Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » İ. Məmmədov adına 27 №li fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey

İ. Məmmədov adına 27 №li fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey

27 1
Ünvan: Gəncə şəhəri, Veteranlar 8
Telefon: +994.22.256.43.69
Faks: +994.22.253.01.37
Email: 27mekteb_lisey(AT)mail.ru
Rəhbərin adı: Rahilə Hüseynova
Rəhbərin email ünvanı: rahile-huseynova(AT)rambrel.ru
Üzvlər: 563 nəfər

Gəncə şəhər 27 №-li İ.Məmmədov adına fizika, riyaziyyat və informatika təmayüllü məktəb-lisey 1960-cı ildən 4 illik ibtidai məktəb kimi fəaliyyətə başlamışdır.
1966-cı ildən sonra isə 8 illik məktəbə çevrilmiş, 1975-ci ildən isə hazırkı binada orta məktəb kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.11.2000-ci il tarixli, 1036 nömrəli əmri ilə məktəbin bazasında 2001-2002-ci dərs ilindən fizika-riyaziyyat və informatika təmayüllü lisey yaradılmışdır. 06.09.2007-ci il 1001 nömrəli Təhsil Nazirliyinin müvafiq əmri ilə məktəb-liseyə çevrilmişdir. Məktəbdə təlim Azərbaycan və rus dillərində aparılır.

Məktəb “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə öz Nizamnaməsinə və digər hüquqi-normativ sənədlərə müvafiq fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17.04.2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı» ndan irəli gələn konseptual xarakterli göstərişlərini rəhbər tutaraq Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun 22.06.2010-cu il tarixli, 835 nömrəli əmri ilə 2010/2011-cu tədris ilindən məktəb-liseydə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün 5-ci sinif açılmışdır. Həmin ildən etibarən məktəb-liseydə 1-ci sinfə şagird qəbulu dayandırılmışdır. Hazırda təhsil müəssisəsində dörd belə sinif fəaliyyət göstərir (bir 5-ci, iki 6-cı və bir 7-ci sinif). Hazırda XİS-də şagirdlərin sayı 84 nəfərdir. Həmin siniflərə şagird qəbulu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin nəzarəti ilə aparılır. Hər ilin oktyabr ayının əvvəlində Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi Xüsusi İstedadlı Şagirdlər sinifində təhsil alanların bilik, bacarıq və vərdişlərinin meyarlar üzrə təhlilini aparır. 2011-2012-ci tədris ilində məktəbimiz Azərbaycan dili və riyaziyyat fənləri üzrə imtahan vermiş şagirdlərin nəticələrinə görə ilk üçlükdə yer almışdır. Azərbaycan dili fənnindən ikinci yeri, riyaziyyat fənnindən isə üçüncü yeri götürmüşdür.

Xüsusi Lisey siniflərində dərs deyən müəllimlər müsabiqə yolu ilə seçilirlər.

Hal-hazırda məktəbdə 58 nəfər əsas, 11 nəfər əvəzçi müəllim çalışır. Məktəbdə hal-hazırda 563 nəfər şagird təhsil alır.
Məktəb-lisey Dünya Bankının dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi”nin xətti ilə 2010-2012-ci illər “Səmərəli məktəb” layihəsinin iştirakçısı olmuşdur. Səmərəli məktəb layihəsində fəal iştirak etdiyinə görə diplomla təltif olunmuşdur.

Məktəb-lisey 2010-2011-ci tədris ilində “Elektron məktəb” layihəsi üçün seçilmişdir. Hal-hazırda bu layihəni uğurla davam etdirir. Layihə çərçivəsində məktəbə 32 notbuk (Nexus), 14 kompyuter (HP), 20 proyektor və iki ədəd Elektron lövhə verilmişdir. Dərslər müasir təlim texnologiyalarından istifadə edilərək əyaniliklə keçirilir. Bütün müəllimlər sinif jurnalları ilə yanaşı www.asm.edu.az internet səhifəsində yerləşən elektron jurnallardan da istifadə edirlər. Valideynlər üçün istifadəçi adı və parollar təqdim olunmuşdur. Valideynlər şagirdlərin qiymət və dərsə davamiyyətlərini www.ael.edu.az internet səhifəsindən istifadə edərək izləyə bilirlər.

Məktəb-lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq dərs illəri üçün ümumtəhsil məktəblərinin tədris planları ilə işləyir. Lisey siniflərdə isə planlar məktəbin tərtib etdiyi Təhsil Nazirliyində qeydiyyatdan keçən xüsusi tədris planları ilə işləyir.
Fənlər üzrə tədris proqramları müəllimlər tərəfindən Dövlət fənn proqramlarına istinad edilərək hazırlanır, metodbirləşmə iclaslarında müzakirə edilir və direktor tərəfindən təsdiq edilir.

