Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Nadir Hüseynov adına 38 №-li tam orta məktəb

Nadir Hüseynov adına 38 №-li tam orta məktəb

38 1
Ünvan: Gəncə şəhəri, Təbriz küçəsi 138
Telefon: +994.22.254.86.73
Email: 38nomrelimekteb(AT)box.az
Rəhbərin adı: Məleykə Bürcəliyeva
Rəhbərin email ünvanı: meleyke.burceliyeva(AT)box.az
Üzvlər: 456 nəfər

Gəncə şəhəri, Nadir Hüseynov adına 38 №-li tam orta məktəb 1930- cu ildən fəaliyyət göstərir.

Məktəb öz fəaliyyəti dövründə bir sıra elm xadimləri, həkim, müəllim, şair, dövlət xadimləri və s. sahələrdə çalışan vətəndaşlar yetişdirmişdi.

Son 5 ildə məktəbin məzunları respublikamızda və xarici ölkələrdə təhsillərini davam etdirirlər. Məzunların ali məktəblərə qəbulu 40- 42% olmuşdur. Bu şagirdlər arasında 2 nəfər şagird 600-dən yuxarı bal toplamışdır.

Qarabağ torpaqları uğrunda döyüşlərdə məktəbin dörd məzunu iştirak etmiş və şəhid olmuşdur. Məktəbimizə şəhid məzunlardan Hüseynov Nadir Zülfiqar oğlunun adı verilmişdir.

2009-2010-cu tədris ilində yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Hal- hazırda məktəbimiz 400 yerlikdir. Məktəbdə 456 nəfər şagird təhsil alır. Fənn laboratoriyaları, kompyuterlə təchiz edilmiş informatika kabinetləri, geniş idman zalı, kitabxana, iclas zalı, bufet, tibb otağı müasir tələblərə cavab verir.

Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunmasına, kurikulum islahatının səmərəli həyata keçirilməsi üçün məktəbin idarə olunmasının müasir prinsip və xüsusiyyətləri həmişə diqqət mərkəzində saxlanılır. Fənn kurikulumlarının tətbiqi yolları, dünya təhsil sisteminə inteqrasiya, fəal dərsi səmərəli təşkil etmək məktəbimizin təhsil sahəsində görülən vacib işlərdi.

2011-2012-ci tədris ilində “Elektron təhsil” respublika müsabiqəsində məktəb “Ən fəal region məktəb” nominasiyası üzrə diplomla tərtif olunmuşdur. Bununla bağlı hədiyyə olaraq məktəbə bir ədəd elektron lövhə verilmişdir.

Məktəbdə bir nəfər Namazova Zərnigar Sarı qızı metodist müəllimdir. İşinin öhdəsindən şərəflə gələn müəllimlərimiz çoxdur. Bunlardan Rzayeva Hicran Cəmşid qızı, Osmanova Sevinc Arif qızı, Mirzəyeva Sona Qədir qızı, İbrahimova Təranə Qəzənfər qızı, Kərimova Dürdanə Həsrəddin qızı, Babayeva Mehriban Mütəllim qızı, Rəhimova Validə Abdulla qızı, Musayeva Zinyət Əsgər qızı və bir çox müəllimləri göstərmək olar.

Məktəb şagirdləri olimpiyadalarda iştirak edir və müvafiq yerlər tuturlar.

Məktəbimiz rayon və şəhərin ictimai işlərində yaxından iştirak edir. Məktəbdə xor dərnəyi, dram dərnəyi fəaliyyət göstərir.

Məktəbin şagirdləri şəhər və respublika üzrə keçirilən idman yarışlarında iştirak edirlər. Çəki dərəcəsinə görə güləş üzrə yer tutan şagirdlərimiz məktəb tərəfindən də fəxri fərmanlarla tərtif olunur.
Hər il məktəbimizdə mülkü-müdafiə üzrə keçirilən açıq tədbirdə şəhər Fövqalədə Hallar İdarəsi, təcili yardım və İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər. Bu tədbirdə canlı təlim məşqləri keçirilir.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına vətənpərvər, bacarıqlı, savadlı, əqli və fiziki cəhətdən kamil vətəndaşlar yetişdirmək.


38 2
38 3
38 4