Təhsil

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.

Nizami Gəncəvi

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb

Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb

39 1
Ünvan: Gəncə şəhəri, Dədə-Qorqud küçəsi 26
Telefon: +994.22.257.39.39
Email: school_ _39(AT)mail.ru
Rəhbərin adı: Nizami Rzayev
Rəhbərin email ünvanı: nizami.rzayev.1982(AT)mail.ru
Üzvlər: 2012 nəfər

Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəb 1962-ci ildə istifadəyə verilmişdir. Məktəbin adı ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanırdı.
1978-ci ilin sentyabrında görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal müəllimin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilmişdir.

1999-cu ilə qədər məktəbdə 1100 nəfər şagird təhsil aldığı halda, hal-hazırda 2012 nəfər şagird təhsil alır. Məktəbdə 2012 nəfər şagirdin təlim-tərbiyəsi ilə 185 nəfər müəllim məşğul olur ki, buda 11:1-dir.

Məktəbin şöhrət qazanmasında ən mühüm amillərdən biri müəllim potensialıdır. Məktəbin pedaqoji kollektivi sağlam, savadlı, işgüzar və xalqımızın milli dəyərlərini sevən müəllimlərdən ibarət formalaşmışdır.

Məktəbin ibtidai sinif müəllimi Əliyeva Tamilla Əmrah qızı -“Respublikanın əməkdar müəllimi” adına, Azərbaycan dili və ədəbiyyat müəllimi Möhsümova Aybəniz İlyas qızı təhsil naziri cənab Misir Mərdanovun sərəncamı ilə “Qabaqcıl təhsil işcisi” adına və riyaziyyat müəllimi Qasımova Nabat Tofiq qızı 2012-ci ildə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşlər.

Məktəbin riyaziyyat və informatika müəllimləri Qasımova Nabat Tofiq qızı 2004-cü ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin Respublika turunun qalibi olmuşdur və Orucova Ziyafət Sabir qızının yazmış olduğu pedeqoji mühazirə 2005-ci ildə Respublikada qalib mühazirə hesab edilmiş və II dərəcəli diploma layiq görülmüşdür.

Məktəbin iş təcrübəsi və 37 nəfər müəllimin pedaqoji təcrübəsi Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən öyrənilmiş və Zonada yayılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 05 iyul 2010-cu il tarixli sərəncamı ilə məktəbimiz 2009-2010-cu dərs ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur .

Məktəbin yaradıcı və işgüzar kollektivinin səyi nəticəsində məktəbi bitirən şagirdlərdən hər il 35-45%-ı Ali məktəblərə qəbul olurlar.
Onlardan 25-30%-ı 500-700 bal toplayanlardır. Məktəbin məzunlarından 3 nəfər 665-dən çox bal toplayaraq prezident təqaüdünə layiq görülmüşdürlər.

İsmayılov Vüqar Frudin oğlu – 676.78 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına
Elbəyiyev Sərxan Eldar oğlu – 667.87 balla Azərbaycan Tibb Universitetinə
Baxışova Vüsalə Ceyhun qızı – 675 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına
Əliyeva Könül Zəfər qızı – 660 balla Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına
Musayeva Nərmin Zabit qızı – 685 balla Azərbaycan Tibb Universitetinə qəbul olmuşdular.

Məktəb artıq bir neçə ildir ki, Beynalxalq Layihələrə qoşulmuşdur. “Britich Council” təşkilatının keçirdiyi “Dreams+Teams’ layihəsi üzrə müsabiqənin qalibi seçilərək, İngiltərənin Liver Pool şəhərinin məktəb-idman kolleci ilə müəllim şagird mübadiləsinə qoşulmuşdur.

Məktəbin müəllimlərindən və bir qrup şagird bir neçə dəfə İngiltərənin Liver Pool şəhər məktəbində olmuşlar.
Liver Pool şəhərinin idman-məktəb kollecinin müdriyyəti 3 nəfər nümayəndə ilə 2008-ci ilin sentyabrında bizim məktəbdə olmuşdular.

Məktəbin şagirdləri 3 ildir ki, Beynalxalq Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadasında( İNEP) layihə ilə iştirak etmiş və sertifikat qazanmışlar.

Məktəbin pedaqoji kollektivi yeni təlim metodları ilə işləməyə, dərslərdə müasir texnologiyalardan istifadə etməyə daha geniş yer verirlər.
20 dekabr 2009-cu ildə məktəbin riyaziyyat müəllimi Nabat Qasımovanın Həndəsədən kosinuslar teoriminə dair “İctimai” televiziya vasitəsi ilə keçirdiyi açıq dərs və həmin dərsin təhlili respublikanın pedaqoji ictimaiyyatı tərəfindən müsbət qarşılanmışdır.

Məktəbin bütün siniflərində informatika dərsləri tədris olunur. Fizika, kimya, biologiya, azərbaycan tarixi fənnləri üzrə elektron dərsliklərindən daim istifadə olunur.

Tədris planına uyğun olaraq I – V siniflər kurikulumla işləyir. Həmin siniflərdə dərs deyən müəllimlər təkmilləşmə kurslarından keşmiş və sertifikat almışlar. Məktəb və Şəhər Təhsil İdarəsinin elmi-metodiki mərkəzi ilə əməkdaşlığı sayəsində həmin müəllimlər mütəmadi olaraq kurslara cəlb olunurlar. Bu yaxınlarda Təhsil Nazirliyinin xətti ilə aparılan monitorinqə müəllimlərin müsbət işləri qeyd olundu .

Məktəbdə yaradılmış “dayaq məntəqəsinin” fəaliyyəti yaxşı təşkil olunmuş.

Məktəbdə valideyn-məktəb assosiasiyası fəaliyyət göstərir.

Məktəbdə şagird özünü idarəetmə strukturu Şagird Parlamenti fəaliyyət göstərir. Həmin parlament IX, X və XI siniflərdən ibarət qrup yaradaraq,Gənclərin Çağırışaqədərki Hərbi-Hazırlığı rəhbərinin nəzarəti ilə məktəbin təhlükəsizliyini öz üzərinə götürmüş və nümunəvi xidmət göstərirlər.

Məktəb Gəncə şəhərində fəaliyyət göstərən Ali məktəblərlə AAU, GDU, AzTxU, AMİ Gəncə filialı ilə sıx əlaqə saxlayır. Məkətəbdə professor və müəllim heyyətinin mühazirələri təşkil edilir. Yaranmış problemli məsələlər araşdırılır və bunun sayəsində də şagirdlər üçün qaranlıq olan məsələlər aydınlaşdırılır.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli şagirdlər yetişdirmək.


39 2
39 3
39 4
39 5