Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Gəncə Haqqında

Yaşı 4000 ildən çox olan gözəl diyar Gəncə şəhərinin tarixi kimi coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti və sosial-ictimai həyatı da zəngindir. Azərbaycanın 2-ci ən böyük şəhəridir. 

Ana səhifə » Təhsil » Məktəblər » K.D. Uşinski adına 29 № li tam orta məktəb

K.D. Uşinski adına 29 № li tam orta məktəb

29 1
Ünvan: Gəncə şəhəri, 6 № li hərbi şəhərcik (Dos -6)
Telefon: +994.22.256.88.38
Email: kdu29-2011(AT)mail.ru
Rəhbərin adı: Valeh Hüseynov
Rəhbərin email ünvanı: huseynov1955(AT)list.ru
Üzvlər: 919 nəfər

Gəncə şəhəri K. D. Uşinski adına 29 № li tam orta məktəb 1947-ci ildən fəaliyyət göstərir. 1964-cü ildə məktəb uyğunlaşdırılmış binadan eyni tipli layihələnmiş binaya köçürülmüşdür. Layihə üzrə məktəb 640 yerlik 28 sinif otağından ibarətdir.Pedaqoji kollektivin, valideyin icmasının köməkliyi sayəsində məktəb daxilində əlavə 18 sinif otağı yaradılmışdır. Hal- hazırda məktəbdə 44 sinif otağı, 5 fənn kabineti (kimya, fizika, iki informatika, hərbi ) , emalatxana, idman, akt zalları, kitabxana və bufet var.

ABŞ Dövlət Departamentinin “ Harmoniya ”, Bilik Maarifçilik cəmiyyətinin “ Məktəb – İcma Assosiyasiyası” layihələrində qalib gəldiyimizə görə iki kabinet: internet-kompyuter və treninq mərkəzləri yaradılıb, şagirdlərin və pedaqoji işçilərin istifadəsinə verilmişdir.

2012/2013-cü dərs ilində məktəbdə 44 sinifdə 919 şagird oxuyur, onların təhsili ilə 105 müəllim məşğuldur.Məktəbdə dərslər iki dildə keçirilir (azərbaycan və rus). Azərbaycan bölməsində 31 sinifdə 654 şagird, rus bölməsində 13 sinifdə 265 şagird oxuyur. Məktəb bir növbəli beş günlük iş rejimi ilə işləyir.

Məktəbdə böyük kitabxana fəaliyyət göstərir. Kitabların sayı 43 mindən artıqdır. Onlardan 30 mini dərslikdir.

İlin əvvəlində məktəb üzrə 20 fənn birləşməsi fəaliyyət göstərir. Onların iş planı metodmərkəz tərəfindən təstiq olunmuş formada və xüsusi kitabçada qeyd olunmaqla aparılır. Hər rüb bütün fənlərdən qarşılıqlı dinləmədən başqa açıq dərslər təşkil olunur. İldə iki dəfə ana dili, riyaziyyat, xarici dillər və rus bölməsində azərbaycan dili fənləri üzrə “lüğətlər”, “danışıq qabiliyyəti”, “bayatı” və atalar sözləri” şagirdlərin bilik səviyyəsi yoxlanılır.Şagirdlərdə elmə marağı gücləndirmək məqsədi ilə müntəzəm olaraq VIII-XI siniflər arasında “Nə? Harada? Nə vaxt?”, I-VII siniflər arasında “Ulduz saatı” bilik yarışları keçirilib. Suallar dərslikdəki materialları elmi və dünyagörüşünə dair məlumatları əhatə edir və öz müəllimlərimiz tərəfindən tərtib olunur. Hər il ənənəvi olaraq siniflər arası fənlər həftəsi keçirirlir. Divar qazetlərin, elmi referatların müsabiqələri keçirilir və qaliblər rəğbətləndirilir. Məktəblilərin fənn olimpiadasının şəhər turunda şagirdlərimizin 3 nəfəri 1-ci yer, 2 nəfəri 2-ci yer, 1 nəfəri 3-cü yer tutmuşlar.

