Yeni Layihələr

Gəncə zamanın tələbinə uyğun müasir üslublu yeni layihələri ilə inkişaf etməkdədir.

Gənclər

Gəncə Gənclər üçün yeni imkanlar yaradır. Gəncə Gənclərinin səsi yüksək zirvələrdən gəlir.

Ana səhifə » Təhsil » Məktəblər » Vüqar Veysəlov adına 30 №-li tam orta məktəb

Vüqar Veysəlov adına 30 №-li tam orta məktəb

30 1
Ünvan: Gəncə şəhəri, Nizami pr. 18
Telefon: +994.22.257.34.64
Email: 30_sayli(AT)box.az
Rəhbərin adı: İlham Həsənov
Üzvlər: 433 nəfər

Gəncə şəhəri 30 №li tam orta məktəb 1950-ci ildən fəaliyyət göstərir. Hal-hazırda şəhid Veysəlov Vüqar Raqif oğlunun adını daşıyır.

Məktəbdə 433 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 56 nəfər müəllim məşğul olur.

Rəhbərlik tərəfindən verilmiş hər bir tapşırıq və göstərişlər tələb olunan səviyyədə icrası təmin olunur.

2010-2011-ci dərs ilində 9 nəfər məktəbin məzunu respublikanın ali məktəblərinə qəbul olmuş, onlardan 4 nəfəri 500-dən yuxarı bal toplamışdır.

2011-2012-ci dərs ilində 3 nəfər məktəbin məzunu respublikanın ali məktəblərinə 500-dən yuxarı bal toplayaraq qəbul olmuşlar.

2011-2012-ci dərs ilində məktəb əsaslı təmir olunub. 2012-2013-cü dərs ilinin əvvəli – sentyabrın 15-də kollektivin istifadəsinə verilmişdir. Bu baxımdan müasir tələblərə cavab verən fənn kabinetləri, laboratoriyalar, idman və akt zalı şagirdlərin ixtiyarına verilmişdir.

Məktəbi həyətində yüksək zövqlə voleybol, futbol, həndbol və basketbol meydançası yaradılmışdır.

Məlum edirik ki, məktəbin üç şəhid bir milli qəhrəman məzunu var. Şəhidlərin ruhu naminə lazımi səviyyədə böyük stend düzəldilmişdir. Bu gün də müəllimlər keçirilən dərslərdə vətənpərvərlik mövzusu ilə əlaqədar Qarabağ şəhidləri ilə bağlı şagirdlərə vaxtaşırı öyrədici məlumatlar verirlər.

Sosial və ictimai fəaliyyət

Şəhərdə olan xeyriyyə orqanları ilə əlaqə saxlanılır, az təminatlı ailələrə, əlillərə, Qarabağda həlak olan şəhid ailələrinə köməklik olunur və s. Bu məqsədlə vətənpərvərlik ruhunda şagird yetişdirilir.

Fiziki qüsurlu insanlar üçün xidmətlər

Məktəbdə qüsurlu olan şagirdlərin digər şagirdlərlə birgə təhsilini davam etdirmək üçün hər cür şərait yaradılır.


30 2
30 3
30 4
30 5
30 6
30 7
30 8