Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Turizm

Gəncə öz qədim tarixi, adət-ənənəsi, mətbəxi, mədəniyyəti və coğrafi mövqedən dağlarla əhatələnmiş səfalı, gəzib-görməli yerləri ilə turistik şəhərdir.

Ana səhifə » Təhsil » Məktəblər » N. Rəfibəyli adına 43 nömrəli tam orta məktəb

N. Rəfibəyli adına 43 nömrəli tam orta məktəb

43 1
Ünvan: Gəncə şəhər, I mikrorayon
Telefon: +994.22.256.73.67
Email: 43_məktəb_gəncə(AT)mail.ru
Rəhbərin adı: Günay Əliyeva
Rəhbərin email ünvanı: gunay_ aliyeva_79(AT)bk.ru
Üzvlər: 522 nəfər

Gəncə şəhər N.Rəfibəyli adına 43 №-li tam orta məktəb 1971/1972-ci ildən fəaliyyət göstərir. 1176 nəfər şagirdin təhsili üçün nəzərdə tutulmuşdur.

Son üç ildə TQDK-nın rəsmi məlumatına əsasən ali məktəblərə qəbul faizi 2009/2010-cu tədris ilində 20,1% olmuş, üç nəfər məzun- İbrahimova Almaz Rafiq qızı -535 bal, İbrahimova Nərgiz Rafiq qızı -513 bal, Hacıyev Anar Gündüz oğlu – 512 bal toplamışdır.

2010/2011-ci tədris ilində ali məktəblərə qəbul faizi - 44,4% olmuş, üç nəfər məzun – Hacıyev Anar Gündüz oğlu – 622 bal, İbrahimova Nərgiz Rafiq qızı - 584 bal, Cəfərova Günel Sadıq qızı – 510 bal toplamışdır.

2011/2012-ci tədris ilində ali məktəblərə qəbul faizi – 33,3 % olmuş, üç nəfər məzun – Cəfərov Xəlil İbrahim oğlu - 583 bal, Əliyeva Bahar Əlif qızı - 582 bal, Cəfərov Kamil Ziyad oğlu – 546 bal toplamışdır.

2009/2010-cu tədris ilində 11/3 sinif şagirdi – Hacıyev Anar Gündüz oğlu biologiya fənni üzrə olimpiada yarışında I yer, 11/3 sinif şagirdi – İbrahimova Almaz Rafiq qızı, 11/3 sinif şagirdi – İbrahimova Nərgiz Rafiq qızı kimya fənni üzrə olimpiadada II yer tutmuşdur.

2010/2011- ci tədris ilində 8/2 sinif şagirdi – Abdullayeva Lalə Azər qızı biologiya fənnindən II yer, Hüseynov Rahic İsmayıl oğlu 11/3 sinif şagirdi – tarix fənnindən I yer, 11/3 sinif şagirdi – Əliyeva Arzu Əlif qızı riyaziyat fənndən II yer, Cəfərova Günel Sadiq qızı – Azərbaycan dili və ədəbiyyat fənnindən II yer tutmuşdur.

2011/2012-ci tədris ilində 9/2 sinif şagirdi – Vəliyeva Minayə Etibar qızı tarix fənni üzrə olimpiadada I yer, 9/2 sinif şagirdi – Qurbanova Xəyalə İlham qızı Azərbaycan dili və ədəbiyyat fənni üzrə II yer tutmuşdur .

2004-cü ildə Əsli Camal qızı Süleymanova - Respublikanın “Əməkdar müəllim”i, 2008- ci ildə Mehriban Əli qızı Hüseynli – “İlin ən yaxşı müəllimi” adına, 2012-ci ildə Elfira Bəbir qızı Nurullayeva “Elektron təhsil müsabiqəsində” ibtidai siniflərdə İKT-dan istifadə etməkdə III yerə layiq görülmüşdür.

Məktəbin şəhid məzunlarından, Hüseynov İlham, Cəfərov Valeh, İsgəndərov Səfaləddin, Əliyev Əli, Məmmədov İlham, Vəliyev Mübarizin adlarını göstərə bilərik.

Sosial və ictimai fəaliyyət

Gələcək nəslin yetişdirilməsi , tərbiyə edilməsi, Azərbaycana bacarıqlı , layiqli, vətənpərvər kadrlar hazırlamaq.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Bəli var. Evdə vərdi təhsil edirik.  9-cu sinifdə 1 nəfər şagirdə.


43 2
43 3
43 4
43 5
43 6
43 7
43 8