Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » M.Ş.Vazeh adına 16 № -li tam orta məktəb

M.Ş.Vazeh adına 16 № -li tam orta məktəb

16 1
Ünvan: Gəncə şəhəri, Təbriz küçəsi – 96
Telefon: +994.22.254.48.14
Email: 16_sayli(AT)box.az
Rəhbərin adı: Elnura Yusifova
Rəhbərin email ünvanı: elnura.yusifova16(AT)yandex.ru
Üzvlər: 1343 nəfər

Mirzə Şəfi Vazeh adına 16 №-li tam orta məktəb 1968-ci ildən fəaliyyət göstərir. 860 yerlik olan məktəbimizdə 1343 şagird təhsil alır. Məktəbimizdə 200 nəfər müəllim çalışır.

2012-ci ilin iyun ayından məktəb əsaslı təmir olunmaqla bərabər 640 yerlik əlavə tədris korpusunun tikintisinə başlanılmışdır.

2010-2011-ci tədris ilində məktəbimizi 101 məzun bitirmiş, onlardan 92 nəfər ali məktəblərə sənəd təqdim etmiş, 44 nəfər ali məktəblərə qəbul olunmuşdur.

2011-2012-ci tədris ilində məktəbi 105 nəfər məzun bitirmiş, onlardan 95 nəfər attestat almış, 53 nəfər ali təhsil müəssisələrinə daxil olmuş, 5 nəfər 500 baldan yuxarı, 3 nəfər 600 baldan yuxarı nəticə göstərərək respublikanın ali təhsil müəssisələrinə daxil olmuşlar.

Məktəbimizdə MDB məkanında və respublikada idman yarışlarında iştirak edərək mükafat və medallar almış, yer tutmuş şagirdlərimiz də az olmamışdır. Onlardan:

Əliyev Elturan Arzu oğlu, Hüseynov Rüfət İlham oğlu, Bayramov Ülvi Rüfət oğlunu misal göstərmək olar.

Sosial və ictimai fəaliyyət

Cəmiyyətə layiqli, bilikli, vətənpərvər şəxsiyyət yetişdirmək

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Məktəbimizin müəllimləri tərəfindən 4 şagirdə evdə fərdi qaydada dərs keçilir.


16 2
16 3
16 4
16 5
16 6