Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » M.Müşfiq adına 14 №-li tam orta məktəb

M.Müşfiq adına 14 №-li tam orta məktəb

14 1
Ünvan: Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Qəmərli küç.
Telefon: +994.22.258.04.36
Rəhbərin adı: Sahibə Paşayeva
Rəhbərin email ünvanı: sahibapashayeva(AT)yahoo.com
Üzvlər: 955 nəfər

Gəncə şəhər 14№ li tam orta məktəb 1975 – ci ildən fəaliyyət göstərir.

2012-2013-cü tədris ilində 955 şagird təhsil alır. Pedaqoji işçilərin sayı 92 nəfərdir. 43 sinif fəaliyyət göstərir.

Məktəb yeni dərs ilində təlim keyfiyyətini yüksəltmək məqsədilə məktəbin lazımi səviyyədə idarə edilməsi üçün pedaqoji kollektivin konkret vəzifələri müəyyənləşdirilmiş və bu vəzifələrin müvəffəqiyətlə həyata keçirilməsi tələbkarlığın artırılması istiqamətinə daha çox fikir verməklə, pedaqoji kollektivin dərs ili üçün fəaliyyətini tənzimlənməsi nəzərdə tutulmuşdur.

14№ - li tam orta məktəb fəaliyyətə başladığı gündən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində öz işini müasir tələblər səviyyəsində aparmaq məqsədilə illik fəaliyyət və tədbirlərinin Təhsil Nazirliyinin əmr və sərəncamına uyğun olaraq aparmağa və həyata keçirməyə çalışmışlar.

2009-2010,2011-2012, 2012-2013 – cü tədris ilində məktəbimizin uğurları çox olmuşdur. Belə ki, 2010-2011-ci tədris ilində Abuzərli Şəhriyar 685 balla Polis Akademiyasına daxil olmuş, Prezident təqaüdçüsüdür. Əlbəndova Elnarə 642 balla Tibb Universitetinə, (sinif rəhbəri Əhmədova Sücayət), Hüseynova Səbinə 624 balla Prezident yanında idarə etmə ( sinif rəhbəri Nərimanova Lyudmila) daxil olmuşlar. 2011-2012 – ci tədris ilində məktəbi 52 məzun bitirmiş, 49 şagird ali məktəblərə iş vermiş, 27 məzun ölkə və xarici dövlətlərdə təhsil alırlar. Qəbulun nəticəsi 52faizdən artıq olmuşdur.

Dərs ili ərzində müəllimlərimizin çoxu öz vəzifə funksiyalarını layiqincə yerinə yetirdiklərinə görə məktəb direktorluğu tərəfindən rəğbətləndirilmiş,müvafiq olaraq “ Təşəkkür “ və” Fəxri fərman"la təltif edilmişlər:

Qoşqarova Məleykə Paşa qızı
Mehdiyeva Təranə Qəşəm qızı
Rüstəmova İlhamə Rüstəm qızı
Əhmədova Sücayət Nəriman qızı
Budaqova Mehbarə Budaq qızı

Məktəbimiz “Cəsurlar “və “Şahin” hərbi oyunlarında da fəal iştirak etmiş və bu hərbi idman oyunlarında dəfələrlə birinci yeri tutmuş və “Şahin “ hərbi komandamız şəhərimizdə keçirilən hərbi paradlarda həmişə fərqlənmişlər.

Məktəbimizi bitirən məzunlarımızdan bir çoxları :

Elman Abdullayev - Xarici İşlər Nazirliyində Mətbuat Katibi
Məmmədov Elvin - Gəncə Apilyasiya Məhkəməsində
Məmmədov Rəşad – Qazaxstanda səfir
Kazımov Emil – Bakı şəhər Səbayel rayonunda məsul vəzifədə
Fətəliyev İlqar –Ağır cinayətlər üzrə Ali məhkəmədə iclas katibi
və.s. işləyirlər.

11c sinif şagirdi Fətəliyeva Ülviyyə - şahmat üzrə şəhər birinciliyində dəfələrlə birinci yerə çıxmış, xarici ölkələrdə də layiqli yerlər tutmuşdur.

Məktəbimizin Boksetbol üzrə qızlar komandası Respublika birinciliyində birinci yer tutmuş, oğlanlar arasında isə Boksetbol üzrə məktəblər arası yarışlarda üçüncü yeri tutmuşlar.

Məktəbimizin uğurları arasında aşağıda adları qeyd olunan müəllimlər məktəbimizin baş müəllim adına layiq görülmüşlər.

Əliyeva Sadəgül Bala qızı –Riyaziyyat
Qoşqarova Məleykə Paşa qızı – Ədəbiyyat
Ələsgərova Gilas Hüseyin qızı – Fizika
Həsənova Raziyə Hüseyin qızı – Kimya

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikası üçün vətənpərvər, savadlı , yüksək intelektuallı şagird yetişdirmək


14 2
14 3
14 4