Ana səhifə » Təhsil » Universitetlər » Azərbaycan Dövlət Aqrar Universiteti

Azərbaycan Dövlət Aqrar Universiteti

308616 161279143955886 2000975651 N
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti 262
Telefon: +994.22.256.57.33
Faks: +994.22.256.24.08
Veb səhifə: www.adau.edu.az
Email: info(AT)adau.edu.az
Rəhbərin adı: İbrahim Cəfərov
Rəhbərin email ünvanı: rector(AT)adau.edu.az
Üzvlər: 5025 nəfər

Azərbaycan kənd təsərrüfatı təhsilinin təşkili ideyası hələ XIX əsrin sonlarında məşhur “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabidən başlanır.

1920-ci il noyabrın 14-də Azərbaycan İnqilab Komitəsinin qərarı ilə Azərbaycan Politexnik İnstitutu, dekabrın 14-də həmin İnstitutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılmışdır.

Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı (protokol N 10, 35-ci bənd) ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu kimi yaradılmış Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1991-ci ilin iyun ayından Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 4 aprel tarixli 53 nömrəli qərarı ilə Azərbaycan Dövlət Aqrar Universiteti adlanır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanına uyğun olaraq özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət ali təhsil müəssisəsi kimi təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2007-ci il tarixli 640 nömrəli Fərmanı ilə ADAU Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir.

ADAU sonuncu dəfə 2011-ci il iyulun 19-da “Dövlət qeydiyyatı haqqında şəhadətnamə” ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiqi barədə 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli qərarına uyğun olaraq 2012-ci ilin iyun ayından ADAU öz tarixində ilk dəfə Təhsil Nazirliyinin Akkreditasiya Şurasında akkreditasiyadan keçmişdir.
Universitetin idarəetmə orqanları müvafiq Əsasnamənin tələblərinə uyğun olaraq formalaşdırılmış Elmi Şura və rektorluqdur.

Hazırda Universitetin tərkibində struktur bölmə kimi 6 fakültə, 31 kafedra, tədris, elm, kadrlar, tələbə, ümumi, redaksiya-nəşriyyat, mətbuat, arxiv, qiyabi təhsil, təcrübə və işədüzəltmə, maliyyə-təsərrüfat şöbələri, elm, təhsil və cümhuriyyət muzeyi, tələbə şəhərciyi, 5 sahəvi elmi-tədqiqat laboratoriya, magistr hazırlığı, distant və əlavə təhsil, informasiya texnologiyaları və beynəlxalq əlaqələr mərkəzləri, müasir tələblərə cavab verən elektron kitabxana, mətbəə və “Aqrar mütəxəssis” qəzetinin redaksiyası fəaliyyət göstərir.

Beynəlxalq əlaqələr

ADAU-nun beynəlxalq imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü işlər aparılır. Son 4 ildə yeni əməkdaşlıq formalarının qurulması, aktual məsələlərə həsr olunan layihələrin hazırlanması, müxtəlif beynəlxalq konfransların, simpoziumların, seminarların, görüşlərin və digər mədəni, elmi tədbirlərin təşkil olunması istiqamətində bir sıra işlər görülmüşdür. Xarici ölkələrin tanınmış Universitetləri ilə əlaqələr yaratmaq üçün həmin ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri və nümayəndəlikləri ilə sıx əməkdaşlıq edilir. Bu istiqamətdə ABŞ, Fransa, İspaniya, Niderland, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Norveç Krallığı, Yunanıstan, Almaniya, Gürcüstan, Belarus, Macarıstan, Litva və digər ölkələrin tanınmış Universitetləri ilə əməkdaşlıq sahəsində müqavilələr bağlanmışdır. Məqsəd təhsil, elmi-tədqiqat, mədəni fəaliyyəti beynəlxalq aləmdə inkişaf etdirmək, əcnəbi tələbələri cəlb etmək, ADAU-nu aqrar sahədə beynəlxalq nümunəvi Universitetə çevirmək, onun dünya və Avropa təhsil sisteminə inteqrasiyası, təhsilin Bolonya prosesinə qoşulması ilə əlaqədar qabaqcıl ölkələrin təcrübələrini öyrənərək beynəlxalq standartlara uyğun kadr hazırlığı, tədris-metodiki təminatı və elmi tədqiqat işləri sahəsində beynəlxalq əməkdaşlıq imkanları yaratmaqdan ibarətdir.

