təhsil alır. Son 3 ərzində məktəbin məzunlarının qəbul imtahanlarındakı nəticələri aşağıdakı kimidir.

2009/2010- cu tədris ilində məktəbi bitirən məzunlardan 3 nəfəri aliməktəbə qəbul olunmuşdur.
2010/2011- ci tədris ilində məktəbi bitirən məzunlardan 4 nəfəri ali məktəbə qəbul olunmuşdur.
2011/2012- ci tədris ilində məktəbi bitirən məzunlardan 7 nəfəri ali məktəbə, 2 nəfəri orta ixtisas məktəblərinə qəbul olunmuşdur.

Məktəbimizin adları aşağıda qeyd olunan məzunları qəbulda 500 – dən artıq bal toplamışlar.
1. Dəmirçiyeva Cəvahir Rəşid qızı - 2010/2011- ci ildə - 571 bal
2. Qədimov Fərid Rüfət oğlu - 2011/2012- ci ildə - 558 bal

Sosial və ictimai fəaliyyət

Şagirdləri bacarıqlı,vətənpərvər və layiqli vətəndaş yetirmək.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

11- ci sinifdə 1 nəfər şagird ev dərsi alır.


42 2
42 3