Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Gəncə şəhəri 7 nömrəli tam orta məktəb

Gəncə şəhəri 7 nömrəli tam orta məktəb

7 2
Ünvan: Gəncə şəhəri, 5-ci mik.rayon Üzeyr Hacıbəyov küçəsi
Telefon: +994.22.255.14.52
Rəhbərin adı: Sevda Sadıqova
Rəhbərin email ünvanı: sadiqova1959(AT)mail.ru
Üzvlər: 973 nəfər

Məktəb 1985-ci ildən fəaliyyət göstərir. Məktəbdə dərslər 2 növbəli olmaqla rus və azərbaycan bölməsində aparılır. Məktəbdə 52 sinif var. Onlardan 41-i azərbaycan bölməsi, 11-i rus bölməsidir. Bu siniflərdə 973 nəfər şagird təhsil alır və onların təhsili ilə 116 nəfər müəllim heyəti məşğul olur.

Uzun müddət pedoqoji və rəhbərlik fəaliyyəti ilə məşğul, Respublikanın "Əməkdar Müəllimi" Səməndər Hüseynov, "Tərəqqi Medalı" ilə təltif edilmiş tarix müəllimi Fazil İsayev, təcrübəsi Respublikada yayılmış ana-dili və ədəbiyyat müəllimi Səadət Mürsəlova gənc nəslin təlim tərbiyəsində böyük əmək sərf edən müəllimlərdəndirlər.

Son 3 ildə məktəbimizin uğurları çox olmuşdur. 2009-2010-cu illərdə ali məktəbə qəbul olan şagirdlərimizin sayı 17 nəfər, 2010-2011-ci tədris ilində isə 25 nəfər olmuşdur.

Məmmədova Bəyim Vasif qızı 2010-cu ildə Gəncə şəhər Təhsil İdarəsinin Metodik Mərkəzində "Gəncə xanlıqları haqqında" keçirilən inşa müsabiqəsində I yerə çıxmış, Gəncə şəhəri Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla mükafatlandırılmışdır. Məqtəbimizin 10 üstü 1 sinif şagirdi Mamukadze Fatimə Yaşar qızı "Azərbaycanı sev və öyrən" turist diyarşunaslıq ekpedisiyasında "Kütləvilikdən turizm ustalığına" naminasiyası üzrə Respublika üzrə I yerə layıq görülmüş və diplomla təltif edilmişdir.

Məktəbimizin ən böyük fəxri uğuru 2012-ci ildə olmuşdur. Belə ki, məktəbimizin 2009-2010-cu il məzunu Əsgərov Toğrul Şəhriyar oğlu Londonda keçirilən Yay Olimpiya oyunlarında qızıl medala layiq görülərək Olimpia Çempionu olmuşdur. Məktəbin əvvəlki illərdə məzunu olan Həsənov Rauf Şəmsəddin oğlu Bakı Dövlət Universitetini bitirib, həmin universitetin magistrı olmuş, hal-hazırda tarix üzrə Fəlsəfə Doktorudur və Bakı Dövlət Universitetində fəaliyyət göstərir.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına savadlı, bilikli, vətənpərvərlik ruhunda şagirdlər yetişdirmək.


7 1
7 3
7 4
7 5