Son 4 ildə bağlanmış müqavilələr əsasında Korvinus Budapeşt Universiteti ilə praktiki əlaqələr inkişaf etdirilmiş; Norveç (UMB) Universiteti ilə birgə layihələr hazırlanmış; DEULA-Nienburg (AFR) təşkilatına 65, LOGO ekoloji kənd təsərrüfatı təşkilatına 30 tələbə istehsalat təcrübəsinə göndərilmiş, ABŞ departamentinin SUSİ proqramı çərçivəsində 7 tələbə, EKO turizm üzrə 1 tələbə, baytarlığın mikrobiologiyası üzrə 1 doktorant yay məktəbində iştirak etmiş, UGRAD tələbə mübadiləsi proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 2 tələbə ABŞ-da 1 illik təhsil almışdır. Hazırda 1 doktorant Belçikanın GENT Universitetində, 1 doktorant ABŞ-ın MİSSURİ Universitetində, 1 doktorant Almaniyanın Münhen Texniki Universitetində, 3 doktorant Türkiyənin Atatürk Universitetində təhsil alır. Bosch fondunun (AFR) təqaüd proqramı çərçivəsində Alman dilli müəllimlərin ADAU-da tədris prosesində, “menecment (alman proqramı)” ixtisası üzrə təhsil alan tələbələrin Vaynştefan/Triesdorf Universitetində, İstanbul Universitetində keçirilən beynəlxalq konfranslarda müəllim və tələbələrin iştirakı təmin edilmiş; Giessen və Greifswald Universitetləri ilə torpaqşünaslıq üzrə birgə layihələr həyata keçirilmiş; FAO layihəsi çərçivəsində Macarıstana Corvinus, Caposvar Universitetlərinə tələbələr göndərilmişdir.

Norveç Tətbiq Universiteti (UMB) ilə birgətəhsil və tədqiqat sahəsində davamlı kənd təsərrüfatı mövzusunda layihə sazişi imzalan¬mışdır.Hazırda layihə çərçivəsində işlər həyata keçirilir.

Son 4 ildə xarici ölkələrin təhsil və elmi qurumları ilə bağlanan müqavilələr əsasında universitetin bir qrup bakalavriat, magistrant, professor-müəllim heyəti təhsil, təcrübə, elmi əməkdaşlıq sahəsində keçirilən beynəlxalq elmi konfrans və digər tədbirlərdə iştirak etmişlər.

Magistrantlardan 6 nəfər Almaniyanın Tətbiqi universitetində olmuş, onlardan 1 nəfər orda təhsilini davam etdirməyə qalmışdır.
Professor-müəllim heyətindən bir qrupu Almaniyanın Laypziq və İspaniyanın Alikante şəhərində Tempus layihəsi çərçivəsində tədbirlərdə, Gürcüstanda Batumi şəhərində Bolonya prosesi ilə bağlı seminarda, Tbilisidə Kənd Təsərrüfatının inkişafı ilə bağlı konfransda, Qori şəhərində müasir elmin problemlərinə həsr olunmuş Beynəlxalq konfransda, Rusiya Federasiyasında informasiya texnologiyaları ilə bağlı konfransda, Sankt-Peterburqda Dövlət Aqrar Universitetində seminarda, Moskva Dövlət Universitetində konfransda, Türkiyədə Atatürk Universitetində ipək yolu qurultayında, Fırat və Ərzurum Universitetlərində, Kiyevdə Milli Elmlər Akademiyasında, Norveçdə, Yeni Zelandiyada elmi konfranslarda iştirak etmiş, müvafiq sertifikatlar almışlar.

Bundan başqa ADAU-nun müəllimləri Bosch fondu layihəsi çərçivəsində Macarıstanda, Almaniyada və Polşada layihələrin hazırlanması treninqlərində, “Ritorika və prezentasiya bacarıqlarının inkişaf etdirilməsi”nə həsr edilmiş seminarlarda, Tbilisi, Moskva və Daşkənddə informasiya sistemləri və ətraf mühitin qorunması üzrə Beynəlxalq seminarlarının iştirakçısı olmuşlar.

