Nəqliyyat

400 000-ə yaxın əhalinin hərəkətini təmin edən ictimai nəqliyyat vasitələri.

Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Məktəblər » V.Əliyev adına 12 № li tam orta məktəb

V.Əliyev adına 12 № li tam orta məktəb

12 1
Ünvan: Gəncə şəhəri, Gülüstan qəsəbəsi
Telefon: +994.22.258.07.60
Rəhbərin adı: Tünzalə Bağırova
Üzvlər: 634 nəfər

Gəncə Şəhər Təhsil idarəsinin tabeliyində olan 12 nömrəli tam orta məktəb 1988-ci ildən fəaliyyət göstərir. Məktəb 1236 nəfər şagird üçün nəzərdə tutulmuşdur.

Məktəb üzrə I-XI sinifində oxuyan 642 nəfər şagirdin təlim-tərbiyəsi ilə 77 nəfər müəllim məşğul olur .Tədris ilinin əvvəlində məktəbdə 642 nəfər şagird 31 sinifdə komplektləşdirilmişdir.

2011-2012-ci tədris ilində 11-ci sinfi 40 nəfər şagird bitirmiş, onlardan 31 nəfəri tam orta təhsil haqqında attestat almış, 27 nəfər Respublikanın ali məktəblərinə sənəd vermiş və 18 nəfəri Respublikanın ali məktəblərinə qəbul olmuşlar. Alıyeva Ləman Məmməd qızı 655 balla, Hüseynov Xəqani Füzuli oğlu 650 balla BDU hüquqşünaslıq fakultəsinə, Mirzəliyeva Maysara Buta qızı 612 balla Xarici Dillər Universitetinə qəbul olmuşlar.

Əvvəlki tədris illərində şagirdlərimizdən 38 nəfəri imtahanlara buraxılmış, onlardan 33 nəfəri iş vermiş, 14 nəfəri ali məktəblərə qəbul olmuşlar. 1 nəfər Məmmədova Günay Salman qızı yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinə qəbul olmuş və prezident təqaüdünə layiq görülmüşdür. Haşımova Günay Şahin qızı 615 balla Azərbaycan Tibb Universitetinə Quliyev Tural 666 balla Azərbaycan Tibb Universitetinə qəbul olunmuşdur. Belə ki keçən tədris ilini qənaətbəxş hesab etmək olar.

Məktəbdə təlim-tərbiyənin vəziyyətini şagirdlərin bilik səviyyəsini yoxlamaq müəllimlərin peşə hazırlığının səviyyəsinin yüksəldilməsinə kömək etmək məqsədilə ayrı-ayrı fənlər üzrə I-IV siniflərdə “Oxu texnikası” V-XI ci siniflərdə riyaziyyat fənninin tədrisi, V-XI siniflərdə Tarix fənninin tədrisi, IX-cu siniflərdə biologiya, coğrafiya, cəbr, ana-dili, tarix, ingilis dili fənnindən, XI-ci siniflərdə Nazirlik tərəfindən keçiriləcək imtahanlarla əlaqədar, 8 fəndən sınaq test yoxlamaları keçirilmiş, yoxlamanın nəticələri pedaqoji şurada müzakirə edilmişdir.

Məktəbdə ayrı-ayrı fənlər üzrə açıq dərslər keçirilmiş və açıq dərslərin nəticələri pedaqoji sırada müzakirə edilmişdir.İl ərzində Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, ingilis dili fənlərinin tədrisi vəziyyəti yoxlanılmış və nəticəsi pedaqoji şurada müzakirə edilmişdir.

Məktəb üzrə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məsimova Elza Adil qızı ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür. Onun Azərbaycan dili fənnindən yeni interaktiv təlim metodu ilə keçirdiyi açıq dərs məktəb rəhbərliyinin və Gəncə şəhər Metod Mərkəzi tərəfindən rəğbətlə qarşılanmış və müəlliməyə təşəkkür elan edilmişdir.

İbtidai siniflər üzrə ayrı-ayrı vaxtlarda açıq dərslər keçirilmiş və nəticələri pedaqoji şurada müzakirə edilmişdir.

Şəhər üzrə əvvəlki illərdə keçirilən fənn olimpiadalarında şagirdlərimizdən Babayeva Aysel 2-ci yer, Məmmədov Vəli 3-cü yer, Qənbərli Kamal 2-ci yer, Quliyev Tural 1-ci yer tutmuşlar.

Məktəbdə müxtəlif vaxtlarda 8 fəndən Ana dili, Riyaziyyat, Azərbaycan tarixi, Xarici dili, Fizika, Kimya, Biologiya, Coğrafiya fənlərindən sınaq test yoxlamaları keçirilmiş və nəticəsi təhlil olunaraq müzakirə edilmişdir.

Məktəbimizdə bir sıra yadda qalan sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirilmişdir. 15 sentyabr “Bilik günü”, 6 oktyabr “Müəllim günü”, böyük təntənə ilə qeyd edilmişdir.Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 89 illiyinə həsr edilmiş silsilə tədbirlər təşkil edilmiş,inşa müsabiqəsi keçirilmişdir.

İnşa müsabiqəsinin qalibi X sinif şagirdi Həsənova Aycan Elşən qızı, Təhsil İdarəsi tərəfindən “Fəxri Fərman”la təltif olunmuşdur.

Məktəbin “Şahin” və “Cəsurlar” komandası şəhər üzrə keçirilən yarışlarda 2-ci yerə çıxdığına görə Şəhər rəhbərliyi tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.

Respublika gününə həsr edilmiş idman yarışında məktəbin komandası 1-ci yerə çıxdığına görə onlar kubok və Şəhər Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif olunmuşlar.

Xocalı soyqırımı günü ilə əlaqədar geniş tədbirlər keçirilmiş “Xocalım qan yaddaşım” adlı rəsm müsabiqəsinin qalibləri 8-ci sinif şagirdləri Bağırova Fidan Rami qızıİslamov Elmir Təvəkkül oğlu məktəb rəhbərliyi tərəfindən “Fəxri Fərman”la təltif edilmişdir.

Bir çox şagirdlərimiz o cümlədən X sinif şagirdi Niyazov Osman Ruslan oğlu X sinif şagirdi Babayev Səbuhi İlham oğlu və başqaları Respublika üzrə keçirilən idman yarışlarında iştirak edərək diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Son illər təhsilimizə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya cavab olaraq pedaqoji kollektivimiz müstəqil Azərbaycanımıza layiq vətəndaşlar yetişdirməyə, gələcəyin qurucularına daha yaxşı təlim və tərbiyə verməyə səylə çalışacağıq.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikasına layiqli vətəndaş yetişdirmək. Qaçqın və köçgün, qayğıya möhtac olan uşaqlara maddi və mənəvi yardım göstərmək .


12 2
12 3
12 4
12 5
12 6
12 8
12 9
12 10
12 11
12 12
12 13