Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ganja European Youth Capital

Gəncə şəhəri Avropa ölkələri arasında keçirilən "Avropanın Gənclər Paytaxtı 2016" müsabiqəsinin qalibidir.

Ana səhifə » Təhsil » Peşə Məktəbləri » 1 №li Gəncə Peşə məktəbi

1 №li Gəncə Peşə məktəbi

Ünvan: Gəncə şəh. Ə.Nəzərov 3a
Telefon: +994.22.257.02.12
Faks: +994.22.257.02.12
Email: 1gpm(AT)mail.ru
Rəhbərin adı: Vaqif Hüseynov
Rəhbərin email ünvanı: huseynov8311(AT)mail.ru
Üzvlər: 180 nəfər

Gəncə şəhər 1№li Peşə məktəbi 1964-cü ildən fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarı ilə 1 saylı Gəncə Peşə məktəbi statusunu almışdır.

Məktəb binasının vəziyyəti uyğunlaşdırılmışdır. 500 yerlikdir. Tədris binası, yataqxanası, emalatxanaları vardır. Məktəbin yataqxanasında Kəlbəcər rayonundan olan 25 məcburi köçkün ailəsi məskunlaşmişdır.

Məkltəbdə təlimin iki forması vardır:

  • Nəzəri təlimin dərsləri 
  • İstehsalat təlimi dərsləri

Hal-hazırda məktəbdə ixtisaslaşma klassifikatoruna uyğun olaraq aşağıdakı peşələr üzrə cəmi 180 nəfər şagird peşə öyrənir.

Əsas təhsil bazasına malik olan 1-2 il ərzində “Biçici”, “Tikiş avadnlığının operatoru, tikişçi”, “Dərzi”, “Bərbər, manikürçü”, “Avtomobilin təmiri çilingəri”, “Dülgər” peşələri. Bu kadrların hazırlanmasında 13 nəfər ali təhsilli ixtisas fənn müəllimləri , o cümlədən 9 nəfər istehsalat təlimi ustaları çalışır.

Məktəbdə ümumi orta təhsilli gənclər üçün də qruplar təşkil olunur. 1N-li peşə məktəbi orta təhsil vermir.

Məktəbdə müxtəlif yönümlü peşələrin öyrənilməsi üçün 5 emalatxana vardır. Bununla yanaşı 1 kompüter otağı, xüsusi texnologiya kabinetləri, 1 idman zalı, kitabxana və AKT zalı vardır.Məktəbin həyətində basketbol və voleybol meydançası yerləşir.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli və vətənpərvər övladlar hazırlamaq