Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhəri 3 nömrəli tam orta məktəb

Gəncə şəhəri 3 nömrəli tam orta məktəb

3 8
Ünvan: Gəncə şəhəri, Azərbaycan küçəsi 135
Telefon: 259.44.23
Rəhbərin adı: Kənan Həsənov
Rəhbərin email ünvanı: magistr79kh(AT)mail.ru
Üzvlər: 353 nəfər

Gəncə şəhəri 3 nömrəli orta məktəb Gəncə şəhər Azərbaycan küçəsi 135 ünvanında yerləşir. Məktəbin binası 1977-1978-cı illərdə tikilmişdir. Məktəb binası 3 mərtəbədən, 2 korpusdan ibarətdir. Məktəb müasir standatlara uyğun tələblərə cavab verə bilən kabinələrlə təchiz olunmuşdur.

Məktəbdə direktor otağı, müəllimlər otağı, 48 sinif otağı, 5 yardımçı otaq, kitabxana, idman zalı, akt zalı, İnformatika Kommunikasiya Texnologiyaları ilə təmin olunmuş 2 kompyuter laboratoriyası, Kimya, Fizika laboratoriyası, fənn kabinetləri - ( Ədəbiyyat, Tarix, İngilis dili, Fizika, Kimya, Biologiya, Hərbi, İnformatika), kargüzarlıq, tibb otağı, istilik və digər kommunikasiya xətləri vardır. Məktəbin həyətyanı sahəsində müasir standartlara cavab verən mini futbol meydançası, Basketbol və Voleybol meydançası var.

Məktəbdə 353 nəfər şagird kontingenti komplektləşdirilmiş və həmin şagirdlərin təhsili ilə 70 nəfər pedaqoji işçi heyəti məşğul olur. Bu tədris ilinin I yarimilin yekunlarına nəzər salaq bütün dərslərin tədrisinə müntəzəm nəzarət olunmuş, məktəbdən şagirdlərin davamiyyəti daim nəzarətdə saxlanılmışdır. Yarım ilin təhsil göstəricisinə nəzər yetirsək 66 nəfər əlaçı, 104 nəfər “4” və ”5” qiyməti ilə oxuyan, 353 nəfər biliyi qiymətləndirilən şagird vardır. Məktəbdə qeyri-kafi qiymət alan şagird yoxdur.

Qarabağ uğrunda gedən döyüşlərdə məktəbin məzunu olmuş 6 şəhidi var.
1. Əliyev Vüqar Yaşar oğlu
2. Qazıyev Zülfüqar Talış oğlu
3. Əliyev Arif Camal oğlu
4. Əsədov Natiq Əsəd oğlu
5. Baratpur Ceyhun Tapdıq oğlu
6. Mehtiyev İbrahim Qara oğlu

1 nəfər şagirdimiz Məmmədov Tural Əmrah oğlu ATU-də Prezident təqaüdçüsüdür. Hal-hazırda təhsil alır.

Sosial və ictimai fəaliyyət

Savadlı, vətəpərvər ruhda şagirdlər yetişdirmək


3 1
3 2
3 3
3 4
3 5
3 6
3 7
3 9