ADAU-nun professor-müəllim heyəti həmçinin müxtəlif xarici dövlətlərin, o, cümlədən Almaniyanın Hohenheim və Greiswald Universitetlərində, Özbəkistanın Asiya və Zaqafqaziya üzrə Elmi-Tədqiqat İnstitutları Assosiasiyasında, İtaliyada Qida təhlükəsizliyi ilə bağlı FAO-nun 36-cı sessiyasında, Rusiyada Timirzayev adına Aqrar Universitetində treninq, sim¬pozium və görüşlərdə iştirak etmişlər.
ADAU-da bir sıra xarici dövlətlərin rəsmi nümayəndələri səfərdə olmuşlar. Onlardan Almaniyadan Bosh məruzəçisini, Fransanın Lion Baytarlıq kollecinin nümayəndəsini, ABŞ-ın Utah Dövlət Universitetinin nümayəndəsini, Polşanın və Norveç krallığının səfirləri Mixail Labenda və Erling Shonzbergi göstərmək olar.

ADAU ilə bir sıra xarici Universitetlər, o cümlədən ABŞ-ın Oklahoma, İllinoys, Miçiqan Universitetləri və Norveç Universiteti ilə telekonfranslar təşkil etmişdir.
ADAU-da xarici ölkələrdən İraq, İsrail, Gürcüstan, Rusiya, Türkiyə və İrandan 18 nəfər bakalavriat və magistratura səviyyələrində təhsil alır.
Son 4 ildə Universitetdə 3 Beynəlxalq Elmi-praktik konfrans və 1 zirvə toplantısı keçirilmişdir.

2009-cu il mayın 14-16-sı tarixlərində “Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması problemləri: müasir vəziyyət, beynəlxalq təcrübə və yeni aqrar təhsilin modeli” mövzusunda beynəlxal elmi-praktiki konfransda 6 xarici ölkədən 30-dək nümayəndə iştirak etdi.

2010-cu il mayın 21-də universitetdə “Aqrar təhsildə innovasiya texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlıq formaları” mövzusunda beynəlxal elmi-praktiki konfransda 11 xarici ölkədən 33 nümayəndə iştirak etdi.
2011-ci il oktyabrın 3-5-i tarixlərində “Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri” beynəlxal elmi-praktiki konfransda 14 xarici ölkədən 158 nümayəndə iştirak etdi.

2011-ci il oktyabrın 3-də Universitetdə “Qafqaz ölkələri, Türk Cümhuriyyəti və Türkiyə Universitetlərinin tədqiqat əməkdaşlığı” mövzusunda ikinci zirvə toplantısı keçirilmişdir. Analoji birinci toplantı 2009-cu ilin noyabr ayında Türkiyənin Elazıx şəhərində Fırat Universitetində keçirilmişdir.

2012-ci il noyabrın 23-24-də Universitetdə “Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyillər: kredit sistemində qiymət, dəyər və keyfiyyət” mövzusunda beynəlxalq simpozium keçirilmiş, simpoziumda 8 ölkədən 140 nümayəndə iştirak etmişdir.

Sosial və ictimai fəaliyyət

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn müddəaların həyata keçirilməsi məqsədilə Universitetdə iaşə xidmətinə ciddi fikir verilir. Bu məqsədlə Universitetdə 864 m2 sahə ayrılmışdır ki, burada professor-müəllim heyəti və tələbələr üçün yeməkxana, bufet xidməti təşkil edilmişdir. “Hərəyə bir ağac əkək” devizinə qoşularaq Universitetin kollektivi tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə Nizami məqbərəsi ətrafında, aeroport yolunda, Heydər Əliyev parkında, tədris korpuslarının həyətyanı sahələrində on minlərlə ağac və kol bitkiləri əkilmişdir.

