Gəncə ŞİH Başçısı

 Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Ana səhifə » Təhsil » Peşə Məktəbləri » 3 №-li Gəncə Peşə Liseyi

3 №-li Gəncə Peşə Liseyi

3 5
Ünvan: Gəncə ş., Nizami küç., 190
Telefon: +994.22.2547678
Faks: +994.22.2547678
Email: 3gpl(AT)box.az
Rəhbərin adı: Alı Əliyev
Rəhbərin email ünvanı: 3gpl(AT)box.az
Üzvlər: 393 nəfər

3 №-li Gəncə Peşə liseyi 1974-cü ildən Gəncə şəhəri Nizami küçəsi 190-da fəaliyyət göstərir. Hal-hazırda liseydə 59 nəfər mühəndis-pedaqoji işçi çalışır.

393 şagird aşağıda göstərilən peşələr üzrə təhsil alırlar.

  • Əməliyyatçı mühasib
  • Kompyuter üzrə operator
  • Kompyuterlərin təmiri və xidməti üzrə texnik
  • Geyim üzrə dizayner
  • Bərbər-vizajist-manikürçu
  • Turizm agenti
  • Qənnadçı, şirniyyatçı
  • Telekommunikasiyada kompyuter texnikasının istismarı üzrə operator


Liseyin 2 nəfər mühəndis-pedaqoji işçisi Türkiyə Respublikasında “Sənayenin Avtomatlaşdırma” kursunda iştirak ediblər.

Hər il orta hesabla 150 şagird liseyi bitirir.

Liseyin məzunlarından Mövlud Mirəliyev cüdo üzrə dəfələrlə Avropa və Dünya çempionu, Dünya Kubokunun qalibi və 2008-ci il Pekin Olimpiya oyunlarının burunc mükafatçısı olmuşdur.

Liseyin şagirdlərindən:

  • Timur Zadoyenko, Nicat Əliyev - boks
  • Röyal Kərimov, Sənan Hüseynov – sərbəst güləş
  • Oktay Həsənov, Nail Cəfərov – cüdo 
  • idman növləri ilə Gəncə şəhər birinciklərinin qalibləri olmuşlar. 
  • Şükürov Novruz ağır atletika üzrə 2012-ci ildə Respublika çempionu olmuşdur.


Məzunlardan Rəşad Hüseynov, Elvin Bayramov, Teymur Bağırov Müdafiə Nazirliyinin “N” hərbi hissələrində müddətdən artıq qulluq edirlər.

  • Pərviz Əliyev və Mirməhəmmədəli Şabanov DIN əməkdaşlarıdırlar. 
  • Elvin Ələkbərov FHN əməkdaşıdır.

 

Məzunlarmızdan Pərviz Səmədov, Cəbrəyıl Abdıyev, Fəqani Əliyev vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək həlak olmuş və şəhidlik zirvəsinə yüksəlmişdilər. 

Pərviz Səmədova döyüşlərdə göstərdiyi sücayətə görə Milli Qəhrəman adı verilmişdir.

Sosial və ictimai fəaliyyət

Əmək bazarının tələbatına uyğun olaraq ixtisaslı işçi kadrların hazırlanmasını təmin etmək.


3 2
3 12
3 13
3 17
3 18
3 19
3 20