Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər 45 №-li xüsusi məktəb

Gəncə şəhər 45 №-li xüsusi məktəb

Ünvan: Gəncə şəhəri, Təbriz küçəsi 19
Telefon: +994.22.256.34.01
Email: 45saylimekteb(AT)mail.ru
Rəhbərin adı: Mehriban Rzayeva
Rəhbərin email ünvanı: rzayeva.65(AT)mail.ru
Üzvlər: 262 nəfər

Gəncə şəhəri, Təbriz küçəsi-19 ünvanında yerləşən 45 №-li xüsusi məktəb 1975-ci ildən fəaliyyət göstərir. Məktəbdə əqli və fiziki cəhətdən qüsurlu, xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alır.

Məktəb 2011-ci ildə əsaslı təmir edilmiş, hər cür avadanlıqla, istilik sistemi ilə təhciz olunmuşdur. Məktəbdə 19 sinif otağı, Heydər Əliyev muzeyi, kibabxana, idman zalı, direktor və direktor müavinin otağı, psixoloq otağı yerləşir.Məktəbdə 91 müəllim, 5 yardımçı pedaqoji heyyət, 13 texniki işçi çalışır.

Məktəbə şagirdlər psixaloji tibbi- pedaqoji komissiyanın rəyi əsasında qəbul olunurlar. Şagirdlərin valideynləri, qanuni nümayəndələri xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb gətirmək üçün hər ay 20(iyirmi) manat müavinət alırlar.

2005-ci ildə Heydər Əliyev fondu məktəbə “Qazel” markalı mikroavtobus hədiyyə vermişdir.

2012\2013-cü tədris ilində məktəbdə 262 nəfər şagird təhsil alır. Evdə təhsil alan şagirdlərin sayı 185, məktəbdə təhsil alan şagirdlərin sayı 77 nəfərdir.
Məktəbdə il boyu əlamətdar, tarixi günlər qeyd olunur, tədbirlər keçirilir. Dərs ilinin sonunda şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilir.

Sosial və ictimai fəaliyyət

Sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onları cəmiyətə yararlı, vətənpərvər gənclər kimi yetişdirməkdən ibarətdir.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Məktəbimiz  əqli  və  fiziki  qüsurlu  uşaqlar  üçün  nəzərdə  tutulmuşdur.