Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Ana səhifə » Təhsil » Məktəblər » M.Qasımov adına 23 nömrəli tam orta məktəb

M.Qasımov adına 23 nömrəli tam orta məktəb

23 1
Ünvan: Gəncə şəhər, Ozan küçəsi 106
Telefon: +994.22.254.87.07
Email: 023_mekteb(AT)box.az
Rəhbərin adı: Lətafət Axundova
Üzvlər: 482 nəfər

Gəncə şəhər 23 nömrəli tam orta məktəb 1986-cı ildə istifadəyə verilmişdir. Məktəbin şagird tutumu 1176 yerlikdir. Hal – hazırda məktəbdə 482 nəfər şagird təhsil alır. Təlim Azərbaycan dilində aparılır. Bu şagirdlərin təlim – tərbiyəsi ilə 57 nəfər pedaqoji heyət məşğul olur.

Məktəbimizdə son üç ildə XI sinif məzunlarının sayı 2010-cu ildə 44 nəfər məzun olmuş onlardan 5 nəfəri ali məktəbə daxil olmuşdur. 2011-ci ildə 47 nəfər şagird məzun olmuş onlardan 8 nəfər şagird ali məktəbə daxil olmuşdur. 2012-ci ildə isə 44 nəfər şagird məzun olmuş onlardan 14 nəfər şagird ali məktəblərə qəbul olmuşdur.

Son üç ildə məktəbimizdə 500 baldan yuxarı nailiyyət əldə edən şagirdlərimiz 6 nəfər olmuşdur.

Məktəbimizdə idman sahəsində də xeyli nailiyyətimiz vardı. Sərbəst güləş üzrə son iki ildə Respublika birinciliyində 5 nəfər şagirdimiz yüksək yerə layiq görülmüşdür.

Məktəbimizin şagirdi olmuş Bayramov Müşviq İlham oğlu – 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1994-cü ildə 23 nömrəli məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2005-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. 2009-cu ildə Tərtər rayonun 703 saylı hərbi hissədə tağım komandirinin müavini vəzifəsində çalışmışdır. 2012-ci il avqustun 29-da şəhid olmuşdur.

Məktəbin müəllimlərindən Elçin Hidayət oğlu Zeynalov – 1987 – ci ildə “SSRİ idman ustası”, 1989 –cu ildə “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi”, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar İdman xadimi”, fəxri adlarına layiq görülmüş, 2012- ci ildə “Azərbaycan Respublikasının Şöhrət ordeni” ilə tərtif olunmuşdur. Eyni zamanda o 2012 – ci ildən Prezident təqaüdçüsüdür.

Zahidə Əhməd qızı Çələbiyeva – 2009-cu ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına bilikli, hərtərəfli inkişaf etmiş, vətənpərvər şagirdlər yetirmək.


23 2
23 3
23 4
23 5
23 6
23 7
23 8
23 9
23 10
23 11
23 12
23 13
23 14
23 15