Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » M.P.Vaqif adına 8 №-li tam orta məktəb

M.P.Vaqif adına 8 №-li tam orta məktəb

Ünvan: Gəncə şəhəri, Bağbanlar küçəsi, 76
Telefon: +994.22.253.59.76
Email: gnc08(AT)box.az
Rəhbərin adı: Lətifə Quliyeva
Rəhbərin email ünvanı: l.quliyeva(AT)box.az
Üzvlər: 845 nəfər

Məktəb binası 1964-cü ildə istifadəyə verilmişdir 960 yerlikdir.

Məktəb 2012-ci ildə dövlət tərəfindən yenidən qurularaq əsaslı təmir edilmişdir.

Məktəbdə 79 nəfər müəllim 848 nəfər şagirdin təlim-tərbiyəsilə məşğul olur. Müəllim şagird nisbəti 1:10.5-dir.

Məktəb müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, o cümlədən pilot layihələrdə, habelə digər inkişafyönümlü interaktiv təhsil proqramlarında iştirak edir.

Məlumat üçün bildiririk ki, məktəb müasir təlim texnologiyalarının tələblərinə uyğun avadanlıqlarla təmin olunmuşdur.

Məktəb Amerikanın Proyekt Hormiya təşkilatının keçirdiyi layihədə iştirak etmiş və onlar tərəfindən 1dəst (6 ədəd) komputerlə təhciz edilmişdir.

Hazırda məktəbdə 38 ədəd komputer 2 informatika kabinetində və 12 sinif otağında müəllim və şagirlərin istifadəsindədir.

Məktəbdə işləyən müəllimlərin 94,9% ali təhsillidir.

Son üç ildə məktəbin məzunlarından 49 nəfər ali məktəblərə qəbul olmuşdur ki, onlardan 40 nəfəri 300-dən, 9 nəfəri 500-dən, 3 nəfər isə 600-dən yuxarı bal toplamışdır.

Məktəbin məzunu Milli Qəhrəman Mədət Quliyev Ədliyyə Nazirliyində çalışır.

2010-2011-ci tədris ilində məktəbin XI sinif şagirdi Rəhimova Mədinə Cəlil qızı Respublikada keçirilən “Azərbaycan ana yurdum” mövzusunda rəsm müsabiqəsində yer tutaraq mükafata layiq görülmüşdür.

2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər arasında keçirilən “ Fövqəladə hallar uşaqların gözü ilə” ümumrespublika yaradıcılıq müsabiqəsində “Əl işi” nominiasiyası üzrə məktəbin 94 sinif şagirdi Yusibova Şəbnəm İlham qızı II yeri tutaraq Fəxri Fərman və mükafata layiq görülmüşdür.

Azərbaycan Ruspublikası Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Smart SN Corporation MMC-nin “Respublika Gənclər Debat Forumu - YAZ – 2012 çərçivəsində “İdmanın inkişafında orta məktəblərin rolu özünü doğruldur” mövzusunda həyata keçirilən “Gəncə məktəbli debat forumu”nda məktəb komandasının üzvləri müvəffəqiyyətlə iştirak edərək Fəxri Fərmana layiq görülmüşdür.

Pilot məktəb kimi məktəbdə şahmat dərsləri tədris olunur. 2011-2012-ci tədris ilində məktəbin 8-ci sinif şagirdi Nisə Bayramova 16 yaşlı qızlar arasında Təhsil Respublika İdman Mərkəzi tərəfindən keçirilən Şahmat məsələlərinin həlli üzrə Respublika çempionatında II yeri tutduğuna görə diploma layiq görülmüş və Praqada keçiriləcək cempionata vəsiqə qazanmışdır.

Məktəbin X3 sinif şagirdi Əli Rasim oğlu Hüseynzadə taekvando idman növü üzrə, 9-cu sinif şagirdləri Elvin Hüseynov cüdo idman növü üzrə, Nizami Bağırov Taekvondo idman növü üzrə Respublika birinciliyində iştirak edərək II yeri tutduqlarına görə diplomla təltif olunmuşlar.

Məktəbin IX sinif şagirdi Aytən Elnur qızı Uluvxanova 2012-ci ildə keçirilən “Ana-dilini sevək sevdirək” müsabiqəsində iştirak edərək gümüş medalaTürkiyədə keçirilmiş 10. Uluslarası Türk Olimpadlarında iştirak edərək iki qızıl medala layiq görülmüşdür.

Məktəbin texnologiya müəllimi Nazim Qarayevin hazırladığı VIII sinif üçün dərs vəsaiti kitabı Gəncə şəhər əmək hazırlığı müəllimlərinin 2012-ci ilin sentyabr ayında keçirilən bölmə iclasında bəyənilərək dərs vəsaiti kimi istifadə edilməsi tövsiyə olunmuşdur.

Məktəbin tarix müəllimi Sevinc Əsgərova Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Elektron Təhsil” müsabiqəsində diplom və mükafata layiq görülmüşdür.

Məktəb müəllimlərindən fizika müəllimi Könül Əliyevanın qabaqcıl iş təcrübəsi 2010-2011-ci tədris ilində, tarix müəllimi Sevinc Əsgərovanın isə qabaqcıl iş təcrübəsi 2011-2012-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı tərəfindən öyrənilərək yayılmışdır.

Məktəb müəllimlərindən Nazim İbrahim oğlu Qarayev əmək təlimi üzrə, təlim-tərbiyə işləri üzrə direktor müavini, Ayğün Aydın qızı Rəhimova isə təlim tərbiyə işləri üzrə direktor müavinlərinin hazırlanması üzrə Şəhər Metodiki Mərkəzində öyrədənlərin öyrədənidir.

Məktəbin fiziki tərbiyə müəllimi Poladov Fəzail Cahangir oğlu yaxşı işinə görə Gəncə Şəhər Metodiki mərkəzinə metodist təyin edilmişdir.

Məktəbin ali təhsilli qabaqcıl riyaziyyat müəllimi Lətafət Hüseyn qızı Axundova Gəncə şəhər 23 nömrəli tam orta məktəbə direktor təyin edilmişdir.
2012-ci ildə Təhsil Nazirliyinin “Məktəb uşaqların dostudur” layihəsində məktəb iştirak etmişdir. Bu layihə məktəb, valideyn və şagird arasında daha sıx əlaqənin yaradılmasına kömək etmişdir.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənpərvər, əqli və fiziki cəhətdən kamil vətəndaşlar yetişdirmək.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

2 nəfər şagird evdə dərs alır.