Yeni Layihələr

Gəncə zamanın tələbinə uyğun müasir üslublu yeni layihələri ilə inkişaf etməkdədir.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » İ.Qayıbov adına 1 №-li tam orta məktəb

İ.Qayıbov adına 1 №-li tam orta məktəb

1 1
Ünvan: Gəncə şəhəri, İ.Qayıbov küçəsi 2
Telefon: +994.22.256.18.82
Email: gence_1nömreli_mekteb(AT)box.az
Rəhbərin adı: Mətanət Qarayeva
Rəhbərin email ünvanı: metanet_qarayeva(AT)mail.ru
Üzvlər: 1007 nəfər

Gəncə şəhərinin qədim məktəblərindən biri olan 1 №-li tam orta məktəbin əsası 1833-cü ildə Mirzə Şəfi Vazeh tərəfindən qoyulmuşdur. 1936-cı ildən orta məktəb kimi fəaliyyət göstərir. Məktəbin II korpusu 1974-cü ildə inşa edilmişdir. Məktəb (I korpus-964, II korpus - 1176) 2140 şagird yerlikdir. Hal-hazırda məktəbdə 1007 nəfər şagird təhsil alır. Təlim azərbaycan və rus dillərində aparılır. Bu şagirdlərin təlim tərbiyəsi ilə 135 nəfər pedaqoji heyət məşğul olur. 

Məktəbin ilk şagirdlərindən biri Azərbaycanın tanınmış filosofu, dramaturqu Mirzə Fətəli Axundov olmuşdur. Həmçinin Mir Cəlal Paşayev, Fikrət Əmirov, Mirəli Qaşqay, Əli Quliyev, İsrafil Məmmədov, Musa Musayev, Nurəddin Babayev, Zülfiqar Verdiyev və Fuad Əliyev kimi görkəmli şəxslər bu məktəbi bitirmişlər.
Səməd Vurğun, Hüseyn Cavid, Yusif Məmmədəliyev, Həmid Araslı, Məmmədzadə Abdulla Şur, Mir Cəlala Paşayev və Əli Nəzmi kimi məhşur şəxslər bu məktəbdə işləmişlər. Hətta Əli Nəzmi məktəbin direktoru vəzifəsində də işləmişdir.

Məktəbin məzunlarından 1995-ci ildə XI sinif şagirdi Abdinov Xəyyam Səbuhi oğlu, 2005-ci ildə XI sinif şagirdi Zeynalzadə Türkan İsmayıl qızı, 2010-cu ildə XI sinif şagirdi Bağırov Suliddin Hamlet oğlu “FLEX” proqramı üzrə qalib olaraq ABŞ-a göndərilmişlər.

Məktəbin müəllimlərindən ingilis dili müəllimi Vəliyeva Raifə İsmayıl qızı 2004-cü ildə “TEA” proqramı üzrə qalib olaraq ABŞ-ın Kaliforniya ştatına, 2012-ci ildə isə “Gənc Liderçilik” proqramı üzrə qalib olaraq ABŞ-ın Vaşinqton ştatına, məktəbin tarix müəllimi Hacıyeva Tünzalə Maarif qızı 2002-ci ildə “Səlahiyyətli təhsil” proqramı üzrə qalib olaraq Ukraynaya, 2009-cu ildə isə “Sağlam gənclik” proqramı üzrə qalib olaraq yenidən Ukraynaya göndərilmişdir.

TQDK-nın nəticələrinə əsasən məktəbin məzunlarından 2010-cu ildə 3 abituriyent – 2010-cu ildə Hüseynov Aqşin Mirsadiq oğlu 558 bal toplayaraq Polis Akademiyasına, Salahov Arif Eldəniz oğlu 541 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının Dünya iqtisadiyyatı fakultəsinə, Qənbərova Aynurə Mahir qızı 536 bal toplayaraq Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsinə, 2011-ci ildə 6 abituriyent - Gülmalıyeva Hünbülə Tofiq qızı 627 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fükultəsinə, Quliyev Fərid Ayaz oğlu 621 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsinə, Balacanova Gültəkin Şahrəddin qızı 619 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fükultəsinə, Tağıyeva Aytəkin Rafail qızı 576 bal toplayaraq Bakı Slavyan Universitetinin Tərcüməçilik fakultəsinə, Məmmədova Nigar Cabbar qızı 565 bal toplayaraq Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsinə, Nəsibova Jalə Afiq qızı 515 bal toplayaraq Bakı Dövlət Universitetinin Biologiya fakultəsinə, Məmmədov Kamran İlham oğlu 500 bal toplayaraq Bakı Aviasiya Akademiyasının Menecment fakultəsinə, 2012-ci ildə isə 2 abituriyent – Hüseynov Fuad Nəcəf oğlu 664 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə, Rəhimova Almaz Vasif qızı 530 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakultəsinə qəbul olunmuşlar.

Son üç ilin nəticələrinə əsasən məktəbin şagirdləri Respublika olimpiadalarında 2010-cu ildə 1 şagird informatika fənni üzrə ikinci yerə, 2011-ci ildə 1 şagird fizika, 1 şagird kimya fənləri üzrə birinci yerə, 2012-ci ildə isə 1 şagird Azərbaycan dili və ədəbiyyatı, 1 şagird fizika, 1 şagird kimya, 4 şagird isə rus dili və ədəbiyyatı fənləri üzrə qalib gələrək birinci yerə layiq görülmüşlər.

Müsəddin Yusif oğlu Məmmədov – 1973-cü ildən 2011-ci ilədək məktəbin direktoru vəzifəsində çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin 10 aprel 1984-cü il tarixli fərmanı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir. 2007-ci ildə isə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 №-li fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Raidə Qədir qızı Tağıyeva – məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 2003-cü tədris ilində “Təhsilin humanistləşdirilməsi” ilə əlaqədar keçirilən mühazirələrin Ümumrespublika birinciliyində 1-ci dərəcəli diploma layiq görülmüşdür. 2004-cü tədris ilində isə “İlin ən yaxşı müəllimi” müsabiqəsində Respublika birinciliyinə layiq görülmüş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1-ci dərəcəli diplomunu almışdır.

Məktəbi müxtəlif illərdə bitirən, adları qeyd olunan doqquz məzun Əliyev Bəxtiyar Nadir oğlu, Vəliyev Neman Əli oğlu, Səmədov Pərviz Abduləhəd oğlu, Səmədov Eyyub Fəxrəddin oğlu, Cabbarov Maqsud Böyükağa oğlu, Böyükzadə Elşən Böyük oğlu, Haqverdiyev İsmayıl Mikayıl qızı, Niyazov Zakir Fikrət oğlu, Heydərov Vüqar Oleq oğlu şəhid olmuşlar.

Sosial və ictimai fəaliyyət

Vətənpərvər ruhlu, bilikli və savadlı şagirdlər yetişdirmək.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

4 şagird fərdi qaydada təhsil alır. (ev dərsi) 


1 2
1 3
1 4
1 5
1 6
1 7
1 8
1 9
1 10
1 11
1 12
1 13
1 14
1 15
1 16
1 17
1 18
1 19
1 20
1 21
1 22
1 23