Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Mirzə Ələkbər Sabir adına 5 №-li tam orta məktəb

Mirzə Ələkbər Sabir adına 5 №-li tam orta məktəb

5 1
Ünvan: Gəncə şəhəri, Nizami küçəsi 38
Telefon: +994.22.256.10.87
Faks: +994.22.256.00.46
Email: ganja.5tamortamekteb(AT)mail.ru
Rəhbərin adı: Bəhrəm İmranov
Rəhbərin email ünvanı: b_imranov(AT)mail.ru
Üzvlər: 1215 nəfər

Məktəb Gəncə şəhəri, Nizami küçəsi 38 ünvanda yerləşən, 1936 və 1974-cü illərdə tikilmiş 1176 (bir min yüz yetmiş altı) yerlik 2 korpusda fəaliyyət göstərir.

Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının verdiyi arayışa görə məktəb 1930-cu ildən fəaliyyət göstərir (hələ ki, bu tarixin dəqiqliyi müəyyən edilmiş, məktəbin daha qədimdən fəaliyyət göstərdiyi guman edildiyindən əlavə araşdırmalar aparılmaqdadır). Həmin arayışdan o da aydın olur ki, Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Xalq Təhsili Şöbəsinin 28 avqust 1930-cu il tarixli 109 saylı əmrinin 598-ci §-ı ilə Məmməd Axundzadə beşinci məktəbə müdir, həmin əmrin 599-cu §-ı ilə Almas Mehdizadə həmin məktəbə müdir müavini və əmrin digər §-ları ilə 13 nəfər isə müəllim təyin edilmişlər.

Hazırda məktəbdə 1215 (bir min iki yüz on beş) şagird təhsil alır. Onların da tərbiyəsi ilə 150 nəfər pedaqoji işçi (6 rəhbər, 135 müəllim və 9 tədris-köməkçi heyət) məşğul olur.
Məktəb Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamına uyğun olaraq 2010-cu ildə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Məktəbdə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin Gəncə şəhəri üzrə 2 №-li filialı fəaliyyət göstərir.

Məktəbin məzunları haqqında:

 Fazil Məmmədov – Vergilər naziri,
 Rauf Hüseynov – Qazax Rayon İcra Hakimiyyətinin sabiq başçısı,
 Natiq Həsənov – İqtisadi İnkişaf Nazirliyində şöbə müdiri,
 Ələkbər Tağıyev – Bəstəkar,
 Anar Rzayev – Gülhanə Tibb Akademiyasında həkim,
 Adilə Namazova – XİN-nin əməkdaşı,
 Seymur Teymurzadə – FHN-də baş müstəntiq,
 Ələddin Sultanov – Apelyasiya məhkəməsində hakim,
 Davud Məmmədov – Bakı şəhərində yerləşən xəstəxanada “Cərrahiyyə” şöbəsinin müdiri,
 Nurəddin Məmmədov – ADAU-da professor.

Məktəbə hazırda Respublikanın Əməkdar Müəllimi Bəhrəm Əşrəf oğlu İmranov rəhbərlik edir.

Sosial və ictimai fəaliyyət

Təhsil alanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əmək fəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Həkim məsləhət komissiyasının arayışına görə fiziki qüsurlu hesab edilən və psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən evdə fərdi təhsil almasına icazə verilmiş  şagirdlərin fərdi təhsil almalarını.


5 2
5 3
5 4
5 5