Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Məktəblər » Nizami Gəncəvi adına 11№-li tam orta məktəb

Nizami Gəncəvi adına 11№-li tam orta məktəb

11 1
Ünvan: Gəncə şəhər, Ərdəbil küçəsi 36
Telefon: +994.22.267.03.78
Email: gence.11mekteb(AT)mail.ru
Rəhbərin adı: Təranə Hüseynova
Rəhbərin email ünvanı: quseynova.terane(AT)mail.ru
Üzvlər: 932 nəfər

Gəncə şəhəri Nizami Gəncəvi adına 11 №-li tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb dörd mərtəbəlidir. Məktəb üzrə 44 sinif, 932 şagird kontingenti vardır.

2012/2013-cü tədris ilində ibtidai təhsil üzrə 16 sinif , ümumi təhsil üzrə 19 sinif, tam orta təhsil üzrə 9 sinif komplektləşdirilmişdir. Məktəbin pedaqoji kadr potensialı demək olar ki, cox güclüdür. Hazırda məktəbimizdə 113 müəllim çalışır. Bunlardan Arif Orucov — riyaziyyat , Solidə Mövlayeva — Azərbaycan dili və ədəbiyyat, Maarif Əliyev, Ziba Məmmədova — tarix, İrina Məmmədova — kimya, Liana Məmmədova —fizika və digər müəllimlərin məktəbdə şagirdlərin bilik səviyyəsinin yüksəldilməsində xüsusi xidmətləri vardır.

Müəllimlərimizdən ibtidai sinif müəllimi Xalidə Babayeva yaxşı işinə görə şöhrət nişanı ilə, azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Məmmədova, Ülfət Məmmədova, idman müəllimi Arif Cəfərov Şəhər Təhsil İdarəsinin fəxri fərmanları ilə müxtəlif dövrlərdə təltif edilmişlər.

Məktəbimizin şagirdləri ümumşəhər üzrə keçirilən olimpiyadaların, yarışların və müsabiqələrin dəfələrlə qalibi olmuşdur. Belə ki, məktəbimiz hərbi vətənpərvərlik tərbiyəsi üzrə keçirilən bir çox tədbirlərin iştirakçısı və qalibidir. Son 7 ildə məktəbin “ Cəsurlar “ komandası hərbi idman oyunlarının şəhər və zona birinciliyində iştirak edib qalib olmuş və respublika birinciliyinin iştirakçısı olmuşdur. Məktəbimizin “ Cəsurlar “ komandası 29 aprel 2006-cı ildə Respublika hərbi idman və turizm oyununun final mərhələsində fərqləndiyinə görə Təhsil Nazirliyi tərəfindən verilmiş xüsusi diplomla təltif edilmişdir. Məktəbin “ Şahinlər” komandası da hərbi idman oyunlarının şəhər və zona birinciliyində iştirak edib dəfələrlə qalib olmuşdur.

2011/2012-ci tədris ilində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Gəncə Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən “ Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışının keçirilməsi məktəbin şagirdlərində böyük ruh yüksəkliyi yaratdı. Məktəbimiz bu tədbirdə iştirak edərək qalib olmuş və Gəncə Regional Mərkəzinin 03 may 2012-ci il tarixli fəxri fərmanı ilə təltif edilmişdir və buna görə də respublika üzrə keçirilən birinciliyə dəvət almışdır.

Məktəbimiz “ I Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışının fəal iştirakçısı olduğuna görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 30 iyun 2012-ci il tarixli fəxri fərmanı ilə təltif edilmişdir. Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi üzrə bir sıra tədbirlər hal-hazırda da davam etdirilir.

Məktəbimizdə tez-tez maraqlı tədbirlər keçirilir. Bu tədbirlərdən — böyük şairimiz Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş “ Nizami dünyası “ adlı tədbir , “ Payız çiçəkləri” adlı gül çələngi müsabiqəsi, ümummilli liderimizin anım gününə həsr olunmuş “Azərbaycanın dünəni, bu günü və sabahı” adlı ədəbi-bədii kompazisiya, rəsm müsabiqələri, rəqs müsabiqələri, viktorinalar, şən startlar və sair tədbirlər yadda qalan tədbirlərdəndir.

Cari ildə ali məktəblərə qəbul imtahanlarının nəticələri həmişə olduğu kimi bu il də bizi sevindirmişdir. Belə ki, məktəbin məzunu Tağıyeva Səmayə Hafiz qızı 644 bal toplayaraq Azərbaycan İqtisadiyyat Universitetinə qəbul olmuşdur. 8 nəfər məzunumuz isə 550-dən yuxarı bal toplamışdır. Məzunlarımızın əldə etdikləri uğurlar hər birimizi sevindirir.Son 12 ildə məzunlarımızın ali məktəblərə qəbul olma üzrə müvəffəqiyyət faizi digər məktəblərin müvəffəqiyyət faizindən cox yüksək olmuşdur.

Kompyuterləşmə müasir dövrdə təhsil sistemi qarşısında duran ən vacib məsələlərdən biridir. Ümumtəhsil məktəblərinin İKT-ilə təminatı proqramı çərçivəsində məktəbimizin bütün müəllimləri müxtəlif treyninqlərdən keçərək kompyuterlə iş üzrə müvafiq bacarıqlara yiyələnmiş və dərslərinin günün tələbləri səviyyəsində təşkil olunması üçün kompyuterdən səmərəli istifadə etməyə nail olmuşlar. Qeyd etmək lazımdır ki, hal-hazırda məktəbdə 2 kompyuter otağı və 23 kompyuter müəllim və şagirdlərin istifadəsindədir.

 

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına bilikli, savadlı, vətənpərvər ruhda şagird tərbiyə etmək


11 2
11 3
11 4
11 5
11 6
11 7
11 8
11 9
11 10
11 11
11 12
11 13
11 14
11 15
11 16