Məktəbimizin 3 (üç) şagirdi SLEX Beynəlxalq Layihəsində iştirak ediblər və müsabiqədən uğurla çıxdıqlarına görə 1 illik ABŞ-da təhsil almaq hüququ qazanmışlar.
Məktəbimizin şagirdi Turxan İsmailzadə beynəlxalq ekologiya layihə İNEPO olimpiadasının mükafatını qazanmışdır.

Şagirdlər arasında istedadlar seçmək məqsədi ilə artıq beşinci ildir ki, Böyük Öndərimiz Heydər Əliyevin ad günü ərəfəsində məktəb şagirdlərin nailiyyətləri sərgisi təşkil olunur. Bütün ibtidai siniflərin iştirakı ilə “Şən startlar” idman yarışı keçirilir. Ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrədilməsi ilə “Böyük Heydəri var Azərbaycanın”adlı ibtidai şagirdlərin iştirakı ilə şer gecəsi”, “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı elmi-praktik konfrans, “Təhsilimizin tərəqqisi müdrik, rəhbərin adı ilə bağlıdır” mövzusunda iclas və digər bu kimi tədbirlər keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatları pedaqoji şurada müzakirə olunur. TQDK tərəfindən 2008-ci il məzunlarının qəbul imtahanlarındakı nəticələrə dair hazırlanmış statistik məlumatlara əsasən respublika üzrə yaxşı məktəblərin sırasına bizim məktəb də daxil olub.2010-cu ildə 70 məzundan 26 (40%) onlardan 5 nəfəri 500 baldan yuxarı, 2011-ci ildə 57 məzundan 29 ( 53%), onlardan 1 nəfər 653 ( Səfurə Ağazadə) 4 nəfəri 500 baldan yuxarı, 2012-ci ildə 70 məzundan 34 (49,4%), onlardan 1 nəfəri 623 (Turxan İsmayılzadə), 6 nəfəri 500 baldan yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuşlar, bundan əlavə 4 məzunumuz Rusiya, Ukrayna, Türkiyə və Gürcüstan ali məktəblərinə daxil ediliblər. Cəmi şagirdlərin 54% ali məktəblərdə oxuyurlar.

Məktəbmizdə hərbi vətnpərvərlik sahəsində də xeyli işlər görülüb, bunun nəticəsidir ki, Azərbaycanın Müstəqillik dövründən 20-dən çox məzunlarımız Ali Hərbi Akademiyaya daxil olublar və hal hazırda Milli Orduda müxtəlif vəzifələrdə xidmət edirlər. Hərbi idman komandamız keçirilən yarışlarda yüksək yerlər qazanırlar.

İdman sahəsində məktəbimizin nailiyyətləri az deyil. Keçirilən məktəblər arası spartakiadada şahmatçılarımız 3-cü yer , voleybol üzrə 2-ci yer, futbol üzrə 2-ci yer, dama üzrə 2-ci yer, 5-ci siniflər üzrə FİFA – Koka –Kola kubokunun qalibi olublar.

Tərbiyəvi işlər sahəsində bir çox tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərin həyata keçirilməsi şagirdlərin dünyagörüşünün formalaşmasına, onların Hərbi vətənpərvərlik ruhda böyüməsinə, Vətəninə, xalqına xeyirli vətəndaş kimi yetişdirməsinə, elmin sirlərinə daha dərindən yiyələnməısinə müsbət təsir edir. Müntəzəm olaraq valideyin iclasları çağrılır. Valideyinlər məktəbin ictimai işlərində hər zaman fəal iştirak edirlər.

Məktəbimiz hər zaman şəhərdə keçirilən mədəni- kütləvi tədbirlərdə fəal iştirak edir. Nizami Gəncəvinin 870- illik yubiley tədbirlərində fəal iştirakına görə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən Fəxri Fərmana laiq görülmüşük. 2011-ci ilin sentyabr ayında kimya müəllimi Sevda Məmmədhüseynova Azərbaycan Respublikasının Prezidenti zati- aliləri cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Sosial və ictimai fəaliyyət

Bilikli, savadlı şagird, layiqli və vətənpərvər vətəndaş yetişdirmək

Fiziki qüsurlu insanlar üçün xidmətlər

2 əlil şagird – fərdi məşğələ (ev dərsi) alır.