Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Təhsil » Məktəblər » M.Hadi adına 10 №-li tam orta məktəb

M.Hadi adına 10 №-li tam orta məktəb

10 1
Ünvan: Gəncə şəhəri, N.Nərimanov pr. 126
Telefon: +994.22.267.06.37
Email: gence.10mekteb(AT)mail.ru
Rəhbərin adı: Mahmud Mahmudzadə
Rəhbərin email ünvanı: mahmud-zade81(AT)mail.ru
Üzvlər: 750 nəfər

Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin binası 1939-cu ildə tikilib. Həmin dövrdən məktəb erməni və rus bölməsi olmaqla fəaliyyətə başlamışdır.
1989-cu il tarixdən yəni məlum Qarabağ hadisələrindən sonra məktəbdə Azərbaycan bölməsi yaradılaraq rus bölməsi ilə paralel fəaliyyətə başlamış və bu günə qədər uğurla öz işini davam etdirir.

1939-2013-cü illər ərzində şagird kontingenti 36-50 siniflər arası dəyişmişdir. Hal-hazırda 2012/2013-cü tədris ili üzrə məktəbimizdə 40 sinifdə 750 nəfər şagird öz təhsilini uğurla davam etdirir. 750 nəfər şagirdin 250 nəfəri rus bölməsində, 500 nəfəri isə Azərbaycan bölməsində oxuyur. 750 nəfər şagirdin təlim-tərbiyəsi ilə köməkçi pedaqoji heyət daxil olmaqla 113 nəfər müəllim məşğul olur. Bunlardan 6 nəfər pedaqoji orta ixtisas təhsilli, yerdə qalan 107 nəfəri isə pedaqoji ali təhsillidir.

Məktəbimizin pedaqoji iş fəaliyyətinin yaxın tarixinə diqqət yetirsək adları aşağıda qeyd olunan müəllimlərin uğurlarını qeyd etmək olar:

 Abbasov Ələmşah Zeynalabdin oğlu – ali təhsilli fiziki tərbiyə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür, hal-hazırda təqaüddədir.

 Seyidova Mətanət Pərviz qızı –ali təhsilli ibtidai sinif müəllimi, attestasiyadan keçərkən ali təhsilli müəllim adını qazanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə keçirilən müsabiqədə ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. Hazırda Bakı şəhərində pedaqoji fəaliyyətini davam etdirir.

 Qocayeva Lalə İslam qızı – ali təhsilli riyaziyyat müəllimi, pedaqoji fəaliyyəti dövründə müdafiə edərək elmlər namizədi dərəcəsinə yüksəlmişdir. Hal-hazırda Gəncə Dövlət Universitetində çalışır.

Müxtəlif illərdə məktəbimizi bitirən məzunlarımızın nailiyyətləri və hazırda məktəbimizdə oxuyan şagirdlərin nailiyyətləri də diqqətə layiqdir, onlar məktəbimizin ünvanına fərəh gətirir:

 Muxtarov Araz Vaqif oğlu – məktəbimizin keçmiş məzunu - “Cüdo” idman növü üzrə üçqat dünya çempionu, üçqat Avropa çempionu, Gənclər arasında olimpiya çempionu, Beynəlxalq dərəcəli adlar qazanaraq dünyanın ən yüksək idman kürsülərində Azərbaycanı təmsil etmişdir. Hal-hazırda Gəncə şəhərində idman fəaliyyətini davam etdirir.

 Alışanov Üzeyir Natiq oğlu – hazırda 11-1 sinif şagirdi 2012-ci ildə “ Karate” idman növü üzrə Gənclər arasında Avropa çempionu adını qazanmışdır.

 Əkbərli Ruhin Fəyaz oğlu – hazırda 11-3 sinif şagirdi 2012-ci ildə “Cüdo” idman növü üzrə Gənclər arasında Avropa çempionatında 3-cü yeri tutmuşdur.

 Tanrıverdiyev Xəyal Ağa oğlu – hazırda 11-3 sinif şagirdi futbol üzrə nailiyyət qazanaraq 2012-ci ildən “Neftçi” kamandasının əvəzedici heyətinə qəbul edilmişdir.

 Xəlilova Elvira Mirzə qızı – hazırda 10-2 sinif şagirdi 2012-ci ildə “Meşələri qoruyaq” devizi altında Gənc Meşəçilər Respublika müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilmişdir.

2011/2012-ci tədris ilindən başlayaraq məktəbimiz Gəncədə yerləşən SOS Uşaq kəndi ilə yaxından əməkdaşlıq edərək müxtəlif proqram və lahiyələr həyata keçirir. O cümlədən 2012/2013-cü tədris ilində “ Gəncə Təhsilə Dəstək Mərkəzi ” lahiyəsini həyata keçirərək məktəbimizdə 2 sinif otağı tam təmir edilmiş və həmin otaqlar mebel avadanlığı və İKT ləvazimatları ilə təmin edilmişdir. Hazırda həmin “ Gəncə Təhsilə Dəstək Mərkəzi ”-də müxtəlif məktəblər də daxil olmaqla 100 –dən artıq şagird həvəslə iştirak edir.

15 yanvar 2013-cü il tarixdə məktəbin direktoru Mahmud Mahmudzadənin Beynəlxalq Terrorun tərkib hissəsi olan “Erməni Terroru Beynəlxalq Terrorizmin tərkib hissəsidir” mövzusunda genişlənmiş açıq dərsi keçirilmişdir. Bu açıq dərsdə Gəncə Yap Təşkilatı, Gəncə ŞTİ-nin Metod mərkəzinin nümayəndələri, qeyri hökümət təşkilatları, məktəb direktorları və digər Təhsil işçiləri iştirak etmişdir. İKT-nin vasitəsilə açıq dərsin gedişi sosial şəbəkəyə daxil olmaqla internetə verilmişdir. Mövzunun aktuallığı və sosial şəbəkədən səmərəli istifadə olunması diqqəti cəlb etmişdir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli vətənpərvər şagirdləri tərbiyə etmək.


10 2