Universitetin Ozan küçəsində yerləşən tələbə şəhərciyi ərazisində mənzilə ehtiyacı olan əməkdaşlar üçün 2 bloklu beş mərtəbəli 40 mənzilli yaşayış binası inşa edilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həmin ərazidə müasir üslubda 9 mərtəbəli mehmanxanatipli tələbə yataqxanasının inşa edilməsinə icazə verilmişdir. Hazırda həmin yataqxananın tikintisinin smeta layihə sənədləri üzərində işlər aparılır. Aztəminatlı, valideynlərini itirmiş və şəhid ailələrindən olan tələbələrin təhsil haqlarına güzəştlər edilir. Onların asudə vaxtlarının mənalı keçirilməsi məqsədilə mütəmadi gəzintilər və ekskursiyalar təşkil olunur.

Universitetdə tələbə-gənclərin hərtərəfli formalaşdırılması, mədəni həyatının yaxşılaşdırılmasında fəal iştirakının təmin edilməsi, professor-müəllim heyəti və tələbələrin istirahətlərinin səmərəli təşkili məqsədyönlü şəkildə həyata keçirilir, işçilərin səhhətinin yaxşılaşdırılması məqsədi ilə həmkarlar ittifaqı komitəsi tərəfindən sanatoriya və kurort yollayışları əldə edilərək əməkdaşlara verilir.

Universitetdə əməyin mühafizəsi, təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı baxış-müsabiqə keçirilir, qaliblərə mükafatlar verilir.

Həmkarlar ittifaqı komitəsinin vəsaiti hesabından Universitetin aztəminatlı ailələrinə, qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, kimsəsiz və əlillərə maddi yardımlar edilir.

Professor-müəllim heyətinə və tələbə kontingentinə tibbi xidmət məqsədilə bütün korpuslarda tibb məntəqələri fəaliyyət göstərir.

Rektorluq Tələbə Gənclər, Həmkarlar İttifaqı Təşkilatları ilə birlikdə əlillər evinə, SOS uşaq kəndinə, digər uşaq evlərinə kollektiv səfərlər edir, müəyyən maddi yardımlar göstərir, konsert proqramları ilə çıxışlar təşkil edir.

Professorlar

  • Mirdaməd Sadıqov
    iqtisad elmləri doktoru, professor
  • İbrahim Cəfərov
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Fizuli Axundov
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Şikar Əliyev
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Zaur Həsənov
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Xalid Qurbanov
    texnika elmləri doktoru, professor
  • Nurəddin Məmmədov
    texnika elmləri doktoru, professor
  • Qurban Əliyev
    texnika elmləri doktoru, professor
  • Nazim Yusifov
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Elman Mövsümov
    kimya elmləri doktoru, professor
  • Mirzə Əliyev
    biologiya elmləri doktoru, professor
  • Qənbər Abdullayev
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Həsən Quliyev
    texnika elmləri doktoru, professor
  • Firuz Məmmədov
    texnika elmləri doktoru, professor
  • Amin Babayev
    kənd təsərrüfatı elmləri doktoru, professor
  • Hasil Fətəliyev
    texnika elmləri doktoru, professor
  • Şövkət Baxışov
    fizika-riyaziyyat elmləri doktoru, professor
  • Qabil Məmmədov
    texnika elmləri doktoru, professor
  • İsrafil İsmayılov
    texnika elmləri doktoru, professor
  • Məhərrəm Hüseynov
    iqtisad elmləri doktoru, professor əvəzi
  • Famil Nəsibov
    biologiya elmləri doktoru, professor əvəzi
  • Ziyad Abbasov
    texnika elmləri doktoru, professor əvəzi
  • Məntiq Cəfərov
    fizika-riyaziyyat elmləri doktoru, professor əvəzi
  • Zakir İbrahimov
    kənd təsərrüfatı elmləri doktoru
  • Elşad Məmmədov
    kimya elmləri doktoru

Xidmətlər

Bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə mütəxəssis hazırlığı, distant və əlavə təhsil mərkəzində ixtisasartırma və yenidənhazırlanma təhsili, elmi-tədqiqat işlərinin aparılması və təlim-tərbiyə sahəsində tədbirlərin həyata keçirilməsi


1 2
1 3
1 4
1 5
1 6
1 11
1 12
1 15
1 18
1 19
1 20
1 25
1 26
1 27
1 28
1 29
1 30
1 31
1 32
1 33
1 34
1 35
1 36
1 41
297422 157676117649522 431934034 N
308616 161279147289219 1953909214 N