Məktəbimizin şagirdləri vaxtaşırı Beynəlxalq layihələrdə iştirak edirlər. Biologiya müəllimi Elvira Qurbanova və məktəbin şagirdi Səfərova Nigar 2010-cu ildə İREX təşkilatının Azərbaycan Yeni Media Layihəsi çərçivəsində keçirilən “Məktəb şagirdlərinin tədqiqat layihəsi” müsabiqəsində I yer tutaraq diplomla təltif olunub və hər ikisi netbukla mükafatlandırılmışdır.

Müəllimlərimiz şəhər üzrə açıq və nümunəvi dərslər qururlar. Belə dərslərdən biri 2012-ci il 25 aprel tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zenfira Aslanın “Biz Nizami Gəncəvinin ədəbi irsini öyrənirik” mövzusunda Nizami məqbərəsində keçirdiyi dərs oldu. Bu nümunəvi dərsə görə Gəncə şəhər Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olundu.

Məktəb-liseyin müəllimləri Azərbaycan Respublikası Təhsil Naizrliyinin İnformasiya Texnologiyaları Akademiyasının “Kompyuter və internetin əsasları”
Mədəd təşkilatının “İntel Gələcək üçün təhsil”, “Təhsil portalından istifadə”, “Yeni Ümumi Orta Təhsil Kurikulumu” Azedunet-in “Kompyuter avadanlıqlarının praktikası və şəbəkənin əsasları” Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin “Fəal təlim üsulları” Edumedianın “Promethean interaktiv təlim lövhələrindən istifadə” təlim kurslarından keçərək sertifikat almışlar.

Məktəbdə interaktiv metodla açıq dərslər keçirilir və mümkün qədər belə dərslərin elektron varinatı hazırlanır, ümumi yığıncaqlarda baxılır və müzakirə edilir.
Məktəb-lisey 2011-ci ildə məzunların ali məktəblərə qəbulu üzrə yüksək göstəriciyə nail olduğuna görə Gəncə şəhər Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Məktəb-lisey 2011-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə” respublika müsabiqəsində iştirak etmiş, ilin ən yaxşı müəssisəsi adına layiq görülmüş və AHİK-nin Fəxri Diplomu ilə təltif olunmuşdur.

Məktəbin şagirdi Rəhimov Yalçın Mehdi oğlu 2011-2012-ci tədris ilində C. Naxçıvanski adına hərbi liseyə qəbul olunmuşdur.
Məktəbin şagirdləri şəhər üzrə keçirilən fənn olimpiadalarda fəal iştirak edirlər. 2011-2012-ci tədris ilində məktəbin şagirdi Məmmədov Raul Elburus oğlu riyaziyyat olimpiadasının şəhər turunda birinci yeri tutmuş, Respublika riyaziyyat fənn olimpiadasının iştirakçısı olmuşdur.

Məktəbimizin şagirdləri idman sahəsində də uğur qazanırlar. 2011-ci ilin aprel ayında məktəbin şagirdi Oktay Abdullayev Gürcüstan Respublikasında keçirilən Beynəlxalq güləş yarışmasında II yer tutmuşdur.
2011-ci ilin aprel ayında ABŞ-ın Sülh Korpusu təşkilatının nümayəndəliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış memorandumu əsasında “Sağlam həyat tərzi və zərərli vərdişlər” adlı layihədə məktəbin 4 şagirdi iştirak etmiş və mükafatlandırılmışlar.

Şahmat sahəsində şagirdlərimizin daha çox nailiyyətləri vardır. Belə ki, şagirdlərdən Səbinə İbrahimova və Nərminə İbrahimova dəfələrlə şəhər, resbuplika və beynəlxalq yarışlarda iştirak edib, medal və diplomlarla təltif olunmuşlar.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın tələbləri əsasında məktəb-lisey 2011-2012-ci tədris ilində akreditasiyadan keçmişdir.

Sosial və ictimai fəaliyyət

Şagirdlərə keyfiyyətli təhsil mühiti yaratmaqla onların fundamental elmlər sahəsində bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, sağlam əqidəli vətənpərvər şəxsiyyətlər yetişdirmək.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Məktəbimizdə UAFA təşkilatı yerləşir. Bu təşkilatın üzvləri olan fiziki qüsurlu uşaqlarla məktəb şagirdləri arasında birgə əlaqəni təmin ediri. Vaxtaşırı təşkilatın keçirdiyi tədbirlərdə iştirak edirik.


27 2
27 3
27 4
27 5
27 6
27 7
27 8
27 9