Təhsil

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami Gəncəvi

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » M.Əzizbəyov adına 15№-li tam orta məktəb

M.Əzizbəyov adına 15№-li tam orta məktəb

15 1
Ünvan: Gəncə ş. M.S.Ordubadi küç.39
Telefon: +994.22.254.45.16
Rəhbərin adı: Vəfa Nəbiyeva
Rəhbərin email ünvanı: metanetbayramova(AT)mail.ru
Üzvlər: 567 nəfər

Gəncə şəhər M.Əzizbəyov adına 15 №-li tam orta məktəb 1972-ci il tarixdən fəaliyyətə başlamışdır. İşə başladığı müddət ərzində məktəbin iki binası olmuşdur. İlk tikilən məktəb uzun müddət fəaliyyətdə olmuşdur. Məktəbdə tikildiyi bir gündən indiyədək adlı-sanlı pedaqoji işçilər işləmişdir.

Bu müəllimlərdən baş müəllim, əməkdar müəllim adı alan müəllimlərimiz olmuşdur. Onlardan Hüseynova Emma Əli qızı- baş müəllim; Mürşüdova Sima Məhəmmədhüseyn qızı- baş müəllim adı almışlar.

Bundan əlavə məktəbimizin məzunları arasında elmin müxtəlif sahələrində işləyənlər də çoxdur. Yüzlərlə məzunlarımız müəllim, Ali sovetin deputatı, elmlər namizədi, elmlər doktoru, polis idarəsinin rəisi, kiçik elmi işçi, təcrübəli həkim vəzifəsinə qədər yüksəlmişlər.

Torpaqlarımızın suverenliyi uğrunda gedən döyüşlərdə məktəbimiz onlarla şəhidlər vermişdir. Onların xatirəsinə məktəbimizin foyesində şəhidlər guşəsi yaradılmış, həyətində isə şəhidlər bulağı düzəldilmişdir.

Son üç ildə məktəbimizdə işləyən müəllimlərimizin sayı 77 nəfər olmuşdur. Onlardan bu illər ərzində 3(üç) nəfər müəllim iş yerini dəyişmişdir. 1(bir) nəfər vəfat etmişdir. 10 (on) nəfəri isə çalışmanın yaş həddinə çatdığına görə işdən azad olunmuşlar.

Şagirdlərimizin sayı isə 2001 nəfər olmuşdur. Məktəbimizi son 3(üç) ildə qurtarmış məzunlardan 108 (yüz səkkiz) nəfər məzun Respublikanın Ali məktəblərinə sənəd vermişdir. Onlardan 36 (otuz altı) nəfər məzunumuz müxtəlif ali məktəblərə qəbul olunmuşlar. Qalan məzunların çoxu müxtəlif Kolleclərə və peşə liseylərinə daxil olmuşlar.

Bu məzunlar arasında 3(üç) nəfər məzunumuz yüksək bal toplamışlar. Onlardan Bakı Dövlət Universitetinin tələbələri- Məmmədova Rüfanə Rüfət qızı-539 bal;
Sabirli Sərxan Səfər oğlu-615 bal; Qafqaz Universitetinin tələbəsi İlyasova Humay Anar qızı -590 bal toplamışdır.

Məktəbimiz 1969-ci il tarixdən tikintisinə başlamış və 1972-ci ildə tam istifadəyə verilmişdir. 2011-ci ilin sentyabr ayının 9-dan isə məktəb əsaslı təmirə başlamışdır və 2012-ci ilin sentyabr ayının 17-də əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir.

Sosial və ictimai fəaliyyət

Vətənpərvərlik ruhunda şagirdləri tərbiyə etmək, bilikli, savadlı, şagird yetişdirmək.


15 2
15 3
15 4
15 6
15 7
15 8