Nəqliyyat

400 000-ə yaxın əhalinin hərəkətini təmin edən ictimai nəqliyyat vasitələri.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » Samir Vəliyev adına 34 №-li tam orta məktəb

Samir Vəliyev adına 34 №-li tam orta məktəb

34 1
Ünvan: Gəncə şəhəri, Üzeyir Hacıbəyov 79
Telefon: +994.22.255.54.36
Email: mekteb.34(AT)mail.ru
Rəhbərin adı: Yuris Xəlilov
Rəhbərin email ünvanı: xalilov.yuris(AT)mail.ru
Üzvlər: 650 nəfər

Gəncə şəhər Samir Vəliyev adına 34№-li tam orta məktəb 1954-cü ildən fəaliyyət göstərir. Məktəbimiz bu gün məktəbin şəhid məzunu Samir Daşdəmir oğlu Vəliyevin
adını daşıyır.

Hal-hazırda məktəbimizdə 649 nəfər şagird oxuyur. Bu qədər şagirdin təlim tərbiyəsi ilə 90 nəfər pedaqoji işçi məşğul olur.

Son üç il ərzində məktəbin ali məktəblərə qəbul üzrə nəticələrini qənaətbəxş hesab etmək olar.

2010-cu ildə 38% , 2011- ci ildə 25% , 2012-ci ildə isə 42% olmuşdur. Məktəbimiz “İlin ən yaxşı məktəbi”“İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmişdir. Məktəblərarası yarışda qalib gəlməsə də “İlin ən yaxşı müəllimi” müsabiqəsində məktəbin tarix müəllimi Hüseyn Əsgər oğlu Zahidov “ Respublikanın əməkdar müəllimi” adını qazanmışdır.

Vətənimizin azadlığı və müstəqilliyi uğrunda bizim məktəbin məzunlarının da əksəriyyəti iştirak etmişdir. Bunlardan 8 nəfəri şəhid olmuşdur.

Məktəbimiz hələlik beynəlxalq layihələrdə iştirak etməmişdir. Ancaq idman sahəsində nailiyyətlərimiz olmuşdur. Məktəbin şagirdi Murad Elşən oğlu Qədimov 2011-ci ildə “Karate-do” bölməsi üzrə Avropa birincisi olmuş, 2012-ci ildə isə Fuad Elşən oğlu Qədimov 3-cü yeri tutmuş, yeniyetmələr arasında keçirilən yarışda “sərbəst güləş ”üzrə Telman Anar oğlu Əliyev 5 qat Respublika çempionu olmuşdur. Məktəb olaraq fənn olimpiadalarının Respublika turunda da iştirak etmiş, ancaq müvafiq yer tuta bilməmişik.

Sosial və ictimai fəaliyyət

Vətənpərvər, sağlam şəxsiyyət yetişdirmək.


34 2
34 3
34 4
34 5