Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Səhiyyə Ocaqları

"Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir".

Heydər Əliyev 

Ana səhifə » Təhsil » Peşə Məktəbləri » 2№-li Gəncə Peşə Liseyi

2№-li Gəncə Peşə Liseyi

Ünvan: Gəncə şəhəri, 3-cü mikrorayon
Telefon: +994.22.255.35.85
Faks: +994.22.255.75.70
Email: gpl2(AT)box.az
Rəhbərin adı: Şahin Məhərrəmov
Rəhbərin email ünvanı: shahin_1956(AT)rambler.ru
Üzvlər: 321 nəfər

2 №-li Gəncə Peşə Liseyinində 55 nəfər işçi çalışır. Onlardan 35 nəfəri mühəndis- pedeqoji işçidir.

Liseydə aşağıdakı 10 ixtisas üzrə 346 nəfər şagird təhsil alır.

Onlardan 25 nəfəri ödənişli əsaslarla təhsil alanlardır.

  •  telekomunikasiyada komputer texnikasının istismarı üzrə operator
  •  Kimyəvi analiz laborantı
  •  Geniş profilli dəzgahçı
  •  Mexaniki yığma işləri üzrə çlingər
  •  Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik-qaz qaynaqçısı
  •  Təmirçi, çilingər, qaynaqçı
  •  Elektrik maşınlarının təmiri üzrə çilingər
  •  Təmirçi, çilingər
  •  Avtomobillərin təmiri üzrə çilingər
  •  Komputer operatoru

Ümummilli lider H. Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilmiş Respublika inşa yazı müsabiqəsində liseyn şagirdi Obidova Vahidə Zahidcan qızı IV yer tutmuş, Gülüstan sarayında keçirilən tədbirdə Təhsil Naziri cənab M.Mərdanov tərəfindən fəxri fərmanla təltif edilmiş və inşa yazı işi "H.Əliyev məktəblilərin gözü ilə" kitabına daxil edilmiş, hədiyyə ilə mükafatlandırılmışdır.

İfa müsabiqəsinin Şəhər mərhələsində şer naminasiyası üzrə müsabiqədə liseyin Kimyəvi analiz laborantı ixtisası üzrə 363 saylı qrupun şagirdi Həsənova Güntəkin Famil qızı I yer, çalğı alətləri ifa nominasiyası üzrə Mexaniki yığma işləri üzrə çilingər ixtisası üzrə 364 saylı qrupun şagirdi Məmmədov Cabbar Qurbanəli oğlu I yer tutmuş, Respublika müsabiqəsində isə G.F.Həsənova III yerC.Q.Məmmədov II yer tutaraq Təhsil Nazirliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunmuşdur.

1 nəfər şagird təhsilini davam etdirmək üçün Gəncə Dövləət aqrar Universitetinə daxil olmuşdur - Məmmədov Xəlil Zahid oğlu.

Sosial və ictimai fəaliyyət

Vətənə layiqli vətənpərvər, savadlı və peşəkarlıq qabiliyyəti yüksək olan gənclər yetişdirmək.