Təhsil

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami Gəncəvi

Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhər internat tipli xarici dillər təmayüllü Gimnaziya

Gəncə şəhər internat tipli xarici dillər təmayüllü Gimnaziya

48 1
Ünvan: Gəncə şəhər, Bağbanlar küçəsi 18
Telefon: +994.22.253.56.75
Rəhbərin adı: Pənah Səmədov
Üzvlər: 526 nəfər

Gəncə şəhər internat tipli xarici dillər təmayüllü Gimnaziya 1960- cı ildə tikilib istifadəyə verilmiş və 2 № li orta internat məktəb kimi fəaliyyət göstərmişdir. İnternat məktəbdə 17 sinifdə 342 şagird olmuşdur. 2 № li orta internat məktəb 280 şagird üçün nəzərdə tutulmuşdur.

“Xüsusi istedada malik olan uşaqların (gənclərin ) yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı (2006 – 2010 – cu illər) -nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentnin 17.04.2006 – cı il tarixli 1414 № li sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003 – cü il 14 may tarixli 67 № qərarını rəhbər tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2007 – ci il tarixli 1247 № li əmrinə əsasən Gəncə şəhər 2 № li əsas internat məktəbin bazasında internat tipli xarici dillər təmayüllü Gimnaziya yaradılmışdır.

2003 – cü ildən Gimnaziyada ŞFK (şagird fəaliyyət komitəsi ) fəaliyyət göstərir.

Gimnaziyanın coğrafiya müəllimi Qaraxanova Elnarə Nizami qızı 2009 – cu ildə Respublikada keçirilən “İllin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş və ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.

2009 – 2010- cu tədris ilində 41,6% 2010 – 2011 ci tədris ilində 12,5% 2011 – 2012 ci tədris ilində 28% şagirdimiz ali məktəblərə qəbul olmuşlar.
2010 – 2011 ci tədris ilində 1 nəfər şagir Hüseynova Günel Nofəl qızı Ana dilini sevək , sevdirək naminasiyası üzrə inşa müsabiqəsinin qalibi olaraq III yerə laiq görülmüş, və fəxri fərmanla təltif olunmuşdur . Sonra Ekalogiya bu günümüz və sabahımız . Dünyanı qoruyaq , Azon qatı mövzusunda keçirilmiş konfransda çıxış edərək referat mövzu uzrə tədqiqat işinin qalibi olmuşdur.

Fənn olimpiadasının Respublikası turunda 2006 – 2007 tədris ilində IX sinif şagirdi İsayev Müzəffər Biologiya fənni üzrə III yer,2010-2011 – ci tədris ilinin X sinif şagirdi Məmmədova Ceyran Natiq qızı biologiya fənni üzrə III yer , 2011 – 2012 – ci tədris ilində X sinif şagirdi Rəsulova Nəzrin Ağazadə qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yerləri tutmuşlar .

Hal –hazırda ÜM – 1 forması üzrə Gimnaziyada 21 sinif üzrə 526 şagird təhsil alır. 68 pedaqoji işçi şagirdlərin təlm tər Gimnaziyanın Nizanaməsinə əsasən 4 ( ingilis, rus, alman və ərəb ) dillərinin tədrisi nəzərdə tutulmuşdur. Ancaq hal- hazırda qoşa siniflərin sayı az olduğu üçün siniflərin biri ingilis o biri isə rus təmayüllü sinif kimi fəaliyyət göstərir.

2012 – 2013 – cü tədris ilində gimnaziyanın şagirdiləri fənn olimpiadanın şəhər turunun I mərhələsində iştirak etmiş, olnlardan 4 nəfəri I yer, 1 nəfəri isə III yeri tutmuşdur.

2012-2013-cü tədris ilində 1 nəfər X sinif şagirdimiz Usubova Günel Natiq qızı fənn olimpiadasının şəhər turunun II mərhələsində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə I yer tutaraq Respublika turunda iştirak etmək üçün vəsiqə qazanmışdır.

Sosial və ictimai fəaliyyət

Şagirdlərin yüksək səviyyədə təhsilə yiyələnməsinə nəzarət etmək və şərait yaratmaq, qarabağ şəhid ailələrinə köməklik göstərmək, şagirdlərin məktəbdə vətənpərvər ruhunda tərbiyə olunmasını təmin etmək


48 2
48 3