Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Biznes

Gəncədə biznes fəaliyyəti indi daha əlverişli və gəlir gətirəndir.

Ana səhifə » Təhsil » Peşə Məktəbləri » 1№-li Gəncə Peşə Liseyi

1№-li Gəncə Peşə Liseyi

Ünvan: Gəncə şəhəri, Sidqi Ruhulla küçəsi 3
Telefon: +994.22.255.18.91
Email: 1gpl(AT)mail.ru
Rəhbərin adı: Vaqif Göyüşov
Rəhbərin email ünvanı: samirda755(AT)mail.ru
Üzvlər: 367 nəfər

1939-cu ildən fəaliyyət göstərən 1 №-li Gəncə Peşə Liseyi (əvvəlki 9№-li OTPM) əvvəlcə dəmir yol ixtisasları üzrə sonralar isə sənaye və tikinti sahələri üzrə, Avtomobil zavodu üzrə, Aviasiya təmiri zavodu üzrə, xalq təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslı kadr hazırlayır.

Hal-hazırda Liseydə aşağıda göstərilən 9 ixtisas üzrə 19 qrupda 367 nəfər şagird təhsil alır.

  •  Teplovoz maşinistinin köməkçisi
  •  Elektrovoz maşinistinin köməkçisi
  •  Rabitə avadanlığının quraşdırıcısı
  •  Mikroelektron telefon aparatlarının təmiri üzrə mexanik
  •  Uçan aparatların yığıcı çilingəri
  •  Əməliyyatçı mühasib
  •  Təmirçi çilingər, qaynaqçı
  •  İnşaatçı-dülgər, xarrat
  •  Uçan aparatların çihaz avadanlıqları üzrə elektromexanik

Liseydə 48 nəfər mühəndis-pedaqoji işçi şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur.

Liseyimizin məzunlarından Yaşar Babayev futbol üzrə idman ustası, Mahir Hüseynov və Tahir Hüseynov boks üzrə idman ustası dərəcəsi almışlar. Şabanov Bakir boks üzrə idman ustası dərəcəsi almış, hal-hazırda Türkiyədə boks üzrə məşqçi işləyir.

1960-cı illərdə Liseyimizin məzunu olmuş Arazov Kamal Əlirza oğlu Gəncə Dəmir Yol qovşağında fəxri dəmiryolçu olmaqla bərabər, 1980-ci illərdə SSRİ Ali Sovetinin Deputatı olmuş, bununla bərabər SSRİ Dəmir yolları Həmkarlar İttifaqının fəxri üzvü olmuşdur. Onun təşəbbüsü ilə Gəncə şəhərində xeyli işlər görülmüş, hətta şəxsi təşəbbüsü ilə Gəncə şəhər Dəmir yol Poliklinikası tikilmişdir.

Liseyimizin məzunlarından ən görkəmli şəxsiyyət kimi Nurəddin Kazımovu qeyd etmək olar. Nurəddin Kazımov SSRİ miqyasında tanınmış pedaqoqlardan biridir. O,bir neçə Pedaqogika sahəsində dərsliklərin və məqalələrin müəllifidir.

Liseyin III kurs şagirdi İmanov Hüseyn Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən II Respublika ifa müsabiqəsinin şeir nominasiyası üzrə Zona mərhələsində I yer tutduğuna görə DİPLOM-la təltif olunmuşdur.

Liseyimizin məzunu İqor Vladimioviç Makeyev vətənimizin ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuş və buna görə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli, vətənpərvər, bilikli və bacarıqlı vətəndaşlar yetişdirmək