Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » P. Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziya

P. Hüseynov adına Futbol Təmayüllü İnternat Tipli Gimnaziya

49 1
Ünvan: Gəncə şəhəri ,Zərrabi küçəsi 208
Telefon: +994.22.56.48.37
Email: futboltamayullugimnaziya(AT)mail.ru
Rəhbərin adı: Rövşən Əbilov
Rəhbərin email ünvanı: abilov(AT)mail.ru
Üzvlər: 290 nəfər

1 saylı internat məktəbi 1960-cı ildən 2009-cu ilə qədər 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 2009- cu ildən P. Hüseynov adına Futbol təmayüllü internat tipli gimnaziya kimi fəaliyyət göstərir.

Internat məktəbi 8 illik olduğuna görə məktəbin şagirdləri təhsillərini davam etdirmək üçün Respublikanın başqa 10 illik orta məktəblərinə getmişlər. Şagirdlər bu məktəbləri bitirdikdən sonra ali məktəblərə qəbul olmuşlar.

Hal-hazırda Respublikamızın müxtəlif idarə və təşkilatlarında fəaliyyət göstərirlər.

Onlardan Xudiyev Kənan Əli oğlu Milli Təhlükəsizlik Orqanında

Xudiyev Rəşad Əli oğlu Rabitə Nazirliyində məsul vəzifədə

Xudiyev Orxan Əli oğlu Gəncə şəhər Polis İdarəsində polis nəfəri vəzifəsində çalışır və Azərbaycan Polis Akademiyasının müdavimidir.

Mirzəliyev Rəşad Tofiq oğlu Daşkəsən rayonunun N saylı hərbi hissəsində zabitdir.

Hənifəyev Ruslan Rasim oğlu Şəmkir rayon F.H.N-nin xüsusi xilasetmə mühafizə- tablo giziri vəzifəsində çalışır.

Camalova Gülnara Həbib qızı Gəncə şəhər 1 saylı qadın məsləhətxanasında həkim işləyir.

Bundan əlavə məktəbimizi Respublikanın əməkdar artisti Teymur Əmrah bitirmişdir.

2000-ci ildə Bakı şəhərində “Xor müsabiqəsi” keçirilmişdir. Bu müsabiqədə məktəbimizin “Xor” kollektivi iştirak etmiş və III yeri qazanmışdır.

Gimnaziya 3 korpusdan ibarətdir. 1-ci korpus tədris, 2-ci yataqxana, 3-cü isə yeməkxana korpusudur.

Gimnaziyada son 3 ildə TQDK-nın nəticələri: - 100% şagirdin 33%-i qəbul olub.

Gimnaziyanın əsas vəzifəsi vətənə savadlı, sağlam vətənpərvər ruhda gənclər yetişdirməkdir.


2011-ci ildə Azərbaycan Republikasının ulu öndəri Heydər Əliyevin doğum gününə həsr olunmuş regional futbol birinciliyində gimnaziyanın futbol komandası III yeri qazanmışdır.

Futbolçularımızdan Tağızadə Gülağa Elağa oğlu regionun ən yaxşı futbolçusu adına layiq görülmüşdür.

3 nəfər şagird Respublikanın futbol klublarında fəaliyyət göstərirlər.

Bunlardan Ələkbərov İbrahim Fariz – “Neftçi” futbol klubu;
Salahov Nurlan İlqar oğlu- “Qəbələ” futbol klubu;
Bağırov Arzu Rövşən oğlu – Gəncə “Tərəqqi” futbol klubundadır.

Sosial və ictimai fəaliyyət

Vətənə bilikli, vətənpərvər və savadlı gənclər yetişdirmək.